Məhkəmə qərarları › İş №3(060)-867/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-867/2021

21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-867/2021 21.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər polis idarəsinin təhqiqat şöbəsinin cinayət işinin başlanmasının rədd olunması haqqında 12 fevral 2021-ci il tarixli qərarına əsasən X4 barəsində 12 mart 2021-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, (tarixə bax) 06.01.2021-ci il tarixdə o, Zərərçəkmiş şəxs döymüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-867/2021 saylı, 12.03.2021-ci il tarixli qərarı ilə X2 İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqında iş üzrə icraata İXM-nin 53.0.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-867/2021 saylı 12.03.2021-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-261/2021 saylı 15.04.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 867/2021 saylı, 12.03.2021-ci il tarixli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmiş və qeyd olunan iş 28.04.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İşə baxılması 17.05.2021-ci il tarixə təyin olunmuş lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərərçəkmiş şəxs və protokol tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat vermədiklərindən məhkəmə işin baxılmasını 21.05.2021ci il tarixə təxirə salmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan materialları tədqiq edərək hesab edir ki, X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanılmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, hadisənin təhqiqatı aparılaraq toplanmış materiallar üzrə Sumqayıt şəhər polis idarəsinin 12 fevral 2021-ci il tarixli qərarı ilə X4 barəsində cinayət işinin başlanması rədd olunmuşdur. İXM-nin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X4 barəsində İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53.1.6, 114.2.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X4 barəsində Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsi tərəfindən tərtib edilmiş 12 mart 2021-ci il tarixli MN ******* №li inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar