Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-839/2024 02.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil2, zərəçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) X3 iştirakları ilə, xx.xx.1978-ci ildə, Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Qusar rayonu Yuxarı Tahircal kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi tərtib edilmiş inzibati xəta haqqında protokola dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN1746507 saylı protokol tərtib olunmuşdur, ona görə ki, borclu Şəxs Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-829/2023 saylı icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-839/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdə saxlama müddətinin əvvəli 19 aprel 2024-cü il tarixdən saat 14:25-dən hesablanmışdır. Şəxs müdafiəçisi Vəkil2 qərardan apellyasiya şikayəti verərərk Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-839/2024 saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-839/2024 nömrəli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Apellyasiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Şəxs icra məmurunun qanuni tələbini yerinə yetirməməsi sübut olunduğundan Sumqayıt Şəhər Məhkəməsinin onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmasına dair gəldiyi nəticə qanunidir. Lakin məhkəmə tərəfindən araşdırma aparılarkən tələbkara olan aliment borcunun məbləği, ona aliment borcundan nə qədər ödəniş olunduğu dəqiq müəyyən edilməmiş, işin halları tam araşdırılmamışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil2 apellyasiya şikayətində qalıq aliment borcunun məbləğinin 7000 manat, tələbkar isə məhkəmə iclasında bu rəqəmin 10300 manat olmasını qeyd etmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, Şəxs icra məmurunun sualına cavab olaraq aliment borcunun məbləği ilə razı olmadığını, qeyd olunan məbləğin həqiqəti əks etdirmədiyini bildirmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Şəxs hal-hazırda aliment borcunu tam şəkildə ödəmişdir. Qeyd edilənlərə əsasən icra məmuru Şəxs barəsində qanunvericiliyin tələbinə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, zərərçəkmiş şəxsə olan aliment borcunu tam şəkildə ödəyib. Bundan sonra da qalan aliment borcunu da hər ay vaxtında ödəyəcəkdir. Qeyd edilənlərə əsasən o, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, işə apellyasiya qaydasında baxılarkən Şəxs 10300 manat aliment borcundan 5000 manat ödəöniş etmişdi. Halhazırda isə o qalan aliment borcunu da ödəmişdir. Hal-hazırda Şəxs icra sənədi üzrə ona borcu yoxdur. Onun Şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Qeyd edilənlərə əsasən zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Müdafiəçi Vəkil2 Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, icra sənədi üzrə tələbkarın və protokol tərtib etmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan icra sənədi üzrə zərərçəkmiş şəxs X3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 829/2023 saylı qərarına əsasən qalıq 5300 manat aliment borcunu Sumqayıt Şəhər Məhkəməsində Şəxs almışdır. Bununla da xx.xx.2024-cü il tarixədək hesablanmış aliment borcu tam ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icra sənədi üzrə zərərçəkmiş şəxs X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə aralarında razılıq olmuş və icra sənədi üzrə zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizəsini təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İXM-də göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir (8.1). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur (8.3). İnzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (53.1.2). Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-in 53.1.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-839/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-839/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver