Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-873/2022 21.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Sumqayıt şəhər X4 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli EQ ******* saylı Qərarından X3 Sabir oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X3 Sabir oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər X4 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsi və şikayətinin təmin olunmasını Məhkəmədən xahiş etmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, İsmayılov Samir Sabir oğlunun Sumqayıt şəhər X4 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarla bağlı müraciətlərini nəzərə alaraq şikayətə mahiyyəti üzrə baxır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında çıxış edən şikayətçi İsmayılov Samir Sabir oğlu izahatında bildirmişdir ki, Sumqayıt şəhər X4 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarla 20 manat məbləğində cərimə edilmişdir. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə qərar qanunsuz və əsassızdır. Barəsində sözügedən protokol tərtib olunarkən həmin maddədə göstərilən dayanma və ya durma qaydalarının tələblərini pozmamışdır. Həmin protokol tərtib olunan zaman ona məxsus “Hyundai Sonata minik” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində dayanarkən protokolda qeyd olunan yol nişanı mövcud olmamışdır. Dəfələrlə Sumqayıt şəhər polis idarəsinə və Daxili İşlər nazirliyinə qərarın əldə edilməsi üçün müraciət etsə də, müsbət nəticə verməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq şikayətinin təmin olunmasını və barəsində qəbul edilmiş sözügedən “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli məktubdan görünür ki, 15 İsmayılov Samir Sabiroğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 20 (iyirmi) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin Vİ hissəsinin 1-ci bəndinə əsasən dayanmanın qadağan edildiyi yerlərdə (yol nişanı 3.27) nəqliyyat vasitələrinin durması qadağandır. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Sumqayıt şəhər X4 Şöbəsinə 19 aprel 2022-ci il tarixdə sorğu göndərərək Sumqayıt şəhəri mikrorayon 17, 11, GPS.40.5603821, 49.6980627 ünvanında dayanma-durma qadağandır nişanının olubolmaması barədə məlumatların Sumqayıt şəhər Məhkəməsinə təqdim etməyi xahiş etmişdir. Lakin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq sorğunun cavabı barədə Məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, İsmayılov Samir Sabir oğlunun şikayətində görstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümükün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İsmayılov Samir Sabir oğlunun şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər X4 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli EQ ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-873/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-873/2022
21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver