Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-842/2022 01.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi, polis baş leytenantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1958-ci ildə Zərdab rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə 01 aprel 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 17.02.2022-ci il tarixdə saat 14:00 radələrində Sumqayıt şəhər, 49-cu məhəllə ərazisində fərdi evdə Zərərçəkmiş şəxs döymüşdür. Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 01 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi, polis baş leytenantı X4 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 17.02.2022-ci il tarixdə saat 14 radələrində Sumqayıt şəhər 49-cu məhəllə ərazisində yerləşən mənzilində Şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şükufə onun üz və qulaq nahiyəsinə əli ilə vurmuşdur. Həmin vaxt sırğası qulağından düşmüşdür. O da Şükufanı əli ilə itələmişdir və Şükufa müvazimətini saxlaya bilməyib divara dəyib yerə yıxılmışdır. Onun barəsində dünən Sumqayıt Şəhər Məhkəməsinin hökmü qəbul olunub, CM-nin 128-ci maddəsi ilə cərimə cəzasına məhkum olunub. Şükufa cinayət işinə baxılanda onunla barışmadığına görə, o da Şükufa ilə barışmır. Qeyd olunanların nəzərə alınaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, Pərvanə onun keçmiş kürəkənin ikinci həyat yoldaşıdır. 10.02.2022-ci il tarixdə məhkəmə icraçılarının vasitəsi ilə qızı Ülviyyə iki övladı ilə birlikdə Ramil ilə nigah dövründə tikdirdikləri Sumqayıt şəhəri 49-cu məhəllə ərazisində yerləşən mənzilə köçürülmüşlər. O, qızı Ülviyyənin köçürüldüyü həmin evdə qızı işdə olanda nəvələrinə baxmışdır. O nəvələri ilə həmin evdə olarkən 17.02.2022-ci il tarixdə saat 14 radələrində Pərvanə gəlib qapını döymüş, o mənzilin qapısını açandan sonra Pərvanə həmin evin ona məxsus olduğunu bildirmiş və evdən çıxmalarını tələb edərək münaqişə yaratmışdır. Pərvanə əl zərbələri ilə onun üzündən, başından, qollarından vurub sacından dartaraq onu divara vuraraq ona xəsarət yetirmişdir. O yaşlı qadındır, 64 yaşı var, o yalnız özünü müdafiə etməyə çalışsa da bunu da bacarmamışdır. O Pərvanəni vurmamışdır, Pərvanə düzgün danışmır. O, bundan sonra 102 xidmətinə eləcə də qızı Ülviyyəyə zəng edib məlumat vermişdir. Qeyd olunanlara əsasən işə düzgün baxılmasını xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrini dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, inzibati xəta haqqında 01 aprel 2022-ci il tarixli MN seryalı ******* №li protokol Sumqayıt ŞPİ-nin 5-ci PB-nin polis sahə rəisi, polis baş leytenantı X4 tərəfindən Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X3 icraatında olan NK-1/116, 117 saylı “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərarına əsasən tərtib edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X3 icraatında olan NK-1/116, 117 saylı “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin dərəcəsini təyin etmək məqsədi ilə sonuncuya MTE-da tibbi müayinədən keçmək üçün təliqə təqdim olunmuşdur. MTE-dan alınmış rəydə Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmadığı göstərilmişdir. İş materiallarında olan MTE-nin 17.02.2022-ci il tarixli 237 saylı rəyindən görünür ki, 1980-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına əsasən qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq nəticəyə gəlinərək qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. Göründüyü kimi Zərərçəkmiş şəxs izahatında Şəxs tərəfindən döyüldüyünü bildirsə də, ekspert rəyində Zərərçəkmiş şəxs bədəni üzərində nəinki xəsarət, heç xəsarət izi aşkar olunmaması göstərilmişdir. Buna görə də məhkəmə Zərərçəkmiş şəxs izahatına tənqidi yanaşaraq həmin izahatı Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməsində yetərli sübut hesab etmir. Məhkəmə bu nəticəyə gələrkən Şəxs Zərərçəkmiş şəxs barəsindəki cinayət işində zərərçəkmiş şəxs olmasını, həmin şəxslərin arasındakı münaqişəli vəziyyəti, Şəxs 64 yaşının, Pərvanə Babayevanın 42 yaşının olmasını nəzərə alır. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs 17.02.2022-ci il tarixdə saat 14:00 radələrində Zərərçəkmiş şəxs Sumqayıt şəhər, 49-cu məhəllə ərazisindəki fərdi evdə döyməsi sübuta yetirilmir, bununla da inzibati xəta tərkibinin olmadığı müəyyən edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 157-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsindəki 01 aprel 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-842/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-842/2022
01.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver