Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-854/2024 29.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə dair işə baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.6-cı və 327.1-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X2 (bundan sonra – şikayətçi) Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçi xx.xx.2024-cü il tarixdə, saat 20:00- 21:00 radələrində maşınını arxa-arxaya verdiyi zaman başqa nəqliyyat vasitəsinə yüngül toxunmuşdur. Özünün idarə etdiyi nəqliyyat vasitəsi **-MF-*** dövlət qeydiyyat nişanlı, “KİA RİO” minik markalı avtomobil olmuşdur. Hadisə törəndikdən sonra avtomobildən düşüb görmüşdür ki, zərərçəkmiş şəxsin maşınının buferi çatlayıb. Şikayətçi razılıq əsasında xərci öz üzərinə götürmüşdür. O, həmin şəxsə bununla bağlı əlaqə nömrəsini, evinin ünvanını təqdim etmişdir. Daha sonra həmin şəxslə sağollaşıb getmişlər. Razılıqdan sonra zərərçəkmiş şəxs hadisə ilə bağlı 102 xidmətinə zəng vurub məlumat vermişdir. Şikayətçi özü daha sonra 102 və 902 xidməti ilə əlaqə saxlamışdır. Oradan da şikayətçiyə düzgün cərimə yazılmadığı bildirilmişdir. Şikayətçi məhkəmə iclasında verdiyi şikayətlə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, zərərçəkmiş şəxsi şəxsən tanımır. Lakin, həmin şəxslə olan söhbətləri təhlükəsizlik kamerasına düşmüşdür. Həmin şəxs onunla razılaşmasaydı hadisə yerini tərk etməzdi. Həmin şəxsin nə səbəbdən ondan şikayət etdiyini bilmir. Bununla bağlı əlaqədar təşkilatlarla əlaqə saxlamış və həmin halın sübut olunduğu təqdirdə ona cərimə düşmədiyi bildirilmişdir.Qeyd edilənlərə əsasən şikayətçi şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iştirak edən şəxsləri dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.6-cı maddəsinə görə yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Belə ki, şikayətçinin məhkəməyə ünvanladığı şikayət ərizəsinin məzmunundan görünür ki, şikayətçi zərəçəkmiş şəxslə razılaşdığını, hadisə nəticəsində yaranmış xərci öz üzərinə götürdüyünü bildirmişdir. Lakin bununla bağlı kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda şikayətin məzmunu və şikayətçinin izahatı ilə müəyyən edilir ki, o yol hərəkəti qaydalarının pozulmasında təqsirli olmasını etiraf edir. Lakin, zərərçəkmiş şəxslə barışması səbəbindən haidsə yerini tərk etdiyini bildirir. Göründüyü kimi İXM-in 327.6-cı maddəsi də məhz yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə məsuliyyət müəyyən etmişdir. Belə olan halda şikayətçinin zərərçəkmiş şəxslə hər hansı razılıq əldə edib-etməməsinin iş üzrə əhəmiyyəti yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlansın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-854/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-854/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver