Məhkəmə qərarları › İş №3(060)-857/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-857/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-857/2024 24.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17948060 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17948060 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X3 20 may 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir Məhkəmə qərardan şikayət vermiş şəxs X1 ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər X2 geri qaytarılmalıdır. Ərizənin təmin edilməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17948060 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar