Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-85/2022 15.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə l Tağım Baş YPX tərəfindən tərtib edilmiş 15.12.2021-ci il tarixli, TP ******* nömrəli qərardan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə l Tağım Baş YPX tərəfindən tərtib edilmiş 15.12.2021-ci il tarixli, TP ******* nömrəli qərardan şikayət verərək, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayəti onunla əsaslandırılmışdır ki, 15.12.2021-ci il tarixdə ona məxsus İnfiniti markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Quba yolunun 27-ci km.də hərəkətdə olarkən həmin ərazidə xidmətdə olan Yol patrul xidməti əməkdaşı, polis leytenantı X6 tərəfindən saxlanıldı. Əməkdaş saxlama səbəbi kimi əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğunu bildirərək barəsində əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən İXP4361175 nömrəli inzibati protokol tərtib etmişdir. Qayda pozuntusu ilə razılaşmadığını ona bildirsə də o, buna məhəl qoymayaraq, Məcəllənin 124.2, 124.3, 124.4-cü maddələrinin tələblərini pozaraq barəsində 40 (qırx) manat məbləğində TP4766446 nömrəli inzibati tənbeh vermə haqqında cərimə qərarı yerindəcə qəbul etmişdir. Eyni zamanda, əməkdaşın iddia etdiyi qayda pozuntusunu sübuta yetirəcək heç-bir görüntü və ya başqa dəlil ona təqdim edilməyib. YPX əməkdaşı tərəfindən barəsində 15.12.2021-ci il tarixdə saat 17:24 radələrində inzibati protokol tərtib edilsə də, inzibati protokolda iddia etdiyi inzibati xətanın törədilmə tarixini 14.12.2021-ci il saat 17:23 radələrini qeyd etmiş (qərarın surəti ərizəyə əlavə olunub), halbuki, 14.12.2021-ci il tarixdə həmin ərazidə hərəkətdə olmamış və həmin tarixdə həmin əməkdaş onu saxlamamışdır. Həmçinin, YPX əməkdaşı tərəfindən barəsində tərtib edilmiş inzibati protokol və ya qəbul edilmiş cərimə qərarının surəti ona təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2, 124.3, 124.4, 145.1.4, 53.0.1 maddələrini əsas tutaraq, barəsində tərtib edilmiş İXP4361175 nömrəli inzibati protokol düzgün tərtib edilmədiyi üçün qərarın ləğv edilməsi və başlanmış icraata xitam verilməsi üçün qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş qərardan şikayət vermiş şəxs X4 və protokolu tərtib etmiş – Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi müvafiq olaraq gəlməmişdir və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 15.12.2021-ci il tarixli, TP ******* nömrəli qərardan müəyyən olunur ki, X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında materiallar X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə l Tağım Baş YPX tərəfindən tərtib edilmiş 15.12.2021-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə l Tağım Baş YPX tərəfindən tərtib edilmiş 15.12.2021-ci il tarixli, TP ******* nömrəli qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-85/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-85/2022
15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver