Məhkəmə qərarları › İş №3(060)-87/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-87/2022

29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-87/2022 29.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu, X1 İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X2 və Təbii Sərvətlər İdarəsinin 08.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X2 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 08.12.2021-ci il tarixli, MN ******* saylı qərarı ilə "xxxx" ASC-də sahə rəisinə verilmiş 16.06.2021-ci il tarixli, Ç-MG/4321-048 məcburi göstərişdə qoyulmuş tələbləri icra etmədiyinə görə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 ( üç min) manat cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Qeyd edilən qərardan narazı qalan X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş 08.12.2021-ci il tarixli, MN ******* saylı qərqərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və cərimnin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-87/2021 saylı, 18.01.2022-ci il tarixli qərarı ilə Vəzifəli şəxs ("xxxx" ASC-də sahə rəisi) X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 (üç min) manat cərimə tənbeh növünün tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X2 və Təbii Sərvətlər İdarəsinin 08.12.2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və onun barəsində inzibati xəta haqqında iş üzrə icrata xitam verilməsi qərar alınmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs 4 X2 və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev qərardan apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-87/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-162/2022 nömrəli, 11.03.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X2 və Təbii Sərvətlər İdarəsinin X3 barəsində Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə inzibati tənbehin tətbiq edilməsinə dair MN № ******* saylı, 08 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 3(060)-87/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi qərar alınmışdır. İnzibati tanbeh verilməsinə dair 08.12.2021-ci il tarixli, MN seriyalı, ******* saylı qərardan verilmiş şikayət yenidən baxılması üçün material material Sumqayıt Şəhər Məhkəməsinə hazırlıq mərhələsinə qaytarılmışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə təcrübəsində məhkəmə aidiyyəti qaydasında fərqli yanaşma nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına səbəb ola bilər. (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarı). Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibatii xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə baxıla bilər (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarı). Eyni zamanda İnzibati Xətalar Məcəlləsi inzibati xətalar haqqında işlərin ərazi üzrə aidiyyətinin müəyyən edilməsində baş vermiş səhvlərin aradan qaldırılması yollarını tənzimləmişdir. Belə ki, əgər məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokol və ya digər materiallar baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.5-ci maddəsi aidiyyət məsələsinə dair məhkəmə səhvinin aradan qaldırılması üçün əlavə vasitə kimi şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul etmək imkanını nəzərdə tutmuşdur. İnzibati xətalar haqqında işlərin ərazi üzrə aidiyyəti pozulduqda isə Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi müəyyən edilmişdir (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli Qərarı). İnzibati materialı nəzərdən keçirib Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş vəzifəli şəxs ("xxxx" ASC-də sahə rəisi) X1 qeydiyyat ünvanı iş materillarında olan şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi ünvan 2 ünvanıdır. Həmçinin inzibati xətanın törədildiyi "xxxx" ASC-nin hüquqi ünvanı da Abşeron rayonu, Saray qəsəbəsidir. Belə olan halda isə inzibati material aidiyyatı üzrə baxılması üçün İXM-nin 110.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X2 və Təbii Sərvətlər İdarəsinin 08.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Hakim: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar