Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-859/2022 04.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Naxçıvan MR, Babək rayonu, Nəzərabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Naxçıvan MR, Babək rayonu, Nəzərabad kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 510-cu maddəsi ilə 04 aprel 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 13.02.2022-ci il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayonda Zərərçəkmiş şəxs söyərək təhqir etmişdir. İXM-nin 111.1-ci maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi X4 tərtib etdiyi inzibati protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs 13.02.2022-ci il tarixdə axşam saatlarında Türkan ona zəng edərək dəniz kənarındakı "Sveet" restoranının parklanma meydançasına çağırmışdır. O həmin yerə gəlmiş, Türkanla mübahisələri yaranmış, ora Tolfiq də gəlmişdir. Mübahisə zamanı bir birlərini söyüşmüşlər, o, əsəbindən Türkanın yaxasından tutub sinəsinə əli ilə vurmuşdur. Tofiq onun üstünə gələrək əli ilə onun sinəsinə bir zərbə vurub itələyərək onu öz avtomobilinə əyləşdirmişdir. O da Tofiqin onu döyüb söyməsi barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Mübahisə "Sveet" restoranının parklanma meydançasında baş vermiş, təxminən 5 dəqiqə davam etmişdir. Qeyd olunanlara əsasən işə düzgün baxılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 2 ildir ki, saç ustası kimi qiyabi tanıyır, yaxın münasibətləri olmamışdır. Son günlər Vüsalənin onun barədə artıq-əskik sözlər danışdığını eşitmiş və bu səbəbdən də 13.02.2022-ci il tarixdə axşam saatlarında Vüsalənin mobil nömrəsinə zəng edərək, nəyə görə barəsində həqiqət olmayan şəxsi işləri barədə orda-burda danışdığını soruşmuşdur. Aralarında telefonda mübahisə düşdüyündən Vüsalə ona əxlaqsız ifadələr işlətmiş və yaşadığı məhəlləyə gəlib onu rüsvay edəcəyini bidirmişdir. Vüsaləyə hazırda Sumqayıtda olduğunu və görüşmək üçün onu Sumqayıt şəhəri 6-cı mkr-da yerləşən dəniz kənarındakı "Sveet" restoranının parklanma meydançasına çağırıb özü də ora getmişdir. Bir neçə dəqiqdən sonra həmin yerə Vüsalə idarə etdiyi avtomobil ilə gəlmiş, Vüsalə ona yaxınlaşıb yaxasından tutaraq sinəsinə yumruqla, sonra da təpiklə ayaqlarına vurmuşdur. Biraz keçdikdən sonra ora əvəllər tanıdığı Tofiq gəlib ona və Vüsaləyə irad tutmuş və sakitləşmələrini deyərək nə baş verdiyini soruşmuş, o Vüsalənin onu döyərək söydüyünü və şikayət etmək istədiyini söyləmişdir. Vüsalənin onu döyməsi və təhqir etməsi ilə bağlı 102 xidmətinə zəng edərək məlumat vermiş və sonra da bölmədə ərizə yazmışdır. Qeyd olunanların nəzərə alınaraq Zərərçəkmiş şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və sahə müvəkkilinin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, aparılmış təhqiqatla müəyyən edilmişdir ki, 13 fevral 2022-ci il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri, 6-cı mkr ərazisində yerləşən "Sveet" restoranın parklanma meydançasında Şəxs ucadan küçə söyüşlər söyərək ictimai qaydanı pozması əməlində cinayət tərkibi olmadığına görə barəsində cinayət təqibi rədd edilməli, lakin Türkan Ağaverdiyevanm əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulan “xırda xuliqanlıq" inzibati xətanın tərkib əlamətləri olduğuna görə inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin təhqiqatçısı polis mayoru X1 NK-1/304 saylı yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə də öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 510-cu maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 80,00 (səksən) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-859/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-859/2022
04.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver