Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-844/2021 18.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-ci ildə Nefçala rayonunun Kurkosa kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Nefçala rayonu, Şirvanlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X6 idarəsinin TQ-nin cinayət işinin başlanmasının rədd olunması haqqında 08.03.2021-ci il tarixli qərarına əsasən Şəxs barəsində 11 mart 2021-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə MN № ******* saylı li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 01.02.2021-ci il tarixdə saat 14:00 radələrində vətəndaş Şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizində vətəndaş R.Ayazovla balıq mühafizəsi qaydasını pozaraq, qanunsuz balıq ovu (nərə cinsli) edərkən saxlanılmışdır. Nəqliyyatda Baş Polis İdarəsi X6 idarəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Nəqliyyatda Baş Polis İdarəsi X6 idarəsisinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, 01 fevral 2021ci il tarixdə saat 08:00 radələrində X5 ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizin sahilinə gəlib 1 ədəd «Yamaha-75» asma mühərriki ilə təchiz edilmiş, bort nömrəsi ABA 1044 olan taxta qayıqdan istifadə edib dənizə girmişlər. 30 yanvar 2021-ci il tarixdə suda qurduğları torları yığarkən məlum olmuşdur ki, 29 ədəd adi siyənək, 1 ədəd kütüm və 4 ədəd nərə balıqları tutmuşlar. Balıqları da torla birlikdə götürüb Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizin sahilinə çıxan zaman X6 idarəsinin əməkdaşları onları saxlamışdırlar. Polis əməkdaşlarına Xəzər dənizindən balıq tutmaq üçün rəsmi icazələrinin, yəni balıqovlama biletlərinin olduğunu, lakin nərə balıqlarının ovuna icazə verilmədiyini, bunun qadağan olduğunu bildiklərini söyləmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ədalətli qərar qəbul ediməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarına əlavə olunmuş Nəqliyyatda Baş Polis İdarəsi X6 idarəsinin TQ-nin cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, 01 fevral 2021 ci il tarixdə saat 14.00 radələrində Su NPİ-nin X3 və X1 Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində X5 və Şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizində qanunsuz balıq tutarkən saxlanılmış və yoxlama zamanı onlardan 1 ədəd «Yamaha-75» asma mühərriki ilə təchiz edilmiş, bort nömrəsi ABA 1044 olan taxta qayıq, 1 ədəd 20 litr həcmli yanacaq çəlləyi, hər birinin uzunluğu 40 metr, eni 5 metr, gözlərinin ölçüsü 52x52 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş 3 ədəd tor, ümumi çəkisi 3.00 kq olan 29 ədəd adi siyənək, 1 ədəd kütüm və 4 ədəd nərə balıqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. İş materiallarına əlavə olunmuş Şəxs 10.02.2021-ci il tarixli izahatında 01 fevral 2021-ci il tarixdə saat 08:00 radələrində X5 ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizin sahilinə gəlib 1 ədəd «Yamaha-75» asma mühərriki ilə təchiz edilmiş, bort nömrəsi ABA 1044 olan taxta qayıqdan istifadə edib suya girmişdirlər. 30 yanvar 2021-ci il tarixdə suda qurduğları torları yığarkən məlum olmuşdur ki, 29 ədəd adi siyənək, 1 ədəd kütüm və 4 ədəd nərə balıqları tutmuşdurlar. Balıqları da torla birlikdə götürüb Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizin sahilinə çıxan zaman X6 idarəsinin əməkdaşları onları saxlamışdırlar. Sorğu zamanı polis əməkdaşlarına Xəzər dənizindən balıq tutmaq üçün rəsmi icazələrinin, yəni balıqovlama biletlərinin olduğunu, lakin nərə balıqlarının ovuna icazə verilmədiyini, bunun qadağan olduğunu bildiklərini söylədilər. Bundan sonra polis əməkdaşları X2 məxsus, onların balıq ovu etdikləri 1 ədəd “Yamaha-75” asma mühərriki ilə təchiz edilmiş, bort nömrəsi ABA 1044 olan taxta qayığa, 1 ədəd 20 litr həcmli yanacaq çəlləyi, hər birinin uzunluğu 40 metr, eni 5 metr, gözlərinin ölçüsü 52x52 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş 3 ədəd tora və onların vasitəsi ilə Xəzər dənizindən tutduqları 29 ədəd adi siyənək, 1 ədəd kütüm və 4 ədəd nərə balıqlarına baxış keçirilməsi qeyd olunmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.23-cü bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 272-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Azərbaycan Respublikasinin Balıqçılıq haqqında Qanununun 41-ci maddəsinə əsasən Balıqçılıq haqqında qanunvericiliyin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada mülki, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan X6 idarəsinin TQ-nun təhqiqatçısı, polis mayoru Anar Şahverdiyevin HK-21 saylı yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə öz təsdiqini tapır. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati xətanın törədilməsində istifadə olunmuş alətlər müsadirə edilməməklə 700,00 (yeddi yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(060)-844/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-844/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver