Məhkəmə qərarları › İş №3(060)-872/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-872/2022

06.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-872/2022 06.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X6, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Salyan rayonu, Çuxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, Salyan rayonu, Noxudlu kəndində qeydiyyatda oaln və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə 06 aprel 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 07.03.2022-ci ildə ünvan 2 ünvanında arvadı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 06 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X9 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə 4 ildir evlidir. 07.03.2022-ci ildə ünvan 2 ünvanında Şəxs onu döyərək xəsarət yetirmişdir. Daha sonra o, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, o, boşanmaq üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və bundan xəbər tutandan sonra Zərərçəkmiş şəxs ilə yaşadıqları ünvanda aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs onun boyun nahiyəsini cırmış, o da Ruqiyəni itələmişdir. Ruqiyə əsəbləşərək Sumqayıt şəhət Pİnin 1-ci PB-nə ondan şikayət etmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin 31.03.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, 07.03.2022-ci il tarixdə Şəxs arvadı X1 yaşadıqları ünvan 2 ünvanında xəsarət yetirməsi faktında xuliqanlıq cinayətinin tərkib əlamətlərinin olmasına baxmayaraq sonuncuya zərərvurmayan xəsarət yetirildiyindən aparılmış yoxlamanın nəticəsi üzrə cinayət işinin başlanılması rədd edilişdir. Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün inzibat qaydada məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə olunmuş MTE-nin 09.03.2022-ci il tarixli, 324 saylı ekspert rəyində görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - alın nahiyyənin sağ yarısında 4,0x4,0 sm, sol gözaltı nahiyyədə 3,0x2,0 sm, döş qəfbsinin ön səthinin sağ yarısında 5,0x3,0 sm, sağ budun yuxarı 1\3-nin ön səthində ö,0x4,0 ölçülərdə göy rəngli qeyrirnüəyyən formalı qançırlar vardır. Sağ əlin arxa səthində 1,0x0,5 sm; 0,5x0,5 sm və 1,0x0,7 sm ölçülərdə ətraf dəri səviyyəsindən yerləşmiş tünd qırmızı rəngli qartmaqla örtülü sıyrıqlar vardır. Bədəni üzərində digər xəsarət izi aşkar edilməmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin təhqiqatçısı polis mayoru X2 NK-1/540 saylı yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə də öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 300,00 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar