Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-869/2025 10.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru Elmar Hüseynovun, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə MN ******* seriya №-li, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs aldadıb onun etibarından sui istifadə edərək sonuncunun 120 manat pulunu mənimsəmiş nəticədə Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Sumqayıt ŞPİ-nin 3-ci PB tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş şəxs 3-cü PB-nin sahə rəisi Elmar Hüseynov tərtib edilən protokola uyğun izahat verərək eyni zamanda bildirmişdir ki, protokol məhkəməyə təqdim edildikdən sonra Şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyanı tam ödəmiş və onunla barışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq qanunamüvafiq olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Tanışı Emil adlı şəxs ona zəng edərək bir nəfər şəxsə “Bolt” profili düzəltmək lazım olduğunu bildirmiş, o, bu işi görə biləcəyini demiş və buna görə 120 manat pul lazım olduğunu bildirmişdir. Emil həmin şəxslə danışdıqdan sonra ondan aldığı 120 manat pulu onun kart hesabına göndərmişdir. Bundan sonra o, profili düzəltmək üçün bir nəfər tanışı ila danışmış, lakin profili düzəltmək mümkün olmamışdır. Daha sonra o, Emilə pulu düzəldə bilmədiyimi bildirmiş və Emilin kart hesabına 20 və 30 manat olmaqla 50 manat pul göndərmişdir. Bundan sonra o, Emilə 70 manat göndərməli olmuşdur. O, pulu düzəldib Emilə göndərmək istədikdə Emilin pulu aldığı Orxan adlı şəxs onunla əlaqə saxlamış və o, Orxana pulu tam düzəldə bilmədiyini bir neçə günə düzəldib göndərəciyini bildirmişdir. Qeyd edir ki, protokol məhkəməyə daxil olanadək o, zərərçəkmiş şəxs Orxana heç bir vəsait qaytarmamışdır. Hazırda o, zərəçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəmiş, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Əməlindən peşmandır, bir daha bu kimi əməllərə yol verməyicəyinə söz verir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs protokolda qeyd olunanlara uyğun izahat verərək bildirdi ki, hazırda Şəxs ona vurulmuş, ziyanı ödəmiş, barışmışlar, odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənildiyini, Şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını, onunla barışdığını bu səbəbdən sonuncu barəsində olan inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı polis baş leytenatı X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:20-də tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 15:00-da MSY-dən azad edilmişdir. İlkin araşdırma zamanı Şəxs izahat verərək törətmiş olduğu əməli etiraf etmişdir. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tərəflərin izahatı ilə tam təsdiq edilir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin Qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, vurulmuş zərər ona tam olaraq ödənilmiş, Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi qalmamış, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, vurulmuş zərər ödənildiyini, barışdıqlarını nəzərə alaraq Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.10-cu maddəsinə əsasən xitam verilməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 39.2, 531.10, 114.1.4-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-869/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-869/2025
10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver