Məhkəmə qərarları › İş №3(060)-858/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-858/2022

04.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-858/2022 04.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi, polis kapitanı X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 6-cı mikrorayon, Kristal ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə 04 aprel 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 13.02.2022-ci il tarixdə, saat 19:30 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayonda Zərərçəkmiş şəxs sinəsinə yumruqla vuraraq onu döymüşdür. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 04 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi, polis kapitanı X4 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs təxminən 2 ildir ki, saç ustası kimi qiyabi tanıyır, yaxın münasibətləri olmamışdır. Son günlər Vüsalənin onun barədə artıq-əskik sözlər danışdığını eşitmiş və bu səbəbdən də 13.02.2022-ci il tarixdə axşam saatlarında Vüsalənin mobil nömrəsinə zəng edərək, nəyə görə barəsində həqiqət olmayan şəxsi işləri barədə orda-burda danışdığını soruşmuşdur. Aralarında telefonda mübahisə düşdüyündən Vüsalə ona əxlaqsız ifadələr işlətmiş və yaşadığı məhəlləyə gəlib onu rüsvay edəcəyini bidirmişdir. Vüsaləyə hazırda Sumqayıtda olduğunu və görüşmək üçün onu Sumqayıt şəhəri 6-cı mkr-da yerləşən dəniz kənarındakı "Sveet" restoranının parklanma meydançasına çağırıb özü də ora getmişdir. Bir neçə dəqiqdən sonra həmin yerə Vüsalə idarə etdiyi avtomobil ilə gəlmiş, Vüsalə ona yaxınlaşıb yaxasından tutaraq sinəsinə yumruqla, sonra da təpiklə ayaqlarına vurmuşdur. Biraz keçdikdən sonra ora əvəllər tanıdığı Tofiq gəlib ona və Vüsaləyə irad tutmuş və sakitləşmələrini deyərək nə baş verdiyini soruşmuş, o Vüsalənin onu döyərək söydüyünü və şikayət etmək istədiyini söyləmişdir. Vüsalənin onu döyməsi və təhqir etməsi ilə bağlı 102 xidmətinə zəng edərək məlumat vermiş və sonra da bölmədə ərizə yazmışdır. Qeyd olunanların nəzərə alınaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, 13.02.2022-ci il tarixdə axşam saatlarında Türkan ona zəng edərək dəniz kənarındakı "Sveet" restoranının parklanma meydançasına çağırmışdır. O həmin yerə gəlmiş, Türkanla mübahisələri yaranmış, ora Tolfiq də gəlmişdir. Mübahisə zamanı bir birlərini söyüşmüşlər, o, əsəbindən Türkanın yaxasından tutub sinəsinə əli ilə vurmuşdur. Tofiq onun üstünə gələrək əli ilə onun sinəsinə bir zərbə vurub itələyərək onu öz avtomobilinə əyləşdirmişdir. O da Tofiqin onu döyüb söyməsi barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Mübahisə "Sveet" restoranının parklanma meydançasında baş vermiş, təxminən 5 dəqiqə davam etmişdir. Qeyd olunanlara əsasən işə düzgün baxılmasını xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, aparılmış təhqiqatla müəyyən edilmişdir ki, 13 fevral 2022-ci il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri, 6-cı mkr ərazisində yerləşən "Sveet" restoranın parklanma meydançasında Tiirkan Ağaverdiyeva ilə Şəxs arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncu Türkan Ağaverdiyevanı qəsdən döyərək sağ budun qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirməsi əməlində cinayət tərkibi olmadığına görə barəsində cinayət təqibi rədd edilməli, lakin Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan "Döymə" inzibati xətanın tərkib əlamətləri olduğuna görə inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə olunmuş MTE-nin 218 saylı ekspert rəyində görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ budun qançırı aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 13.02.2022-ci il tarixdə təpiklə yetirilə bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin təhqiqatçısı polis mayoru X1 NK-1/304 saylı yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə də öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 300,00 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar