Məhkəmə qərarları › İş №3(060)-860/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-860/2021

19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-860/2021 19.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri X2 və X3, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş vəzifəli şəxs X6 və müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə X6 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı qərarı ilə vəzifəli şəxs X10 Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat cərimə edilmişdir. Həmin qərardan narazı qalan X10 şikayət verərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X10 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri 9-cu mikrorayon (köhnə), 59A onun mülkiyyətindədir və həmin qeyri-yaşayış sahəsi “Corona Pub” kafesi kimi fəaliyyət göstərir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin əməkdaşları ora gəlmiş və inzibati xəta haqqında protokol tərtib etmişlər. Həmin protokol əsasında barəsində inzibati xəta haqqında qərar qəbul olunmuşdur. Halbuki ona isnad edilən inzibati xətanı törətməmişdir. Nəyə görə ona inzibati cərimə yazılması ona məlum deyildir. Ölkədə fəaliyyət göstərən bütün obyektlərin sahibi kimi o da karantin qaydalarına əməl etməklə (icazə verildiyi vaxtda və qaydada) fəaliyyət göstərmişdir. Cərimə qərəzli olaraq yazılmışdır, həqiqəti əks etdirmir, tam əsassızdır, ona görə də ləğv edilməlidir. Məhkəmə iclasında X10 və müdafiəçisi X9 şikayəti müdafiə edərək təmin edilməsini, X10 barəsində olan inzibati xəta haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdilər və bildirdilər ki, belə əsassız cərimə yazılması X1 rejimi dövründə ağırlaşan iqtisadi durumunu daha da pisləşdirmiş, fəaliyyət göstərməsi, işçilərin əmək haqqını ödəməsi qeyri-mümkün olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri X5 və X7 bildirdilər ki, xx xxxxxx 2021-ci ildə saat 19:45-də Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Corona Pub” kafesində karantin rejiminə əməl edilməsi vəziyyəti yoxlanılmış və müəyyən edilmişdir ki, kafedə işçi heyətin maskadan istifadəsi ilə bağlı qaydalara əməl edilmir və karantin rejimi qaydaları ilə bağlı məsul şəxs təyin edilməmişdir. Bununla bağlı vəzifəli şəxsin izahatı alınmış, videoçəkiliş aparılmışdır. Videogörüntülərdə karantin rejiminə əml edilməməsi aydın şəkildə görünür. Məhkəmə X6 şikayətinin dəlillərini işdə olan sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, xx xxxxxx 2021-ci ildə saat 19:45-də Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Corona Pub” kafesində karantin rejiminə əməl edilməsi vəziyyəti yoxlanılmış və müəyyən edilmişdir ki, kafedə işçi heyətin maskadan istifadəsi ilə bağlı qaydalara əməl edilmir və karantin rejimi qaydaları ilə bağlı məsul şəxs təyin edilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin əməkdaşları tərəfindən çəkilməş videogörüntülər nümayiş etdirildi. Müəyyən olundu ki, X8 məxsus, Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Corona Pub” kafesində karantin rejiminə əməl edilməsi vəziyyəti yoxlanılarkən kafedə işçi heyətin maskadan istifadəsi ilə bağlı qaydalara əməl edilməmiş və karantin rejimi qaydaları ilə bağlı məsul şəxs təyin edilməmişdir. X6 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinə verdiyi izahatdan görünür ki, X10 Nazirlər Kabinetinin 237 saylı Qərarından məlumatsız olmuş, ona məxsus “Corona Pub” kafesində Covid-19 üzrə məsul şəxsi bu səbəbdən təyin etməmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhəri 9-cu mikrorayon (köhnə), 59A X6 mülkiyyətindədir və həmin qeyri-yaşayış sahəsi “Corona Pub” kafesi kimi fəaliyyət göstərir. X10 vergi ödəyicisidir (VÖEN: **********). Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2020-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”i təsdiq etmişdir. TƏBİB tərəfindən hazırlanmış “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasinin (COVİD-19) profilaktikasina dair metodiki göstərişlər”dən görünür ki, qapalı məkanlarda maskanın istifadəsinin mütləq şərt olması qeyd edilmiş və tibbi maskaların məcburi istifadəsinin təmin edilməsi tələbi əks edilmişdir. Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli Qərarının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Həmin Qərarın 3-cü bəndinə əsasən bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Koronavirus (covid-19) pandemiyasi dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağli bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin x xxxx 2020-ci il tarixli, 237 nömrəli Qərarinın tələbinə görə koronavirus (COVİD-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalı, ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalı, hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir.... İctimai iaşə obyektlərinin girişçıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməli, ictimai iaşə obyektində koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə edilməsi, qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün operativ nəzarət üzrə məsul şəxs (bundan sonra – məsul şəxs) təyin edilməli və bu təyinat rəsmiləşdirilməlidir. Məsul şəxs koronavirusla (COVİD-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməli, işçi heyət üçün gigiyena və sanitariya qaydaları ilə bağlı təlimlər təşkil etməli, bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir. Bu Qərardan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə X6 şikayətinin dəlillərini işdə olan sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, X10 vergi ödəyicisidir, hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olur, ona məxsus qeyri yaşayış sahəsində “Corona Pub” kafesi fəaliyyət göstərir. xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin əməkdaşları həmin kafedə karantin rejiminə əməl edilməsi və “Koronavirus (covid-19) pandemiyasi dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağli bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin x xxxx 2020-ci il tarixli, 237 nömrəli Qərarinın tələbinə əməl edilməsi vəziyyətini yoxlamışlar. Müəyyən edilmişdir ki, Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Corona Pub” kafesində karantin rejiminə əməl edilməsi vəziyyəti qaydalara uyğun təşkil edilməmişdir, kafedə işçi heyətin maskadan istifadəsi ilə bağlı qaydalara əməl edilmir və karantin rejimi qaydaları ilə bağlı məsul şəxs təyin edilməmişdir. Beləliklə, X6 şitkayəti əsassız olduğundan rədd edilməlidir. Onun barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 şikayəti təmin edilməsin. X6 vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar