Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-84/2022 05.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs - X3 müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X6 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi – X4 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 07 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vətəndaş X7 tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq, müəyyən etdi: İnzibati tənbeh vermə haqqında 07 dekabr 2021-ci il tarixli, MN ******* saylı qərara əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 2500,00 (iki min beş yüz) manat məbləğində cərimə edilmşdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 qərardan Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-84/2022 saylı, 15 fevral 2022-ci il tarixli qərarı (hakim R.Xəlilov) ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 07.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qəradan X7 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin X7 apellyasiya şikayəti verərək, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-84/2022 saylı, 15 fevral 2022-ci il tarxli qərarının ləğv edilərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X6 və Təbii Sərvətlər İdarəsinin X3 barəsində qəbul etdiyi 07.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin qərarın əsasında yazılmış 2500 manat məbləğində cərimənin silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-182/2022 nömrəli, 06.04.2022-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 3(060)-84/2022 saylı, 15 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, işə qərarın təsviri hissəsində göstərilən xüsusatlar nəzərə alınmaqla yenidən baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında çıxış edən şikayətçi X3 müdafiəçisi Vəkil izahatında bildirdi ki, 10.11.2021-ci il tarixdə saat 18:30 radələrində Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X6 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları X3 icarəçisi olduğu “Bəyaz” şadlıq evinə baxış keçirmiş və 19.11.2021-ci il tarixli MN ******* saylı protokol tərtib etmişlər. Həmin protokol əsasında 07.12.2021-ci il tarixli, MN ******* saylı qərar qəbul olunmuşdur ki, o, Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinin tələbini pozmuşdur. Bunun əsasında ona 2500 manat məbləğində cərimə yazılmışdır. Şikayətçi bildirmişdir ki, 10.11.2021-ci il tarixdə saat 18:30-da şadlıq evində monitorinq keçirilmiş, şadlıq evinin tüstü borusundan atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilə bilən normadan artıq olmuşdur. Lakin o protokolda qeyd olunanlar tamamilə əsassızdır. Çünki mətbəxin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilə bilən normadan artıq olmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin direktoru Ramin Şıxverdiyev ilə icarəçi arasında bağlanmış 29 oktyabr 2018-ci il tarixli müqavilədən də görünür ki, “Bəyaz” şadlıq evində hava təmizləyici hidrofilterlər və aksesuarların quraşdırılması barəsində razılıq əldə edilmiş və işlək halda sifarişçiyə təhvil verilməsi xidmətinə 1 il müddətinə zəmanət verilmişdir. Lakin protokolda qeyd olunmuşdur ki, guya atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı həddən artıq çoxdur. Lakin bunun necə, hansı yolla müəyyən olunması protokolda qeyd olunmamışdır. Həmçinin protokol tərtib olunan zaman şəxsin iştirakı təmin edilməmişdir. Yoxlama zamanı yoxlamanın hansı qaydada həyata keçirilməsi, yoxlamanın aparıldığı qurğunun lisenziyası və zərərli maddələr və onların miqdarı barəsində barəsində protokol tərtib olunmuş şəxsə heç bir məlumat verilməmişdir. Həmçinin protokol tərtib olunan zaman Azərbaycan Respublikası İXM-nin tələbləri kobud şəkildə pozulmuş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə onun hüquq və vəzifələri izah olunmamış, xətanın izah edilməmişdir. Həmçinin hal-hazırdakı dövrədək şadlıq evindən ətrfa mühiti çərkləndirəcək heç bir hasidə baş verməmişdir. Müvafiq qurğu ilə təchiz olunan tüstü bacası bütün standartlara uyğun şəkildə fəaliyyət göstərir. Belə olan halda isə 19.11.2021-ci il tarixli MN ******* saylı protokol əsassız qəbul edilmiş olur. Bu səbəbdən də hesab edir ki, qərəzli şəkildə tərtib edilmişhəmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X6 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X6 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları birlikdə 19 noyabr 2021-ci il tarixdə Sumqayıt şəhərində yerləşən “Bəyaz” şadlıq sarayında keçirilmiş yoxlama zamanı şadlıq evinin tüstü borusundan atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilən normadan artıq olmuşdur. Odur ki, 4 Saylı RETSİ-nin rəisi X5 tərəfindən “Bəyaz” Şadlıq Sarayının sahibi X7 barəsində 19.11.2021-ci il tarixli MN ******* saylı protokol və həmin protokol əsasında 07.12.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslı olaraq qəbul edilmiş və vətəndaş Əsədova Kəmalə Əli qızı Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində əsasən 2.500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını və şikayətin təmin edilməməsini Məhkəmədən xahiş edir. Məhkəmə şikayət vermiş şəxsin, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin müdafiəçisinin, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, X3 və onun müdafiəçisinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 07 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməlidir. Belə ki iş materiallarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 barəsində qəbul edilmiş 07 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin protokoldan görünür ki, X7 protokolu imzalamamış, onun adının qarşısında imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur. X2 tərəfindən ətraf mühitə atılan, axıdılan və ya bastırılan zərərli maddələrinin miqdarı, həmin miqdarın hansı qurğu və ya vasitələrdən istifdə edilməklə müəyyən edilməsi, həmin qurğuların lisenziyası ilə bağlı heç bir məlumat və ya sənədlər əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin direktoru Ramin Şıxverdiyev ilə icarəçi arasında bağlanmış 29 oktyabr 2018-ci il tarixli müqavilədən də görünür ki, “Bəyaz” şadlıq evində hava təmizləyici hidrofilterlər və aksesuarların quraşdırılması barəsində razılıq əldə edilmiş və işlək halda sifarişçiyə təhvil verilməsi xidmətinə 1 il müddətinə zəmanət verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair qəbul edilmiş 07 dekabr 2021-ci il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair qəbul edilmiş 07 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-84/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-84/2022
05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver