Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-843/2022 01.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Tələbkar Orucova (Mehbalıyeva) Nərgiz Həmzə qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil Məsum oğlunun iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən 01.04.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində barəsində MN ******* №-li protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-15608/2016 saylı icra sənədinə əsasən 16.01.2014-cü il təvəllüdlü X3 və 10.12.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs X1 xeyrinə 22.09.2016-cı il tarixdən başlayaraq hər ay hər uşaq üçün 117 manat olmaqla, ümumilikdə 234 manat sabit pul məbləğində aliment tutulmalıdır. Hal-hazırda 15000 (on beş min) manat məbləğində borcu yaranmışdır. Borclu yaranmış borcları ödəməkdən qərəzli şəkildə boyun qaçırır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahat verərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-15608/2016 saylı icra sənədinə əsasən 16.01.2014-cü il təvəllüdlü X3 və 10.12.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan X1 xeyrinə 22.09.2016-cı il tarixdən başlayaraq hər ay hər uşaq üçün 117 manat olmaqla, ümumilikdə 234 manat sabit pul məbləğində aliment tutulmalıdır. 2021-ci il 11 noyabrda Rusiyada yerləşən bir obyektdə baş vermiş yanğın zamanı xəsarət aldığından, sağlamlığına ciddi zərər dəydiyindən işləməsi mümkün deyil və bu səbəbdən də aliment borcunu ödəyə bilmir. Məhkəmə iclasında iş üzrə tələbkar Orucova (Mehbalıyeva) Nərgiz Həmzə qızı izahat verərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-15608/2016 saylı icra sənədinə əsasən 16.01.2014-cü il təvəllüdlü X3 və 10.12.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs onun xeyrinə 22.09.2016-cı il tarixdən başlayaraq hər ay hər uşaq üçün 117 manat olmaqla, ümumilikdə 234 manat sabit pul məbləğində aliment tutulmalıdır. Hazırda 15000 manat borc yaranıb və borclu yaranmış borcdan ödəniş etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını və vəkilin çıxışını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər üzrə İcra idarəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan X4 görünür ki, Şəxs 11.11.2021-ci il tarixdə 14% birinci və ikinci dərəcəli yanğın xəsarətləri almışdır. Lakin icra məmuru tərəfindən müvafiq səhiyyə təşkilatlarında Şəxs aldığı xəsarət nəticəsində əmək qabiliyyətini itirib-itirməməsi barədə lazımi qaydada araşdırma aparılmamışdır. Bunun nəticəsində Şəxs qərarın icra edilməsindən qərəzli şəkildə boyun qaçırmasına qiymət verilməsi mümkün deyildir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində məhkəməyə təqdim edilmiş sənədlər natamamdır. İş materiallarında olan X4 müəyyən olunur ki, Şəxs 11.11.2021-ci il tarixdə 14% birinci və ikinci dərəcəli yanğın xəsarətləri almışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını və vəkilin çıxışını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər üzrə İcra idarəsinə geri qaytarılmalıdır. Belə ki, Şəxs 11.11.2021-ci il tarixdə 14% birinci və ikinci dərəcəli yanğın xəsarətləri aldığından onun hal-hazırda əmək qabiliyyətinin olub-olmaması İcra İdarəsi tərəfindən araşdırılmamışdır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində məhkəməyə təqdim edilmiş sənədlər natamamdır. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 8.2-ci maddəsinə əsasən İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 14.02.2022ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra idarəsinə geri qaytarılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil Məsum oğlunun göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-843/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-843/2022
01.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver