Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-841/2022 25.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, şikayət vermiş şəxs X3 iştirakı ilə, Sumqayıt şəhər Polis İdarəsinin inzibati xəta haqqında iş üzrə 17 mart 2022-ci il tarixli MN ******* №li qərarından X5 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X5 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, barəsində qəbul olunmuş MN ******* saylı, 17 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətində göstərmişdir ki, 17.03.2022-ci il tarixində,saat 11:00 radələrində "xxxx" ASC-nin (bundan sonra-“ABB”) Sumqayıt filialına (bundan sonra-Filial) mülki geyimdə 3(üç) nəfər daxil olaraq telefonları ilə gizli çəkiliş etmişlər. Çəkiliş apardıqlarını gördükdə filial müdiri kimi qanunsuz hərəkət etdiklərini bildirmiş, çəkilişi bitirdikdən sonra özlərini tanıdaraq onun otağında əməkdaşları işlərindən ayıraraq protokol yazmağa başlamışdırlar. Protokolu imzalamaqdan imtina etdiyi zaman ona bunun cərimə olmadığını, protokolu imzalayıb, saat 15:00-da Polis şöbəsinə qəbularına gəlməsini və cərimənin həmin zaman müəyyən olunacağını bildirmişdirlər. O, iş yükü ilə əlaqədar filialın kassasını bağladıqdan sonra 19:00 radələrində Sumqayıt Polis idarəsində Elgün Məmmədovun qəbulunda olmuş və idarəyə daxil olduğunda heçbir pandemiya qaydalarına (spirt və temperatur ölçən) əməl olunmadığını, bütün otaqlarda və dəhlizlərdə tibbi maskadan istifadə edilmədiyininin şahidi olmuşdur. İddianın dogruluğunu idarənin daxili kameralarından təsdiq edilə biləcəyini qeyd etmişdir. Filialın hüquqi şəxs olmadığını və onun vəzifəli şəxs (birbaşa tabeçiliyində işçi yoxdur) olmadığını bildirdiyi halda öz dedikləri qayda da protokol tərtib etmişdirlər. Protokolun çox hissəsi doldurulmamış imzalatdırılmışdır. 1 nüsxəsinin ona veriləcəyini bildirsələrdə indiyədək təqdim olunmamışdır. O, cərimənin yazılmasını “Asanpay”dan daxil olan sms-ə əsasən məlumat almışdır. Daha sonra İXM-nin 211.1-ci maddəsi ilə cərimənin tətbiq edilməsi barədə bildiriş gəlmiş və həmin bildirişə əsasən 4.000,00 (dörd min manat) məbləğində cərimə olunduğu barədə məlumat qeyd edilmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 31.03.2022ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 11 aprel 2022-ci il tarixə təyin edilmiş, lakin Sumqayıt şəhər polis idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və X1 rejim qaydalarını pozmasını təsdiq edən sübutların təqdim olunması ilə bağlı işin baxılması 25 aprel 2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Sumqayıt şəhər polis idarəsinin nümayəndəsi məhkəmə iclasına təkrarən gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə Sumqayıt şəhər polis idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 şikayətinə uyğun izahat verərək məhkəmədən MN ******* №li, 17 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, şikayət vermiş şəxsin nümayəndəsini, izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X5 barəsində 17 mart 2022-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən 17 mart 2022-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X5 barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 4.000,00 (dörd min) manat məbləğində cərimə olunmuşdur. İş materialında olan Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sıdrinin 02 iyul 2020-ci il tarixli 22 №-li əmrindən görünür ki, Bankın Baş ofis binaları, digər inzibati binaları və müşdəri xidməti strukturları üzrə Bankda Karonavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar məsul şəxs Əməyin mühafizəsi üzrə mütəxəssis Elşən Nəzərov təyin edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sıdrinin 02 iyul 2020-ci il tarixli 22 №-li əmrindən görünür ki, Bankın Baş ofis binaları, digər inzibati binaları və müşdəri xidməti strukturları üzrə Bankda Karonavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar məsul şəxs Əməyin mühafizəsi üzrə mütəxəssis Elşən Nəzərov təyin edilmişdir. Lakin Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsi tərəfindən X5 barəsində 17 mart 2022-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən Sumqayıt şəhər Polis İdarəsinin vəzifə şəxs tərəfindən 17 mart 2022-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X5 barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 4.000,00 (dörd min) manat məbləğində cərimə olunmuşdur. Belə ki, Bankın Baş ofis binaları, digər inzibati binaları və müşdəri xidməti strukturları üzrə Bankda Karonavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar məsul şəxs Əməyin mühafizəsi üzrə mütəxəssis Elşən Nəzərov inzibati məsuliyyətə cəlb edilməli idi. Lakin Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılmadan X5 inzibati məsuliyyətə cəlb edilmişdir. Göstərilən əsaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. Sumqayıt şəhər polis idarəsinin X5 barəsindəki MN ******* №li 17 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Sumqayıt şəhər polis idarəsi tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-841/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-841/2022
25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver