Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-856/2025 18.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət verən şəxs X2, Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 26832088 nömrəli inzibati tənbeh tətbiq etmə barədə elektron qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 26832088 nömrəli inzibati tənbeh tətbiq etmə barədə elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, EQ 26832088 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən təqsirli bilinib 02 bal 80 manat məbləğində cərimə olunmuşdur. İXM-nin 346.4-cü maddəsinə əsasən yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayandığına görə cərimə edilmişdir. O, halının pisləşdiyini hiss edərək avtomobilini tərk etmədən yolun kənarında bir neçə dəqiqə durmuş, özünü yaxşı hiss edəndən sonra yoluna davam etmişdir. Buna baxmayaraq onu İXM-nin 346.4-cü maddəsi təqsirli bilinmişdir. O. hesab edir ki, bu halda sürücü məsuliyyət daşımır. EQ 26832088 saylı xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək, əlavə olaraq bildirmişdir ki, halı pisləşdiyinə ümumillikdə 5 dəqiqədən az müddət dayanmış, həmin zaman yanında övladı olmuşdur. Həmin zaman avtomobili tərk etməmişdir. Şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırkı şikayətə qərar qəbul etmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ 26832088 nömrəli inzibati tənbeh vermə barədə elektron qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İXM-in 346.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş, barəsində 80 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, **-UM-*** dövlət qeydiyyat nişanlı “X5” markalı avtomobil yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmış, qapısı açıq vəziyyətdə və qapının yanında bir nəfər şəxs dayanmışdır. Məhkəmə hesab edir ki, iş materiallarında olan fotoşəkillərdən göründüyü kimi **- UM-*** dövlət qeydiyyat nişanlı “X5” markalı avtomobil yolun ortasında dayanmışdır. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 26832088 nömrəli inzibati tənbeh tətbiq etmə barədə elektron qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ DYPŞ-yə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə inzibati məsuliyyət müəyyən etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şölə Muradova isə izahatında bildirmişdir ki, halı pisləşdiyi üçün nəqliyyat vasitəsini məcburi dayandırmışdır. Azərbaycan Respublikasının X1 1-ci maddəsində məcburi dayanmaya anlayış verilmişdir. Məcburi dayanma – texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır. Lakin, Azərbaycan Respublikasının İXM-in 346.4-cü maddəsi dayanma və durmaya görə sürücü məsuliyyətə cəlb edilə bilər. İş materiallarına əsasən Ş.Muradovanın məcburi dayanma səbəbindən nəqliyyat vasitəsini dayandırmasını müəyyən etmək mümkün deyil. Qeyd edilən səbəbdən də həmin qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ DYPŞ-yə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. xx.xx.2025-ci il tarixli EQ 26832088 nömrəli inzibati tənbeh tətbiq etmə barədə elektron qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt ŞPİ DYPŞ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-856/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-856/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver