Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-848/2025 09.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sevinc Əhmədovanın, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, “Bağlar” massivində yerləşən fərdi yaşayış evində yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Sevinc Əhmədova tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 09 aprel 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Hacıyev X11 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(028)-306/2016 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş və 20.730 manat aliment borcu yığılmışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Sevinc Əhmədova bildirmişdir ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(028)-306/2016 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2011-ci il təvvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 117 manat, cəmi 234 manat sabit pul məbləğində aliment və xx.xx.2014-cü il təvəllüdlü X6 üç yaşı tamam olana kimi hər ay 20 manat məbləğində maddi yardım xx.xx.2016-cı il tarixdən başlayaraq tutulub X4 verilməlidir. Qeyd edilən icra sənədi üzrə 02 sentyabr 2016-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və xx.xx.2022-ci ildə tarixdə tələbin könüllü icrası haqqında bildiriş borcluya rəsmi qaydada verilmişdir. Bundan sonra borclu icra sənədini icra etmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək iki dəfə inzibati həbs edilmişdir. 2023-2024-cü illərdə icra sənədi üzrə 4542 manat ödəniş edilsə də, hazırda 20.730 manat borc mövcuddur. Həmçinin 2025-ci ildə heç bir ödəniş edilməmişdir. Borclunun əmlakı və gəlirləri də müəyyən edilməmişdir. Borclu işləmədiyini qeyd edərək ödəniş etmir. Göstərilən halları nəzərə alaraq borclu barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o alimenti ödəməkdən yayınmır, 2022-ci ilə kimi tələbkarla birlikdə yaşamışlar və uşaqların bütün xərclərini özü qarşılamışdır. Ona görə böyük məbləğdə borcu yığılmışdır. Həmin borcun silinməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də iddiası təmin edilməmişdir. Həmçinin 2023-2024-cü illərdə icra sənədi üzrə 4542 manat ödəniş etmişdir. 2025-ci ildə ödəniş etməməsi isə maddi vəziyyəti ilə bağlı olmuşdur. Lakin, qısa müddətə ödənişlər etməyə söz verir. Göstərilən halların nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 bildirmişdir ki, borclu qərəzli olaraq aliment borcunu ödəməkdən yayınır. Onlar 2016-cı ildən ayrılmışlar və ayrı da yaşamışlar. Hazırda böyük məbləğdə aliment borcu yığılmışdır. Alimentin ödənilməsi üçün borclu barəsində ciddi tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 hüquqlarını müdafiə etdiyi şəxsin qismən ödənişlər etməsini nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan oğlu Qubadlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(028)-306/2016 saylı icra sənədindən görünür ki, Şəxs xx.xx.2011-ci il təvvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 117 manat, cəmi 234 manat sabit pul məbləğində aliment və xx.xx.2014-cü il təvəllüdlü X6 üç yaşı tamam olana kimi hər ay 20 manat məbləğində maddi yardım xx.xx.2016-cı il tarixdən başlayaraq tutulub X4 verilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(028)-306/2016 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(028)- 306/2016 saylı icra sənədini 10 gün müddətində könüllü icra etməsi borclu Şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Bildirişin üzərində olan qeydlərdən görünür ki, borclu xx.xx.2022-ci il tarixdə bildirişi rəsmi qaydada qəbul etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(028)-306/2016 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2011-ci il təvvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 117 manat, cəmi 234 manat sabit pul məbləğində aliment və xx.xx.2014-cü il təvəllüdlü X6 üç yaşı tamam olana kimi hər ay 20 manat məbləğində maddi yardım xx.xx.2016-cı il tarixdən başlayaraq tutulub X4 verilməlidir. Qeyd edilən icra sənədi üzrə 02 sentyabr 2016-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və xx.xx.2022-ci ildə tarixdə tələbin könüllü icrası haqqında bildiriş borcluya rəsmi qaydada verilmişdir. Bundan sonra borclu icra sənədini icra etmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək iki dəfə inzibati həbs edilmişdir. 2023-2024-cü illərdə icra sənədi üzrə 4542 manat ödəniş edilsə də, hazırda 20.730 manat borc mövcuddur. Həmçinin 2025-ci ildə heç bir ödəniş edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 09 aprel 2025-ci il tarixdən saat 12:05-dən hesablanmalıdır. Məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehi tətbiq edilməsini ona görə məqsədə müvafiq hesab etmir, inzibati məsuliyyətin yaranmasına səbəb olmuş icra sənədi pul ödənişinin (aliment borcunun) ödənilməsi ilə bağlıdır və ona cərimə tətbiq edilməsi icra sənədinin icrasını daha da çətinləşdirə bilər. Azərbaycan Respublikası İXM-in 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X3 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 09 aprel 2025-ci il tarixdən saat 12:05dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə vəkil X3 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-848/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-848/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver