Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-838/2022 19.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Protokolu tərtib etmiş şəxs X2 iştirakı ilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 01.03.2022-ci il tarixli TP ******* saylı Qərarından X10 oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X8 Həsən oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 01.03.2022-ci il tarixli TP ******* saylı Qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs X4 izahatında bildirmişdir ki, X8 Həsən oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Dövlət yol polisi şöbəsi tərəfindən İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur ona görə ki, o, 28.02.2022-ci il tarixdə saat 15:30 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsi ərazisində “CHEVROLET CRUZE” markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkət edərkən sağ zolaqdan sola manevr edib geriyə manevr edərkən arxa sol zolaqla düzünə hərkətdə olan “HYUNDAİ ELENTRA” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Odur ki, şikayətin təmin olunmamasını, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs haqqında qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. 12.04.2022-ci il tarixli məhkəmə iclasında çıxış edən şikayətçi X10 oğlu izahatında bildirdi ki, 28.02.2022-ci il tarixdə saat 15:30 radələrində “CEHVROLET CRUZE” minik markalı, ** VO *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Göyərçin abidəsi yaxınlığında hərəkətdə olan zaman yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, o Göyərçin abidəsinin qarşısında olan işıqforları keçdiksən sonra qanunla müəyyən olunmuş yerdə nizamlayıcı işığı yandıraraq, sola dönmə əməliyyatını edib qarşı yola daxil olub hərəkətini davam etdirən zaman arxadan gələn “Hyundai Elentra” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobili vurmuşdur. Həmin avtomobilin sürücüsü qadın olmuş, maşını idarə edən zaman telefonla danışmış, həmçinin onun avtomobili ilə ara məsafəsii qanunla müəyyən olunmuş qaydada saxlamamışdır. Hadisə nəticəsində onun avtomobilinə təxminən 500 manat məbləğində zərər dəymişdir. Hadisə zamanı “Hyundai Elentra” markalı markalı avtomobilin sürücsü olan xanım ona bildirmişdir ki, avtomobilinin kasko sığortası var, ona dəymiş zərər ödəniləcək. Daha sonra isə o yol polisi tanışının olduğunu bildirib hadisə yerinə gəlməsi üçün polis əməkdaşına zəng etmişdir. Yol polis kapitanı Niyaməddin Həsənov hadisə yerinə gəlmiş, onun barəsində porotkol tərtib etmişdir. Porotkol tərtib olunan zaman o polis əməkdaşına xanımın telefonla danışdığını və ara məsafəsini düzgün saxlamadığını bildirmişdir. Lakin polis əməkdaşı yenə də onun abrəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokolda onun nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozması qeyd olunmuşdur. Yol polis əməkdaşı protokolu tərtib edərkən hadisə eyrinin müayinəsini aparmamış, foto və ya videoçəkiliş etməmiş, mütəxəssis dəvət etməmiş, yalnız öz mülahizəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmişdir. Lakin o hesab edir ki, inzibati xətanı törətmiş şəxs ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsüdür. Eyni zamanda polis əməkdaşı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolun bir nüxsəsi ona verilməli olduğu halda ona təqdim edilməmişdir. Daha sonra o özü Sumqayıt şəhər DYPİ-nə müraciət etdiksən sonra 01 mart 2022-ci il tarixli, TP- ******* saylı inzibati tənbeh evrmə haqqında qərarın surətini almışdır. Odur ki şikayətinin təmin olunmasını və barəsində qəbul edilmiş 01.03.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan X10 oğluna təqdim edilmiş 01.03.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X10 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəlsi ilə inzibati xəta törətdiyinə görə barəsində 40 (qırx) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Protokolu tərtib etmiş şəxs X4 tərəfindən inzibati xəta hadisəsinin törədilmə şəraitini özündə əks etdirən sxem, X10 oğlunun və X3 izahatalarını, inzibati xəta haqqında protokolu və qərarı özündə əks etdirən sənədlər Məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən inzibati xəta hadisəsini özündə əks etdirən sxemə baxış keçirilərkən məlum oldu ki, X10 oğlu nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çımadan manevr etmə qaydalarını pozaraq qəza şəraiti yaratmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 01.03.2022-ci il tarixli TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və X10 oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X10 oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 01.03.2022-ci il tarixli TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X10 oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 01.03.2022-ci il tarixli TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-838/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-838/2022
19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver