Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-873/2021 15.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus qızınun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs- X1 iştirakları ilə, xx.xx.1980-cı ildə Naxçıvan MR. Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Naxçıvan MR, Sumqayıt şəhəri 11 saylı tam orta məktəbin binasında məktəbin UBTR vəzifəsində işləyən, Culfa şəhəri, M.S.ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 15.03.2021-ci il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs 12.02.2021-ci il tarixdə saat 07:10 radələrində Sumqayıt şəhəri 11 saylı tam orta məktəbin binasında təsərüfat müdiri X2 telefonla zərbə vuraraq xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, 12.02.2021-ci il tarixdə saat 07:10 radələrində Sumqayıt şəhəri 11 saylı tam orta məktəbin binasında təsərüfat müdiri X3 ilə mübahisə etmiş, amma ona heç bir xəsarət yetirməmişdir. Telefonu əlində olduğundan mübahisə zamanı onun üzünə dəymişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, 12.02.2021-ci il tarixdə saat 07:10 radələrində Sumqayıt şəhəri 11 saylı tam orta məktəbin binasında məktəbin UBTR vəzifəsində çalışan Şəxs onunla mübahisə edərək nalayiq ifadələrlə onu təhqir etmişdir. Bu zaman Şəxs onun üzərinə hücum çəkərək sol göz nahiyəsini əli ilə cızmış, əlində olan telefonla baş nahiyəsinə zərbələr vuraraq ona xəsarət yetirmişdir. Mübahisə əsnasında özünü sığortalamaq üçün video görüntüdən istifadə etmişdir. Şəxs qanunauyğun qaydada cəzalandırılmasını xahiş etdi. İş materiallarından olan 05.03.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxsnnın əməlində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilmişdir. Həmin qərarda göstərilən 182 saylı ekspertiza rəyindən müəyyən olunur ki, X1 bədəni üzərində olan xəsarətlər – sol gözaltı nahiyənin sıyrığı küt əşya təsirindən törənmişdir, müddəti zərərçəkmişin müayinəsindən 1 gün əvvəl olmaqla 12.02.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xətaya dair materialları, zərərçəkmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarını və vəkilin çıxışını dinləyib hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-873/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-873/2021
15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver