Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-865/2025 10.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1, otaq 125 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 bildirmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 6126/2024 saylı icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 235 manat məbləğində sabit pul şəklində aliment tutularaq X2 ödənilməlidir. Həmçinin Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-67437/2024 saylı icra sənədinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Şəxs X1 xeyrinə hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd edilən icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilmişdir. Həmin vaxtdan sonra borclu mütamadi ödənişlər həyata keçirir. Belə ki, ay ərzində bir neçə dəfə hissə-hissə olmaqla ödənişlər edir. Lakin, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilənə kimi bir qədər borc yığılmışdır ki, həmin borc ödənilməmişdir. İndiyə kimi ümumilikdə 2757 manat ödəniş olmuş, 1778 manat aliment borcu isə yığılmışdır. Borclu barəsində əvvəl də bir dəfə protokol tərtib edilmişdir. Lakin, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Hazırda tələbkar şikayətlər etdiyi üçün təkrar protokol tərtib etmişdir. Borclunun gəliri və ya əmlakı da müəyyən edilməmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o icra sənədinin icrasından yayınmır. Sadəcə səhhəti ilə bağlı borcu tam ödəyə bilməmişdir. Belə ki, o keçən il qəza keçirmişdir, buna görə də bu günə kimi qolu biri iflic vəziyyətindədir və bu məhkəmə prosesində də açıqaşkar görünür. Heç bir yerdə işləmir və rəsmi gəliri yoxdur. Buna baxmayaraq fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur, bir əli ilə avtomobil idarə etmək məcburiyyətində qalır və əlinə nə pul düşsə dərhal ödəniş edir. O, hissə-hissə olmaqla hər ay bir neçə dəfə ödənişlər edir. Hər ay aliment borcu 470 manat təşkil edir ki, o da bu pulu demək olar ki, ödəyir. Söz verir ki, bundan sonra da hər ay aylıq borcları ödəyəcək, qalan borcu isə hər ay əlavə ödənişlər hesabına qısa müddətə bağlayacaq. Barəsində hər hansı inzibati tənbeh tədbirinin tətbiq edilməsi onun vəziyyətini daha da ağırlaşdırcaq və ödənişləri mümkünsüz edəcək. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi mövcud deyil. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxs tələbin könüllü icrası barədə bildirişi aldıqdan sonra mütamadi ödənişlər edir. Borclunun daimi iş yeri olmasa da, qəza ilə bağlı bir əli işləməsə də, icarəyə götürdüyü avtomobillə taksi fəaliyyəti göstərərək ay ərzində bir neçə dəfə ödənişlər edir. Bu hal onun icra sənədini icra etməsi üçün maksimum səy göstərdiyini təsdiq edir. Borclu aylıq alimentini bundan sonra da mütamadi ödəyəcəyini qeyd edir, keçmiş borcunu isə hissə-hissə olmaqla qısa müddətə ödəməyə söz verir. Göstərilən halları, yəni hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-6126/2024 saylı icra sənədindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 235 manat məbləğində sabit pul şəklində aliment tutularaq X2 ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-6126/2024 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(011)-6126/2024 saylı icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü icra etməsi Şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə ona xəbərdarlıq edilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-67437/2024 saylı icra sənədindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Şəxs X1 xeyrinə hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-67437/2024 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(011)-67437/2024 saylı icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü icra etməsi Şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan çoxsaylı qəbzlərdən görünür ki, Şəxs hər ay bie neçə dəfə ödənişlər etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-6126/2024 saylı icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 235 manat məbləğində sabit pul şəklində aliment tutularaq X2 ödənilməlidir. Həmçinin Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-67437/2024 saylı icra sənədinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Şəxs X1 xeyrinə hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd edilən icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilmişdir. Həmin vaxtdan sonra borclu mütamadi ödənişlər həyata keçirmişdir. Belə ki, ay ərzində bir neçə dəfə hissəhissə olmaqla ödənişlər etmişdir. Lakin, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilənə kimi borc yığılmış və həmin borc indiyə kimi ödənilməmişdir. İndiyə kimi ümumilikdə 2757 manat ödəniş olmuş, 1778 manat aliment borcu isə yığılmışdır. Borclu barəsində xx.xx.2024-cü il tarixdə İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Hazırda borclu fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etdiyini bildirmiş, onun əlavə hər hansı əlavə gəliri müəyyən edilməmişdir. Bundan əlavə boclu izahatında keçmiş borclarını da hissə-hissə ödəyəcəyini bildirmişdir. Hazırda borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsinin nədə ifadə olunduğu göstərilmədən, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, protokolda borclu Şəxs həmin maddənin dispozisiyasında nəzərdə tutulan hansı hərəkəti və yaxud hərəkətsizliyi etməklə inzibati xəta törətməsi göstərilməmiş, eləcə də onun əməlində həmin maddənin tərkibinin olduğunu təsdiq edən sübutlar protokolda qeyd edilməmiş və belə bir sübutlar məhkəməyə təqdim olunmamışdır. Əksinə işin halları ilə müəyyən edilir ki, borclu ödəniş etməkdən qərəzli boyun qaçırmır, tələbin könüllü icrası haqqında bildiriş ona verildikdən sonra aylıq aliment ödənişlərini həyata keçirir, yalnız əvvəldən borcu yığıldığı üçün hazırda 1778 manat aliment borcu mövcuddur. Qeyd edilən halları icra məmuru da izahatında təsdiq etmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıln şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan dörd zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, əvvəlki borcun tam ödənilməməsinə Şəxs münasibəti qərəzli olamamış, faktiki imkanının olmaması ilə bağlı olmuşdur. Onun tərəfindən aylıq aliment ödənişləri hazırda hər ay mütamadi həyata keçirilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-865/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-865/2025
10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver