Məhkəmə qərarları › İş №3(060)-867/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-867/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-867/2024 20.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Kərimov Ramid Məsudi oğlunun iştirakı ilə, Kərimov Ramid Məsudi oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, EQ 17786785 saylı qərarından Kərimov Ramid Məsudi oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Kərimov Ramid Məsudi oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, EQ 17786785 saylı Qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, Azərbaycan Respublikası Baş X4 İdarəsi tərəfindən xüsusi texniki vasitələrin köməyi ilə mənə məxsus olan CHEVROLET CRUZE markalı ** EH *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə xx.xx.2023 (EQ/********) tarixində elektron protokollar tərtib olunmuşdur. Nəzərə çatdırmaq istəyir ki, xüsusi texniki vasitələrin köməyi protokollar tərtib olunan vaxt CHEVROLET CRUZE markalı ** EH *** dövlət qeydiyyat nöşmrə nişanlı nəqliyyat vasitəsini o idarə eləməmişdir. Bu fakt xüsusi texniki vasitələrin köməyi əldə olunmuş video və foto materialda təsdiq olunur. Qeyd olunan elektron protokollardan xəbəri olmamışdır. Barəsində tərtib olunan protokollarla bağlı Azərbaycan Respublikası Baş X4 İdarəsində qəbulda olub həmin dövrdə nəqliyyat vasitəsinin onun istifadəsində olmadığı və araşdırılması üçün ərizə yazmışdır. Baş X4 İdarəsində ona ərizəsinin araşdırılıb nəticəsi barədə ona məlumat veriləcəyini bildirsələr də, üzərindən uzun müddət keçməsinə baxmayaraq heç bir cavab bildirilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində tərtib olunmuş xx.xx.2023 tarixli EQ/17786785 №-li elektron qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Kərimov Ramid Məsudi oğlu şikayət ərizəsində qeyd olunanları təsdiq edərək bildirdi ki, 05 noyabr 2023-cü il tarixədək avtomobili özü idarə etmiş, həmin tarixdən sonra avtomobili dostu X3 idarə etmişdir. Belə ki, 05 noyabr 2023-cü il tarixdə işıqforun qırmızı işığında keçdiyi üçün YPX-a əməkdaşı onu saxlamış və qayda pozuntusu ilə yanaşı onun sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat vermişdir. Məhkəmədən şikayətinin təmin olunmasını, ona yazılan cərimələrin silinməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ 17786785 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Kərimov Ramid Məsudi oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən “Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanununun 36-ci maddəsinin İ hissəsinin 1-ci və 2-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Kərimov Ramid Məsudi oğlunun sürücülük hüququ xx.xx.2023-cü il tarixdə məhdudlaşdırıldığı halda, xx.xx.2023-cü il tarixdə “Chevrolet Cruze” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil özünün də ifadəsində bildirdiyi kimi Kərimov Ramid Məsudi oğlu tərəfindən idarə olunmuş, buna görə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, EQ 17786785 saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Kərimov Ramid Məsudi oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Kərimov Ramid Məsudi oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, EQ 17786785 saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Kərimov Ramid Məsudi oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Baş X6 İdarəsi tərəfindən Kərimov Ramid Məsudi oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, EQ 17786785 saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar