Məhkəmə qərarları › İş №3(060)-855/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-855/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-855/2024 21.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Kərimov Ramid Məsudi oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, EQ 17935004 saylı qərarından Kərimov Ramid Məsudi oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Kərimov Ramid Məsudi oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, EQ 17935004 saylı Qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, Azərbaycan Respublikası Baş X3 İdarəsi tərəfindən xüsusi texniki vasitələrin köməyi ilə mənə məxsus olan CHEVROLET CRUZE markalı ** EH *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə xx.xx.2023 (EQ/********) tarixində elektron protokollar tərtib olunmuşdur. Nəzərə çatdırmaq istəyir ki, xüsusi texniki vasitələrin köməyi protokollar tərtib olunan vaxt CHEVROLET CRUZE markalı ** EH *** dövlət qeydiyyat nöşmrə nişanlı nəqliyyat vasitəsini o idarə eləməmişdir. Bu fakt xüsusi texniki vasitələrin köməyi əldə olunmuş video və foto materialda təsdiq olunur. Qeyd olunan elektron protokollardan xəbəri olmamışdır. Barəsində tərtib olunan protokollarla bağlı Azərbaycan Respublikası Baş X3 İdarəsində qəbulda olub həmin dövrdə nəqliyyat vasitəsinin onun istifadəsində olmadığı və araşdırılması üçün ərizə yazmışdır. Baş X3 İdarəsində ona ərizəsinin araşdırılıb nəticəsi barədə ona məlumat veriləcəyini bildirsələr də, üzərindən uzun müddət keçməsinə baxmayaraq heç bir cavab bildirilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində tərtib olunmuş xx.xx.2023 tarixli EQ/17935004 №-li elektron qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərardan şikayət vermiş şəxs və qərarından şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qərardan şikayət vermiş şəxs Kərimov Ramid Məsudi oğlu ərizə ilə məhkəməyə müraciət edərək 3(060)-855/2024 saylı işə baxılmamış saxlanılıb geri qaytarılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət ərizəsinin baxılmasında maraqlı olan şəxs məhkəmədən ərizənin baxılmadan geri qaytarılması xahişi etdiyindən, Kərimov Ramid Məsudi oğlunun inzibati tənbeh tədbiri haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Kərimov Ramid Məsudi oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17935004 saylı qərarın ləğv edilməsinə dair şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar