Məhkəmə qərarları › İş №3(060)-877/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-877/2022

07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-877/2022 07.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X13 Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsi 5-ci PB-nin sahə rəisi, polis baş leytenantı X2, Zərərçəkmiş şəxs - X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1983-cü Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, 13-cü mikrorayon, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə 07.04.2022-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 09.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, Yaşıldərə bağlarında qonşusu X5 döymüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 izahat verərək bildirdi ki, 28 mart 2022-ci il tarixdə Sumqayıt şəhər Pİ 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən NK-1/171 saylı yoxlama materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərara əsasən Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə, X3 əməlində isə İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin aidiyyatı üzrə göndərilməsi qərara alınmışdır. Belə ki, Şəxs 09.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, Yaşıldərə bağlarında qonşusu X5 döymüşdür. Buna görə də Şəxs barəsində həmin faktla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 07.04.2022-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, X8 onun qonşusudur. 09 mart 2022-ci il tarixdə aralarında mübahisə yaranmışdır. Bu zaman o qonşusunu əli ilə itələmişdir, lakin vurmamışdır. Hazırda qonşusu ilə barışmışlar. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında inzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxs X8 izahat verərək bildirdi ki, əvvəlvə qonşusu Şəxs ilə telefon vasitəsilə danışmışlar və qonşusu söhbəti həll etmək üçün onu çağırmışdır. Daha sonra küçədə baş vermiş mübahisə zəminində qonşusu gələrək onu sinəsindən vurmuşdur. Hazırda qonşusu Şəxs ilə barışmışdır. Odur ki, onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq sonuncunun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq və barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını və müdafiəçinin çıxışını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları və özünün qismən etirafedici izahatı ilə sübuta yetirilir. İnzibati xətaya dair işin materiallardan görünür ki, Sumqayıt şəhər MTE və PA Birliyinin təqdim etdiyi 10.03.2022-ci il tarixli 328 saylı rəydən müəyyən olmuşdur ki, vət. X3 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində aşkar edilən - sağ bazunun qançırları xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarətl qərarın təsviri hissəsində göstərilmiş şəraitdə və tarixdə, yəni 09.03.202-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir və həmin xəsarətlərin vət. X3 özü-özünə yetirməsi az inandırıcıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X3 məhkəmə iclas zalında təqdim etdikləri ərizələrindən görünür ki, Şəxs zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən həmin Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar