Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-856/2023 10.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüsrət oğlunun sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, Şəxs Məzahir oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinə Şəxs Məzahir oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Baş Dövlət Yol Polis İdarəsinin polis baş leytenantı X1 tərəfindən tərtib edilmiş İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İş materiallarındakı məlumatlardan görünür ki, protokolun tərtib edilməsinə səbəb Şəxs Məzahir oğlunun yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsi olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Həmin Məcəllənin 112.4-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, material öyrənilərkən müəyyən edildi ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Məzahir oğlu ünvan 1 ünvanında qeydiyyatdadır, onun yaşayış yeri də ünvan 1 sayılır. Təqsirləndirildiyi inzibati xəta hərəkətini də məhz yaşadığı yerdə törətməsi hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 4 noyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən işə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olduğundan iş aidiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 110, 112, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Məzahir oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(060)-856/2023 saylı iş aidiyyəti üzrə baxilması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-856/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-856/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver