Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-842/2021 12.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X8 iclas katibliyi, Protokolu tərtib etmiş şəxsin etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X7, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi müdafiəçi–Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Özəl tibb fəaliyyəti subyektləri ilə iş şöbəsinin baş mütəxəssisi X6 inzibati xəta haqqında 05 mart 2021-ci il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Özəl tibb fəaliyyəti subyektləri ilə iş şöbəsinin baş mütəxəssisi X11 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, C.Məmmədquluzadə küçəsində yerləşən Şəxs MMC-yə məxsus stomotoloji klinikada 05 mart 2021-ci il tarixdə saat 16:25-də plandankənar yoxlama keçirilərkən sertifikasiyadan keçməyən şəxslərin praktik tibb fəaliyyətinə, tibb bacısı X20, X9 və stomatoloq cərrah X15 buraxılması aşkarlanmışdır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və iş 12.03.2021-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxsin etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı X16 bildirdi ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, C.Məmmədquluzadə küçəsində yerləşən Şəxs MMC-yə məxsus stomotoloji klinikada 05 mart 2021-ci il tarixdə saat 16:25-də plandankənar yoxlama keçirilərkən sertifikasiyadan keçməyən şəxslərin praktik tibb fəaliyyətinə buraxılması aşkarlanmışdır. Belə ki, tibb bacısı X4 tibb bacısı X12 və stomatoloq-cərrah X17 ixtisasartırma kursu keçmək üçün Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutuna göndərilməsinə baxmayaraq tibbi praktikadan uzaqlaşdırılmamış və bununla bağlı aidiyyəti əmr, sənədlər təqdim olunmamışdır. X3 barədə də sertifikasiya təqdim olunmamışdır. Pandemiya şəraiti olsa da sertifikasiyanın verilməsi prosesi dayandırılmamışdır və bununla bağlı müraciət də onlayn şəkildə aparılır. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələbi pozulduğundan Şəxs MMC barəsində 05 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Plandankənar yoxlamanın digər sualları üzrə hər hansı qanunsuzluq aşkarlanmamışdır. Odur ki, Şəxs MMC barəsində qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi müdafiəçi X2 izahat verərək bildirdi ki, Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta protokolla razı deyillər. Belə ki, tibb bacısı X20, Sumqayıt tibb Məktəbinin 2005-ci il tarixli, tibb bacısı X19 isə 2004-cü il tarixli məzunudur. Onlar 01.04.2021-ci il tarixdə sertifikasiyadan keçmişlər. Bununla bağlı sertifikasiya şəhadətnamələri də vardır. İnzibati xəta haqqında protokol tərtib olunmuş tarixdə onlar tibb fəaliyyəti ilə məşğul olmamışlar. X23 Azərbaycan Tibb Universitetinin 2004-cü il məzunudur. Şəxs MMC stomatoloq-cərrah kimi işləmişdir. O, 15 fevral 2021-ci il tarixdə ixtisasartırma kursu keçmək üçün 15.03.2021-ci il tarixdən 19.03.2021-ci il tarixədək ADHT-yə göndərilmişdir. Həmçinin o da tibb fəaliyyəti ilə məşğul olmamışdır. Qeyd olunan işçilərin sertifikasiyadan keçməsinin gecikdirilməsinin səbəbi mövcud pandemiya vəziyyəti ilə əlaqədar olmuşdur.Lakin həmin şəxslərin praktiki tibbi fəaliyyətdən kənarlaşdırılmasına dair müvafiq əmrlər imzalanmadığından Məhkəməyə təqdim etmək mümkün deyildir. İşçilərin isə vaxtında sertifikasiya ilə bağlı müraciət etməmələrinin səbəbləri pandemiya ilə bağlı olmuşdur. Odur ki, Şəxs MMC barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İnzibati işin materiallarında olan 05 mart 2021-ci il tarixli plandankənar yoxlamaya dair 05 mart 2021-ci il tarixli 69 nömrəli aktdan görünür ki, X24, X11 və X13 tərəfindən Şəxs MMC-nin ünvan 1 ünvanında fəaliyyət göstərən stomatoloji klinikada plandankənar yoxlama aparılmışdır. Yoxlama zamanı sertifikasiyadan keçməmiş şəxslərin praktiki tibbi fəaliyyətə buraxılmasının aşkar olunması, tibb bacısı X20, X9 və stomatoloq cərrah X15 ixtsasartırma kursu keçmək üçün müvafiq olaraq Sumqayıt Tibb Kollecinə və Azərbaycan Dövlət Həkimlərin təkmilləşdirilməsi institutuna göndərilməsinə baxmayaraq tibbi praktikadan uzaqlaşdırılmamış və bununla bağlı aidiyyəti əmr və sənədlər təqdim olunmamışdır. X3 barəsində də zəruri sənədlər təqdim olunmamışdır. Həmçinin aktdan görünür ki, aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar olaraq sahibkar izahat verməkdən imtina etmişdir İnzibati işin materiallarında olan İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, Şəxs MMC 13.02.2009-cu il tarixdə 2 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən Vergi ödəyicisi qismində qeydiyyata alınıb. İş materiallarında əlavə olunmuş 088694 saylı 02 mart 2016-cı il tarixdə verilmiş lissenziyadan görünür ki, Şəxs MMC-yə ünvan 1ndəki bir mərtəbəli qeyri-yaşayış sahəsində müddətsiz özəl tibb fəaliyyəti ilə məşğul olmaq hüququ verilmiş və stomatoloji, terapevtik stomatoloji, ortopedtik stomatoloji, ortodonik stomatoloji, şüa diaqnostikası, rentgenoloji ixtisas növləri üzrə fəaliyyət göstərmək səlahiyyəti verilmişdir. İş materiallarına əlavə olunmuş Şəxs MMC tərəfindən verilmiş 23.01.2021-ci il tarixli No-1k saylı əmrin surətindən görünür ki, orta tibb heyətinin tibb bacısı X9 tibb bacısı işi üzrə ixtisasartırma kursu keçmək üçün 08.02.2021-ci il tarixdən 04.03.2021-ci il tarixədək Sumqayıt Tibb Kollecinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Şəxs MMC tərəfindən verilmiş 23.01.2021-ci il tarixli N-2k saylı əmrin surətindən görünür ki, orta tibb heyətinin tibb bacısı X21 tibb bacısı işi üzrə ixtisasartırma kursu keçmək üçün 08.02.2021-ci il tarixdən 04.03.2021-ci il tarixədək Sumqayıt Tibb Kollecinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Şəxs MMC tərəfindən verilmiş 15.02.2021-ci il tarixli N-7k saylı əmrin surətindən görünür ki, Şəxs MMC-nin stomatoloji şöbəsinin üz çənə cərrahı X23 “ağız boşluğunun selikli qişasının xərçəngi və xərçəngönü xəstəlikləri” üzrə ixtisasartırma kursu keçmək üçün 15.03.2021-ci il tarixdən 19.03.2021-ci il tarixinədək ADHTİ-yə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Şəxs MMC tərəfindən verilmiş 15.02.2021-ci il tarixli N-6k saylı əmrin surətindən görünür ki, Kənan MMC2009-un stomatoloji şöbəsinin üz çənə cərrahı X18 “ağız boşluğunun selikli qişasının xərçəngi və xərçəngönü xəstəlikləri” üzrə ixtisasartırma kursu keçmək üçün 15.03.2021-ci il tarixdən 19.03.2021-ci il tarixinədək ADHTİ-yə göndərilmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Kənan MMC tərəfindən verilmiş 30 mart 2019-cu i tarixli 151/k saylı əmrin təsdiq olunmuş surətindən görünür ki, X21 01 aprel 2019-cu il tarixindən Kənan MMC-yə məxsus implant estetik tibb mərkəzinə 0.5 ştat vahidlə tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Kənan MMC tərəfindən verilmiş 01 aprel 2019-cu i tarixli əmrin təsdiq olunmuş surətindən görünür ki, X14 01 aprel 2019-cu il tarixindən Kənan MMC-yə məxsus implant estetik tibb mərkəzinə əvəzçilik üzrə tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. İnzibati işin materiallarında olan AT 061522 saylı sertifikasiya şəhadətnaməsindən görünür ki, X21 01.04.2021-ci il tarixində orta tibb işçilərinin sertifikasiyasından keçmişdir. İnzibati işin materiallarında olan AT 061523 saylı sertifikasiya şəhadətnaməsindən görünür ki, X9 01.04.2021-ci il tarixində orta tibb işçilərinin sertifikasiyasından keçmişdir. Beləliklə də Məhkəmə tərəfləri dinləyib, İşdə olan sübutları araşdıraraq hesab edir ki. Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzabati xətanın törədilməsi tam sübuta yetirildiyindən o, inzibati məsuliyyətə cəlb olunmalı və barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, iş materiallarından da göründüyü kimi Kənan MMC 2009-da Səhiyyə Nazirliyi tərəfindən plandankənar yoxlama 05 mart 2021-ci il tarixində keçirilmişdir. Yoxlama zamanı tibbi praktiki fəaliyyətlə məşğul olması müəyyən olunmuş X20, X9, stomatoloq cərrah X23 və X10 2021-ci iln yanvar və fevral aylarında verilmiş müvafiq əmrlərlə fevral və mart aylarında ixtisasartırma kurslarına göndərilmələri göstərilsə də, həmin şəxslərin praktiki tibbi fəaliyyətdən kənarlaşdırılmalarına dair hər hansı bir əmr verilməmiş və qeyd olunan şəxslər tutduqları vəzifədən sertifikasiyadan keçib müvafiq sertifikatla təmin olunanadək kənarlaşdırılmamışlar. İş materiallarından da göründüyü kimi tibb bacısı X14 və X25 01 aprel 2021-ci il tarixində orta tibb heyətinin sertifikasiyasından keçmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: Hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; Hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; Hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; Həmçinin bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İXM-nin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı AZ5007, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev C.Məmmədquluzadə küçəsi olan Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 6000 (altı min) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İca idarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-842/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-842/2021
12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver