Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-86/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, 24.06.2002-ci ildə Sumqayıt şəhərində, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X2 tərəfindən Yasamal rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş 30.11.2021-ci il tarixli protokol əsasında qəbul edilmiş EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs X2 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Yasamal rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş 30.11.2021-ci il tarixli protokol əsasında qəbul edilmiş EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 bildirdi ki, 30.11.2021-ci il tarixdə Bakı şəhəri, Elmlər Akademiyası metrosunda Polis əməkdaşı tərəfindən saxlanılmışdır. Bu zaman adını bilmədiyi bir polis əməkdaşı ondan ad, soyadını və vaksin vurdurub-vurdurmadığını soruşdu. 20.12.2021-ci il tarixdə ona məxsus ***-***-**-** nömrəli telefonunda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə polis tərəfindən 100 (yüz) manat məbləğində cərimə olunduğu müəyyən edilmişdir. Barəsində əsassız tərtib edilmiş protokolun ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yasamal rayon Polis idarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Yasamal rayon Polis idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən pidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati tənbeh vermə haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Yasamal rayon Polis İdarəsi tərəfindən iş üzrə bütün hallar araşdırılmamışdır. İnzibati xətanın hansı qaydada törədilməsi, bunun hansı sübutlarla təsdiq edilməsi və s. barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Yasamal rayon Polis İdarəsinin inzibati xəta haqqında 30.11.2021-ci il tarixli protokol əsasında qəbul edilmiş EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X1 barəsində Yasamal rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 30.11.2021-ci il tarixli protokol əsasında qəbul edilmiş EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-86/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-86/2022
25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver