Məhkəmə qərarları › İş №3(060)-874/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-874/2022

21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-874/2022 21.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X3, Qərarından şikayət verilmiş Sumqayıt Şəhər Polis İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Sumqayıt şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 17.03.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 şikayətinə baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Polis İdarəsi Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş 12.01.2022-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 bildirdi ki, 17.03.2022-ci il tarixində, saat 11:00 radələrində "xxxx" ASC-nin (bundan sonra - "ABB") Sumqayıt filialında (bundan sonra - Filial) olduğu zaman iş otağına tanımadığı şəxs icazəsiz daxil olaraq mobil telefonla gizli çəkiliş aparıb otaqdan çıxmışdır. Bir müddət sonra otağa 2 nəfər polis formasında daxil olaraq özünü təqdim etmədən ona məxsus şəxsi məlumatlarını soruşmuşlar. Daha sonra isə tibbi maskadan düzgün istifadə etmədiyi üçün ona protokol tərtib edildi və tərəfindən imzalanmışdır. Bütün bunlar iş prosesinə təsir etdi. İş xüsusiyəti ilə bağlı olaraq heç bir halda vətəndaşlara (müştərilərə) xidmət göstərmir və vətəndaşlarla təması olmur, həmçinin kənar şəxslərin iş prosesinə maneçilik tötətməməsi məqsədilə otağın qapısı daim qapalı olur. Bununla bağlı qapının üzərində "kənar şəxslərin girişi qadağandır" bildirişi də var. Aşağıda qeyd edilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə çıxarılmış qərarın əsassız və qanunazidd olduğunu hesab edir. Nazirlər Kabinetinin 189-cu maddəsinin 1.3-cü bəndinə əsasən dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə tibbi maskadan istifadə edilməlidir. Lakin iş xüsusiyyəti ilə əlaqədar olaraq heç bir halda vətəndaşlara xidmət göstərmir və təmasda olmur. İnzibati xəta barədə tətbiq edilmiş cərimələrin tutulmasına dair səlahiyyətli orqanın (vəzifəli şəxs) MN ******* nömrəli, 17.03.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş Sumqayıt Şəhər Polis İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək bildirdi ki, X4 17.03.2022-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhər, 13-cü mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən kredit inzibatçısı işlədiyi Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialının qoruyucu tibbi maskadan istifadə etməyərək karantin rejimi qaydalarını pozduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 17.03.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid izahat verərək bildirdi ki, X4 həqiqətən də iş xüsusiyəti ilə bağlı olaraq heç bir halda vətəndaşlara (müştərilərə) xidmət göstərmir və vətəndaşlarla təması olmur. 17.03.2022-ci il tarixində də vətəndaşlara xidmət göstərmirdi. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 17.03.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, X4 17.03.2022-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhər, 13cü mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən kredit inzibatçısı işlədiyi Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialının qoruyucu tibbi maskadan istifadə etməyərək karantin rejimi qaydalarını pozmuşdur. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli, 189 nömrəli Qərarının 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qərardan şikayət vermiş şəxs X3 izahatını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində iş üzrə icraata xitam verilməlidir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, Sumqayıt şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 17.03.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 17.03.2022-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhər, 13cü mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən kredit inzibatçısı işlədiyi Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialının qoruyucu tibbi maskadan istifadə etməyərək karantin rejimi qaydalarını pozmuşdur. X2 vətəndaşlara (müştərilərə) xidmət göstərmir, vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahədə işləmir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, qərardan şikayət vermiş şəxs X3 əməlində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 barəsində Sumqayıt şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 17.03.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar