Məhkəmə qərarları › İş №3(060)-874/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-874/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-874/2024 02.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, AR ƏƏSMN yanında X11 Xidmətinin hüquq idarəsinin baş məsləhətçisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1956-cı ildə Gürcüstan Respublikası, Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: AR ƏƏSMN yanında X11 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 198.3-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt şəh., H.Z.Tağıyev qəs., Bakı-Quba yolu Azərsun-Sənayə Parkı fabrikində quraşdırma işləri zamanı "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin xx.xx.2016 tarixli, 20/01-005 nömrəli qərarı ilə təsdiq edilmiş “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 4.12-ci bəndinin ( Briqada işə buraxılan andan etibarən məsul iş icraçısı daim iş yerində olmalı və briqada üzvlərinin təhlükəsizlik tədbirlərini yerinə yetirməklə və işlərin icrasının texnologiyasına əməl etməklə, işlərinə fasiləsiz nəzarət etməlidir) və "xxxx" MMCnin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Direktorun vəzifə təlimatı”nın 3.4-cü bəndinin (müəssisə direktorunun Əmək funksiyası bölməsinin 3-cü abzasının (Müəssisələrin ixtisaslı kadrlarla təmin edilməsi, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılması, ətraf mühitin qorunması üzrə qanunçuluq tələblərinə riayət olunmasına şərait yaradır) tələblərinin pozulması nəticəsində xx.xx.2023-cü il tarixdə qaynaqçı X1 Az Ağır xəsarət yetirilmişdir. Məhkəmə iclasında AR ƏƏSMN yanında X11 Xidmətinin hüquq idarəsinin baş məsləhətçisi X9 protokola uyğun izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Elçin Əliyev məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, o, iş materiallarında olan Sumqayıt şəhər prokurorluğunun müstəntiqi Yusif Məmmədovun 23 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərari ilə tam deyil, yalnız nəticə hissəsi ilə tanış olmuşdur. Qeyd edir ki, həmin qərarın nəticə hissəsində hüquqi şəxs "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı qeyd olunmuşdur. Bildirir ki, cinayət və inzibati xətalar qanunvericiliyinə əsasən şəxs o zaman cinayət məsuliyyətinə cəlb edilir ki, onun əməlində cinayət əməlinin tərkib əlamətləri olsun. Göründüyü kimi sözügedən qərarla X7 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən Yağ Fabrikində iş vaxtı xəsarət alması faktında cinayət hadisəsi olmadığı üçün göstərilən fakt üzrə toplanmış 645C-23 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanılması rədd edildiyindən tərəflərindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Elçin Əliyev eyni zamanda bildirmişdir ki, Sumqayıt şəhər prokurorluğunda məhz kimin müraciəti əsasında araşdırma aparıldığından məlumatı deyildir, ehtimal edir ki, Ruslan Əliyevin müayinə və müalicə olunduğu tuibb müəssisənin müraciəti əsasında prokurorluqda araşdırma aparılmışdır. Bundan başqa bildirir ki, Sumqayıt şəhər Prokurorluğunun 23 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı işlədiyi idarəyə daxil olsa da, həmin qərar idarə tərəfindən mübahisləndirməmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, "xxxx"MMC-nin təsisçisi və direktorudur, "xxxx" MMC digər qanunvericilik aktlarına və "xxxx"MMC-nin Nizamnaməsinə müvafiq olaraq fəaliyyət göstərir. İşçilərə gündəlik görüləcək işi tapşırıb işin icrasına nəzarət etməklə işə qəbulu o həyata keçirir. İş bir növbəli olmaqla saat 08:00-da başlayıb saat 17:00-da bitmişdir. İşçi işə qəbul edilərkən həyətə giriş təlimatı alıb işə başlamış, daha sonda dövrü və cari təlimat almışlar. İşi verdikdən sonra iş prosesində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının əməl edilməsinə o nəzərət etmişdir. ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayan xx.xx.1993-cü il təvəllüdlü X14 ilə xx.xx.2023-cü il tarixdə 01 ay müddətinə əmək müqaviləsi bağlanmış, əməyin ödəniş forması vaxtamuz olmaqla aylıq əmək haqqının məbləği 750 manat təşkil etmiş, əmək müqaviləsi bağlandıqdan heyətə giriş təlimatı verilib işə buraxılmışdır. Əmək müqaviləsinə əsasən Ruslan Əliyev işə elektrik qaynaqçı peşəsi üzrə qəbul edilmiş və Yağ zavodunun mayanez sexində elektrik qaynaq işlərini aparmışdır. 24 iyun 2023-cü il tarixdə Ruslan Əliyev saat 08-00-də iş gəlib saat 09:00-da işə başlamış, ona mayanez sexində təxminən 5 metr hündürlükdə yerləşən tavanın orta hissəsinə dəmir şvellerlərin boltla bağlanması tapşırığı verilmişdir. Ruslanın işlədiyi sexin uzunluğu təxminən 8 metr, eni 12 metr, hündürlüyü 5 metr olmuş, hər bir metrdən tavana şveller bərkidilməsi tələb olunmuşdur. İş hündürlükdə icra edildiyindən onu əməyin mühafizəsi və təhlükəsizlik qaydaları ilə təlimatlandınb ona qoruyucu kəmər, dəbilqə, dielektrik əlcək verilmiş, hündürlüyə qalxmaq və onun üzərində işləmək üçün iki ədəd dəmir ayaq altı quraşdırılmış, həmin işin yerinə yetirilməsində Ruslana mantajçı Murad Hümbətov və Hümbət Əlimərdanov kömək etmişdir. Tapşırığı verib öz işlərinin arxasınca Yağ zavodunun yaxınlığında yerləşən karton fabrikinə getmiş, saat 17 radələrində mobil telefonuna zəng edib Ruslan Əliyevin hündürlükdə işini yerinə yetirərkən yıxılaraq onurğasından xəsarət aldığını, işçilərin artıq təcili tibbi yardım briqadası çağırdığını xəbər etmişlər. Onun tapşırığına əsasən Ruslan Əliyevə tibbi yardım göstərilməsi üçün onu dərhal «Bakı Citi Hospital» aparmışlar. Özüdə həmin xəstəxanaya getmiş, xəstəxanada Ruslan Əliyev müayinə edilib stasionarda yerləşdirilib daha sonra onurğasında əməliyyat aparıb bir neçə gündən sonra evə buraxmışlar, Ruslan Əliyev işə çıxmışdır. Hadisənin baş vermə səbəbini araşdırarkən müəyyən etmişdir ki, Ruslan hündürlüyə qalxıb orada işləyərkən özü əməyin mühafizəsi və təhlükəsizlik qay dalannı pozmuş, ona verilmiş qorucu kəməri belinə bağlamamaş, şvelləri hündürlüklə bolta keçirərkən öz ehtiyatsızlığından hündürlükdən yerə yıxılaraq xəsarət almışdır. Ruslan Əliyev sonuncu dəfə əməyin mühafizəsi və təhlükəsizlik qaydaları ilə 2023-cü ilin may və iyun ayında təlimatlandırılmış, Ruslan Əliyevə təhlükəsiz işləməsi üçün qoruyucu üzlük (maska), başım yuxarıdan düşən əşyalardan qorumaq üçün dəbilqə( kaska), elektrik əlatləri ilə işləmək üçün elektrik əlcək, qaloş ayaqqabı verilmişdir. O, işçi Ruslan Əliyevi əməyin mühafizəsi və təhlükəsizlik qaydaları ilə təlimatlandırmasını təsdiq edən sənədləri prokurorluğa və Əmək Müfəttişliyinə təqdim etmişdir. Hadisənin baş verməsində onun heç bir təqsiri yoxdur. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/3-2-746/2023 nömrəli əmri ilə təyin edilmiş tərkibində sədr X10-X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin baş məsləhətçisi-baş əmək müfəttişi və üzvlər X5-"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndisi, X8 -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mühasibin müavini olan komissiya xx.xx.2023- cü il tarixdən xx.xx.2023-cü il tarixədək həmin bədbəxt hadisənin təhqiqatını aparmış və bu barədə akt tərtib etmişlər. 23 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X7 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən Yağ Fabrikində iş vaxtı xəsarət alması faktında cinayət hadisəsi olmadığı üçün göstərilən fakt üzrə toplanmış 645C-23 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanılması rədd edilmiş, işəgötürən "xxxx" MMC-nin əməlində inzibati xəta hadisə hadisəsi olmadığı üçün toplanmış material üzrə inzibati xəta haqqında iş üzrə icraat rədd edilmişdir. 23 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, məhkəmə tibb ekspertizasının X14 barəsində vermiş olduğu 11 noyabr 2023-cü il tarixli 1688 saylı rəyində göstərilmişdir ki, Ruslan Əliyevin bədəni üzərində aşağıdakı xəsarətlər vardu:Xll döş qəfəsinin İ-İİ bel fəqərəsinin kompression sınığı. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Bakı şəhəri City Hospitalına qəbul edildiyi vaxtdan əz əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni, 24 iyun 2023-cü il tarixdə hündürlükdən (10 metrə qədər məsafədə) yıxılması zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamğm uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Həmin qərarın təsviri-əsaslandırıcı olan Şəxs izahatından da görünür ki, sonuncu ilkin araşdırma zamanı öz izahatında da Ruslan Əliyevə sonuncu dəfə əməyin mühafizəsi və təhlükəsizlik qaydaları ilə 2023-cü ilin may və iyun ayında təlimatlandırıldığını, Ruslan Əliyevə təhlükəsiz işləməsi üçün qoruyucu üzlük (maska), başım yuxarıdan düşən əşyalardan qorumaq üçün dəbilqə( kaska), elektrik əlatləri ilə işləmək üçün dielektrik əlcək, qaloş ayaqqabı verildiyini qeyd etmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı olan hadisə nəticəsində xəsarət almış Ruslan Əliyevin izahatından görünür ki, sonuncu xx.xx.2023-cü il tarixdə işə başlamazdan əvvəl işə rəhbərlik edən Şəxs tərəfindən təhlükəsizlik qaydaları ilə təlimatlandırıldığını, ona hündürlükdə işləmək üçün qoruyucu kəmər verilsədə həmin kəmərdən istifadə etmədiyini, xəsarəti öz ehtiyatsızlığından ayağının sürüşməsi nəticəsində aldığı üçün hadisə ilə bağlı şikayəti və tələbinin olmadığını qeyd etmişdir. Həmin Qərarda «Azəri Tikinti-Quraşdırma MMC-nin Nizamnaməsindən görünür ki, «Azəri Tikinti Quraşdırma” MMC Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, digər qanunvericilik aktlarına və həmin Nizamnaməyə müvafiq olaraq fəaliyyət göstərir. Cəmiyyətin hüquqi ünvanı ünvan 3 Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən qeydiyyata alındığı qeyd olunmuşdur. 645C-23 nömrəli material üzrə araşdırmanı aparmış Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Yusif Məmmədov qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdən əmək müqaviləsi əsasında "xxxx" MMC-də elektrik qaynaqçısı peşə üzrə işə qəbul edilən X14 xx.xx.2022-ci il tarixli İCC02-22-21 saylı podrat müqaviləsi ilə sifarişçinin verdiyi "xxxx" MMC-nin köhnə yağ Fabrikinin aqreqatlarının sökülüb Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən Yağ Fabrikində aqreqatların mantajını həyata keçirib qaynaq işlərini yerinə yetirmiş, xx.xx.2023-cü il tarixdə səhər işə gəlib işə başlamazdan əvvəl əməyin mühafizəsi və təhlükəsizlik qaydaları ilə təlimatlandırılıb xüsusi mühafizə vasitələri, o cümlədən hündürlüklə sərbəst işləmək üçün qoruyucu təhlükəsizlik kəməri ilə təmin edilsə də, "xxxx" MMC-nin təsdiq etdiyi “Hündürlükdə iş zamanı əməyin mühafizəsinə dair” 04 saylı, xx.xx.2020-ci il tarixli təlimatın 1.6-cı bəndinin tələblərini pozaraq qoruyucu kəmərdən istifadə etməyib 7 metr hündürlükdə olan tavana qaynaq etməyə başlamış, saat 17 radələrinə iş yoldaşları X3 və X2 onun qaynaq etdiyi plankadakı bolta şvelleri keçirməkdə çətinlik çəkdiklərini görüb işindən ayrılaraq onlara yaxınlaşıb kömək etmək məqsəddə şvellerin bolta keçirməsi üçün qaynaq etdiyi plankanı əymək üçün çəkiclə plankaya vurduqda sonuncu zərbəsi boşa çıxdığından müvazinətini saxlaya bilməyib hündürlükdən yıxılaraq Xİİ döş qəfəsinin İ-İİ bel fəqərəsinin kompression sınığı kimi dərəcəsinə görə sağlamğın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aid xəsarət almışdır. Daha sonra həmin X16 özü əməyin mühafizəsi qaydalarını pozduğu üçün, öz ehtiyatsızlığı üzündən göstərilən hadisə baş verdiyi, hadisə zamanı dərəcəsinə görə sağlamlığını uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aid xəsarət aldığı üçün göstərilən maddə ilə cinayət məsuliyyətinin mövcudluğunu istisna etdiyi, ona görə həmin faktda cinayət hadisəsi olmadığı üçün toplanmış materialı üzrə cinayət işinin başlanması rədd edildiyi, həmçinin Ruslan Əliyevin sağlamlığına az ağır zərər vuran xəsarət almasına səbəb texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində deyil, həmin qaydaları özü pozub öz ehtiyatsızlığından sağlamlığına az ağır zərər vurduğu üçün İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibini istisna edib inzibati xəta hadisəsi baş vermədiyi üçün həmin məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında icraat başlana bilməz, ona görə inzibati xəta haqqında icraatın rədd edildiyi qeyd olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.7-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 23 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” X16 sağlamlığına az ağır zərər vuran xəsarətin səbəb texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində deyil, həmin qaydaları özü pozub öz ehtiyatsızlığından sağlamlığına az ağır zərər vurduğu üçün yarandığını qeyd etmişdir. İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi 23 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın nəticəvi hissəsində işəgötürən "xxxx" MMC-nin əməlində inzibati xəta hadisə hadisəsi olmadığı üçün toplanmış material üzrə inzibati xəta haqqında iş üzrə icraatın rədd edilməsi göstərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi Elçin Əliyev izahatında həmin Qərarda yalnız hüquqi şəxsin inzibati məsuliyyətinin istisna edildiyi, bu səbəbdən vəzifəli şəxs barəsində tərtib edilmiş protokolun qanuni və əsaslı olduğunu qeyd etsə də, məhkəmə bu hissə ilə bağlı aşağıdakıları vurğulamağı vacib hesab edir. Belə ki, İXM-nin 18.2-ci maddəsinin tələblərinə əsasən Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Mülki hüquq nəzəriyyəsindən məlumdur ki, hüquqi şəxs yalnız hüquq qabiliyyətinə malikdir,hüquqi şəxsin hər hansı iş görmə qabiliyyəti onun işçisinin iş görmə qabiliyyətindən asılıdır. Belə olan halda məhkəmə hesab edir ki, nümayəndə Elçin Əliyevin izahatında qeyd etdiyi hal əsaslı sayıla bilməz, inzibati xətalar qanunvericliyinin yuxarıda qeyd olunan tələblərindən də görünür ki, hüquqi şəxsin hər hansı məsuliyyəti yalnız İXM-nin 18.2.1- 18.2.4-cü maddəsində qeyd olunmuş şəxslər tərəfindən törədilmiş hər hansı inzibati xətaya görə yarana bilər. Məhkəmə qeyd edir ki, Elçin Əliyev nəhkəmə iclasında ona ünvanlanmış suallara cavab verərkən Sumqayıt şəhər prokurorluğuna Ruslan Əliyevin xəsarət alması ilə bağlı araşdırılma aparılması barədə kimin müraciət etdiyi soruşulduqda sonuncu yəqin ki, tibb müəssisəsindən daxil olmuş müraciət əsasında araşdırılma aparıldığını, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla tam olarq tanış olmadığını, həmin qərardan şikayət vermədiklərini bildirmişdir. Halbuki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin elektrik qaynaqçısı X7 24 iyun 2023-cü il tarixdə iş yerində xəsarət alması faktı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Müfəttişliyi Xidmətindən daxil olmuş xx.xx.2023-cü il tarixdə şəhər prokurorluğuna daxil olmuş məlumat əsasında müvafiq araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş, hüquqi şəx barəsində inzibati iş üzrə icraat rədd edilmişdir. Baxılan inzibati xəta haqqında materiallarda istintaq orqanının cinayət işinin rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu hakimi, səlahiyyətli orqanı (vəzifəli şəxsi) İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulan səlahiyyətin həyata keçirilməsindən məhrum edə bilməz. Əks yanaşma ona gətirib çıxara bilər ki, cinayət təqibini həyata keçirən orqanın cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının olması inzibati xətada hətta cinayət əlamətləri olduğu halda da, hakimi pozuntuya müstəsna olaraq inzibati xəta kimi baxmağa və bilərəkdən qanunsuz və əsassız qərarın qəbul edilməsinə məcbur etmiş olar. İstintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının Cinayət-Prosessual Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə inzibati işə baxan məhkəmə üçün preyudisial əhəmiyyətə malik olması barədə müraciətin dəlili ilə bağlı qeyd edilməlidir ki, adıçəkilən maddə cinayət prosesini həyata keçirən orqanın iki növ qərarını fərqləndirmişdir: - şəxsin barəsində cinayət təqibini istisna edən qərarlar; - digər qərarlar. Birinci növ qərarlara cinayət təqibini istisna edən hallarla bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, cinayət təqibinə (cinayət işi üzrə icraata) xitam verilməsi haqqında qərar, həmçinin məhkəmənin hökmü və ya digər yekun qərarları aiddir. Sadalanan qərarlar mahiyyətinə görə yekun qərar olduğu üçün, belə qərarların qüvvədə olması məhkəmə tərəfindən eyni ittiham üzrə hökm və ya başqa yekun qərarın çıxarılmasını istisna edir. İş üzrə icraatın bərpasına nail olmaq üçün, ilk növbədə, göstərilən qərarların ləğv edilməsi tələb olunur. (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi plenumunun 18 noyabr 2022-ci il tarixli qərarı). Göründüyü kimi Sumqayıt şəhər Prokurorluğu tərəfindən də məhz 23 noyabr 2023cü il tarixi adı çəkilən qərarda cinayət təqibindən imtina edilmiş, bundan başqa inzibati xəta haqqında iş üzrə icraat rədd edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət-Prosessual Məcəlləsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının yalnız şikayət əsasında ləğv edilə bilməsi nəzərdə tutulmuşdur. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 212.3-cü maddəsinin tələblərinə görə, belə qərardan şikayət müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə verilə bilər. Təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından verilmiş şikayət üzrə aşağıdakı hərəkətlər yerinə yetirilir: İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror göstərilən qərarı ləğv edir, 10 (on) gündən artıq olmayan müddətdə əlavə yoxlama keçirilməklə və yaxud keçirilməməklə cinayət işinin başlanması haqqında qərar qəbul edir və onu ibtidai istintaqın aparılması üçün müstəntiqə göndərir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır (Cinayət-Prosessual Məcəlləsinin 212.4.1-ci maddəsi). Göründüyü kimi AR ƏƏSMN yanında X11 Xidməti Abşeron-Xızı regional şöbəsi 23 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarla tanış olmalarına baxmayaraq, həmin qərarı mübahisələndirməmiş, əksinə Şəxs barəsində tərtib edilmiş həmin protokol yenidən hər hansı qanuni əsas olmadan baxılması üçün məhkəməyə göndərilmşdir. Belə olan halda məhkəmə hesab edir ki, 23 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın nəticə hissəsinin 2-ci bəndində qeyd olunan "xxxx" MMC-nin əməlində inzibati xəta hadisə hadisəsi olmadığı üçün toplanmış material üzrə inzibati xəta haqqında iş üzrə icraat rədd edilsin” ifadəsi baş vermiş hadisəyə münasibətdə MMC-nin hər hansı vəzifəli şəxsinin də inzibati məsuliyyətinin mövcudluğunu istisna edir. Beləliklə məhkəmə o qənaətə gəlir ki, hazırkı iş üzrə Ruslan Əliyevin AZ AĞİR xəsarət alması ilə bağlı təqsir məsələsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) "xxxx" MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ləğv edilməmiş qərarının olması, MMC-nin direktoru Şəxs da eyni fakt üzrə İXM-nin eyni maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.7-ci maddəsinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar