Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-861/2021 30.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X3 iştirakı ilə, Bakı şəhər polis idarəsinin X13 idarəsinin X9 işlər üzrə icraat şöbəsinin inspektoru X2 qəbul etdiyi ******* №-li 21 kekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X11 Bakı şəhər polis idarəsinin X13 idarəsinin X9 işlər üzrə icraat şöbəsinin inspektoru X2 qəbul etdiyi ******* №-li 21 kekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirləndirilməsi barədə inzibati təta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətində göstərmişdir ki, o, “xxxx” MMC şirkətində sürücü işləyir. 15.08.2020ci il tarixdə səhər saat 08:00-da 2 nəfər sərnişini “Afiyəddin Cəlilov-4”də yerləşən “Beynəlxalq SOS” deyilən səhiyyə məntəqəsinə aparmışdır. Onları gözləyib oradan başqa yerə aparmalı idi. Bir müddət gözlədikdən sonra oradakı nəzarətçi ona binanın arxasındakı dayanacaqda gözləməyini bildirdikdə o, da maşınını həmin yerdə saxlamışdır. Bu zaman bir yol polisi maşını onun yanında dayanmış, polis əməkdaşı ona yaxınlaşaraq sənədləri təqdim etməyini söyləmişdir. Onun barəmdə guya birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən protokol tərtib edərək tez oradan uzaqlaşmışdır. O, maşından düşüb nişan olan tərəfə yenidən diqqətlə baxdıqda orada “YOL VER” nişanından başqa heç bir nişan olmadığını görmüşdür. Həmin yerdə qeyd edilən nişanın şəklini, videogörüntüsü də çəkmişdir. Daha sonra o, bununla bağlı 25.08.2020-ci il tarixdə Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis İdarəsi X13 idarəsinə müraciət edərək yuxarıda qeyd edilənləri müraciətində göstərərək barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri Baş Polis idarəsi X13 İdarəsi tərəfindən həmin protokol əsassız olaraq qüvvədə saxlanılmışdır. Buna görə də 07.10.2020-ci il tarixdə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək işin yenidən araşdırılması və inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1978/2020 saylı, 26.10.2020-ci il tarixli Qərarı ilə Bakı şəhər X13 İdarəsi X6 Patrul Xidməti inspektoru polis serjantı X10 tərəfindən tərtib edilmiş İXP ******* saylı, 15.08.2020-ci il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, 15.08.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət qismən təmin edilmiş, barəsində tərtib edilmiş İXP ******* saylı, 15.08.2020-ci il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, 15.08.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, iş materialları yenidən araşdırılması üçün Bakı şəhər X13 İdarəsinə göndərilmişdir. Bundan sonra Bakı şəhər Baş Polis İdarəsi X15 idarəsinin X9 İşlər üzrə İcraat Şöbəsinin inspektoru polis kapitanı X2 21 dekabr 2020-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, AR İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100,00 (bir yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Bu qərardan narazı qalaraq o, yenidən Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək həmin qərarın yenidən ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt şəhər məhkəməsinin 3(060)-665/2021 saylı, 22.02.2021-ci il tarixli qərardadı ilə şikayətimə qərarı əlavə etmədiyimdən şikayəti və ona əlavə olunmuş sənədlər ona geri qaytarılmışdır. Həmin qərardadı 09 mart 2021-ci il tarixdə rəsmi qaydada Sumqayıt Şəhər Məhkəməsindən əldə etmişdir. O, həmin qərarı səhvən şikayətini əlavə etməmişdir. Yuxarıda da qeyd etdiyi kimi, o, özünü həmin inzibati xətanın törədilməsində təqsirli bilmir. Belə ki, orada “YOL VER” nişanından başqa heç bir nişan olmamışdır. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 12.03.2021ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında qərardan şikayətə baxılması 30 mart 2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Bakı şəhəri X13 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat verilmədiyindən məhkəmə hazırki işə Bakı şəhəri X13 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaında şikayət vermiş şəxs X5 şikayətinə uyğun izahat verərək məhkəmədən Həsən Bakı şəhər polis idarəsinin X13 idarəsinin X9 işlər üzrə icraat şöbəsinin inspektoru X2 qəbul etdiyi ******* №-li 21 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq və şikayət vermiş şəxsin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Bakı şəhər X13 idarəsinin müşayiət-eskort bölüyü YPX inspektoru polis serjantı X10 tərəfindən tərtib edilmiş 15.08.2020-ci il tarixli İXP ******* №li inzibati xəta haqqında protokol üzrə çıxarılmış 15.08.2020-ci il tarixli TP ******* №-li inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 15.08.2020-ci il tarixdə saat 09:53-də Bakı şəhəri, Cavanşir körpüsünün altında “London Taxi TX4 minik” markalı **- TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolu birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə halına (hallarına) yol verdiyinə üçün İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 100,00 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1978/2020 saylı, 26.10.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhər X13 İdarəsi X6 Patrul Xidməti inspektoru polis serjantı X12 oğlu tərəfindən tərtib edilmiş İXP ******* saylı, 15.08.2020-ci il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, 15.08.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət qismən təmin edilmişdir. X5 barəsində tərtib edilmiş İXP ******* saylı, 15.08.2020-ci il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, 15.08.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, iş materialları yenidən araşdırılması üçün Bakı şəhər X13 İdarəsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Baş Polis İdarəsi X15 idarəsinin 046-355486- 3220 №-li, 21 sentyabr 2021-ci il tarixində vətəndaş Elman Cəbrayılova ünvanlanmış mətubdan görünür ki, X5 15.08.2020-ci il tarixdə “London Taxi TX4 minik” markalı **-TH- *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Yusif Səfərəov küçəsində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 66-cı maddəsinin tələbini pozaraq birtərəfli hərəkət yolunun əks istiqamətində hərəkət etdiyinə görə yol patrul xidməti inspektoru tərəfindən saxlanılması və barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi üzrə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol hərəkəti qaydasını pozulması xüsusi texniki vasitələrlə qeydə alınmış videogörüntülərdə təsdiqini tapması qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhər polis idarəsinin X13 idarəsinin X9 işlər üzrə icraat şöbəsinin inspektoru X4 tərəfindən qəbul edilmiş ******* №-li 21 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100,00 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Bakı şəhər polis idarəsinin X13 idarəsinə ünvanlanmış məhkəmə bildirişindən görünür ki, işlə bağlı olan sübutların məhkəməyə təqdim olunması qeyd olunmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİ bəndinin 1-ci hissəsinə görə 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki səlahiyyətli orqan tərəfindən inzibati xətaya dair işə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin olunmamış, Bakı şəhəri X13 İdarəsinə ünvanlanmış bildirişdə sübutların təqdim olunması tələb olunsa da, Bakı şəhəri X13 İdarəsi tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.4 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Bakı şəhər polis idarəsinin X13 idarəsinin X9 işlər üzrə icraat şöbəsinin inspektoru X2 qəbul etdiyi ******* №-li 21 dekabr 2020-ci il tarixli inzibati tənbehvermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət təmin olunsun. Bakı şəhər polis idarəsinin X13 idarəsinin X9 işlər üzrə icraat şöbəsinin inspektoru X2 qəbul etdiyi ******* №-li 21 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-861/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-861/2021
30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver