Məhkəmə qərarları › İş №3(060)-879/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-879/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-879/2025 21.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi-hüquq məsələləri üzrə İİ dərəcəli dövlət qulluqçusu Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 253.3.1-ci maddəsi ilə tərtib edilmiş protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 253.3.1-ci maddəsi ilə 07 aprel 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri, 14cü məhəllə ərazisində yüksək mərtəbəli bina tikintisi üün hasara alınan sahədə kök üstə yaş halda d=(2;5) sm olan 2 (iki) ədəd göyrüc ağacının məhv edilmişdir. Nəticədə MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş nzibati xəta törədilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-879/2025 nömrəli, 08 may 2025-ci il tarixli qərarı (hakim R.Quliyev) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməsi və barəsində 50000 (əlli min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 iyun 2015-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək Sumqaıt Şəhər Məhkəməsinin 3(060)-879-2025- nömrəli,08 may 2025-ci il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında material yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında çıxışında inzibati xəta haqqında protokol tərtib etmiş 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi Nümayəndə2 məhkəmə iclasında bildirmişdir ki, qeyd edilən protokol sosial şəbəkədə yayılan məlumatlarla bağlı tərtib edilmişdir ki, bu məsələ müxtəlif sosial şəbəkələrdə yayılmışdır. Belə ki, Sumqayıt şəhəri, 14-cü məhəllə, 1A/3B saylı binanın arxasındakı ərazinin özbaşına hasarlanması və ərazidəki yaşıllıqların məhv edilməsi ehtimalının olması ilə bağlı araşdırma aparılmışdır. "xxxx" MMC-nin direktoru müavini Abdullayev İsgəndər və qarşı tərəfdən şikayətçi Kamran Piriyevin iştirakları ilə araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin ərazidə 2 ədəd diametrləri 2 və 5 sm olan göyrüc ağacları kökündən kəsilərək məhv edilmişdir. Həmin ərazidə bu halla bağlı "xxxx" MMC-nin rəhbərliyinə sorğu verilmiş, "xxxx" MMC-nin rəhbərliyi həmin ərazinin MMC-ə məxsus olduğunu təsdiq etmiş, lakin ərazidən yaşıllığın götürülməsinin MMC-yə aidiyyatının olmadığını bildirmişdir. Qeyd edir ki, həmin ərazi "xxxx" MMC-ə məxsus olmuş, MMC tərəfindən tikinti aparıldığı üçün faktla bağlı "xxxx" MMC-nin maraqları rol oynadığından və vətəndaşların şikayətlərini nəzərə alaraq həmin MMC barəsində İXM-nin 253.3.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Bildirir ki, həmin ərazidə MMC-nin cəlb etdiyi şəxslərin ərazidə ağac kəsdiyini, ağaclara zərə yetirdiyini təsdiq edən, o cümlədən orada traktorun işləməsini təsdiq edən video görüntülər bina sakinləri tərəfindən lentə alınmışdır. Videogörüntülərdə MMC-nin tərəfindən cəlb edilmiş təxmini 5-6 nəfərin ağacı əllərində olan külüng və bellə qazaraq çıxarmaq istədikləri, ayaqları ilə tapladıqları, o cümlədən "xxxx" MMC-nin direktoru İsgəndər Abdullayevin qardaşı oğlu kimi tanınan şəxsin kiçik tingləri ayaqladığı əks olunmuşdur. Nümayəndə2 izahatına əlavə olaraq bildirmişdir ki, 22 iyun 2018-ci il tarixli X8 5 il müddətində qüvvədə olmuşdur. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında” qanuna əsasən həmin rəyin 5 il müddətinə verilməsi nəzərdə tutulmuşdur. Göstərilənləri nəzərə alaraq "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında hüquqi şəxsin barəsində tərtib olunmuş protokola etiraz edərək müdafiəçisi olduğu Sumqayıt MMS-nin barəsində toplanmış materiallar üzrə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Vəkil göstərdi ki, protokol özü də qanunsuz və əsassız tərtib edilmişdir. Qərarda göstərilir ki, kəsilmiş ağaclar guya, onlar tərəfindən hasara alınmış ərazidə baş verib. Təqdim olunmuş videoda isə belə bir hasarın mövcudluğu göstərilmir. Protokolda hal şahidi kimi göstərilmiş Kamran Piriyev onlardan şikayətçi olmuş şəxslərdən biridir. Hətta ehtimal edirlər ki, həmin ağacları kənardan kəsib əraziyə atanlardan biri də Samir Davudov adlı şəxslə Kamran Piriyevdir. Kamran Piriyev 2025-ci ilin fevral ayında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə şikayət edərək, guya onlar ağacların köklərinə kislata töküb qurutmuşlar. Ümumiyyətlə protokol "ünvan 1 ünvanda yerləşən binanın bir qrup sakinin təzyiq və təxribatı nəticəsində tərtib olunmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli sərəncamı ilə sahənin abadlaşdırılması və bina tikintisi üçün Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində sahə ayrılmış, Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2018-ci il tarixli rəyi alınmış, tikiləcək ərazidə mövcud olmuş ekoloji cəhətdən şəhərin görünüşünə xələl gətirən qaraj sahibləri ilə razılaşmalar əldə edilmiş, qarajlar sökülmüş, ərazi müxtəlif tullantılardan təmizlənərək tikinti üçün hazır vəziyyətə gətirilmişdir. Həmin ərazi ekolji cəhətdən çox bərpad vəziyyətdə olmuşdur. Həmçinin ərazidə fəaliyyət göstərməyən istilikxana mövcud olmuşdur ki, həmin istilikxananın da ərazisi onun mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.0606 hektar ərazi Sumqayıt MMC-nin mülkiyyətimə verilmişdir. O, "xxxx" MMC-nin qanuni təmsilçisidir. Yəni həmin ərazinin təqribən 0.6 hektarı mülkiyyətlərində olsa da, yerdə qalan hissəsi hələ də Bələdiyyənin mülkiyyətindədir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli ekspert rəyi ilə təsdiq edilmişdir ki, həmin ərazidə agac və kollar mövcud olmamışdır. Lakin qonşu ünvan 4 ünvanında yaşayan bir qrup sakin sahibkarlıq fəaliyyətimizə mane olmaq məqəsdi ilə müxtəlif vaxtlarda tikinti üçün nəzərdə tutulmuş ərazidə ağac kolları əkmişlər. Sakinlər tərəfindən əkilmiş ağac şitilləri yaşıllıq zonası yaratmaq məqsədi ilə yox, ərazimizə qanunsuz müdaxilə məqsədi ilə əkilmişdir. Onlar hər dəfə bina tikəndə müvafiq qurumlarla razılaşdırılmış qaydada ekoloji tarazlığın qorunması üçün əllərindən gələni edirlər. Bu dəfə də ərazi tullantılardan tam təmizlənmiş, tikinti üçün hazır vəziyyətə gətirilmişdir. Lakin qanunsuz əkilmiş ağac kollarının ərazidən köçürülməsi məqsədi ilə qanuna müvafiq formada müvafiq orqanlara müraciət etmişlər. Dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilmiş, müvafiq aktlar tərtib edilmişdir. Hal-hazırda tikinti üçün ayrılmış torpaq sahəsi tam hasarlanmışdır. Ekologiya və Təbii Sərvtlər Nazirliyinin əməkdaşları ağac kollarının ərazidən köçürülməsi üçün müvafiq tədbirlər görcəklərini bildirsələr də, indiyə qədər əməli iş görülməmişdir. Hətta İcra Hakimiyyəti ağac və ağac kollarının köçürülməsi üçün yer ayırsa da, cavabdeh təşkilat müsbət rəy verməmişdir. Qanuni fəaliyyətlərinə müdaxilə edən şəxslər tərəfindən müəyyən olunmamış ərazidə əkilmiş ağacların həmin ərazidən köçürülməsinə dair müvafiq göstərişin verilməsi ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişlər. Sumqayıt şəhər İcra Hakimiyyəti də öz növbəsində cavabdeh təşkilata müraciət etmiş, ağac və ağac kollarının köçürülməsi barədə rəy verilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat Sumqayıt şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 15/1590 saylı məktubunda bildirmişdir ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi. 14-cü məhəllədə "xxxx" MTK tərəfindən inşa ediləcək yüksəkmərtəbəli yaşayış binasının layihələndirildiyi ərazidə vaxtilə fərdi şəxslərin istifadəsində olan qarajlar razılaşma yolu ilə sökülmüş və həmin sahə təmizlənərək hamarlaşdırılmışdır. Baxış keçirilərkən həmin ərazidə bir qrup sakin tərəfindən tikintiyə maneçilik yaratmaq üçün məqsədli şəkildə əkildiyi söylənilən 0.70, 0.80, 1 metr hündürlükdə 90 ədəd sərv ağaclarının olduğu və torpağın qeyri münbit, asfalt örtüklü olması, eyni zamanda suvarma ilə təchiz edilmədiyindən onlardan 84 ədədinin quruduğu müəyyən edilmişdir. Yəni əkilmiş həmin tinglər şəhər yaşıllığı balansına daxil edilməmişdir. Qeyd edilməlidir ki, 2 ədəd kəsilmiş ağac hasarlanmadan əvvəl əraziyə atılmışdır. Məhkəmədə də bildirmişlər ki, bina sakinləri bilərəkdən təxribat törədirlər. Ekologiya Nazirliyinin nümayəndələrinə də bu barədə məlumat vermişlər, hətta həmin ağacların kimlər tərəfindən kəsilib əraziyə atılması barədə məlumat vermişlər. Məhkəmədə baxış keçirən vətəndaşlar tərəfindən çəkilmiş videoda göstərilən şəxsi müəyyən etmişlər. Videoda həmin şəxsin ağac kəsməsi müşahidə edilmir. Yer beton olduğu üçün hasar çəkilməsi üçün yerə basdırılacaq boruların ərazisi yoxlanılır. Hətta əraziyə traktor da gətirilir, lakin traktorun da işləməsi mümkün olmur. Ərazidə qanunsuz əkilmiş çoxsaylı ağacların əkilməsinə baxmayaraq, Sumqayıt Şəhər Məhkəməsinin hakimi belə hesab etmişdir ki, ağacları kəsmək onların marağındadır. Lakin nəzərə almamışdır ki, həmin o iki balaca ağac onların hər hansısa bir işlərinə maneə törətmir. Sumqayıt Şəhər Məhkəməsi sübutlara düzgün qiymət verməmiş, absurd və əsassız qərar qəbul etmişdir. Ümumiyyətlə həmin mübahisəli ərazidə ağacların kəsilməsi adı ilə onların məsuliyyətə cəlb olunmaları tam qanunsuz haldır. Onlar ümumiyyətlə inzibati xəta törətməmişlər. Hasar çəkmənin yeganə məqsədi məhz bu cür təxribatların qarşısını almaqdır. Vətəndaşlar da hasar çəkildikdən sonra belə bir təxribatların baş verməyəcəyini bildikləri halda həmin ağacları başqa yerdə kəsərək cəzalandırmaq istəmişlərdir ki, buna da X9 Nazirliyinin əməkdaşlarının vasitəsi ilə bir növ nail olmuşlar. Qanunun bu tələbi ilə yanaşsalar həmin ağacların mühafizəsi heç vaxt bizdə olmayıb. Nəzərə alınsa ki həmin ağaclar ərazidə qanunsuz əkilib. Belə ki, X12 Nazirliyinin rəyində də həmin əraziyə ağac əkilməsi üçün əlverişsiz zona əraziyə atmışlar. Əraziyə böyük ağac gətirə bilmədikləri üçün balaca ağacları kəsib gətirərək bizi adlandırılıb. Məhkəmədə sübut edə bilmişlər ki, özlərinə yönəldilmiş təxribatların qarşısını almaq üçün ağaclara həssas yanaşırlar. Lakin həmin ağacları mühafizə etmək səlahiyyətlərində deyil. Hər hansısa məsuliyyəti onlar daşımırlar. Nəzərdə tutulmuş yaşıllıq zonası hər hansı bir orqan tərəfindən uçota alınmamışdır. Qanunun bu normasına görə həmin ağaclar tikinti qaydalarına zidd əkilmiş ağaclardır və həmin ərazidə ağacların əkilməsinə icazə verilməmişdir. Hətta həmin ərazidə köçürülmüş və yaxud yeri dəyişdirilmiş ağacların yerinə onların tərəfindən EkologiyaTəbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə ağac tingləri əkilmişdir. Bir faktı da məhkəmənin nəzərinə çatdırır ki, kəsilmiş ağaclar onların tikinti aparacaqları əraziyə aid deyil və onlara hər hansı formada maneəçilik törətməmişdir. Əgər X12 Nazirliyinin əməkdaşları onlara qarşı qərəzli olmasa idilər və doğrudan da ağac kəsilməsini aşkar etmişdilərsə, onda bu inzibati xətanı törədən şəxsi aşkar etməli və fiziki şəxs kimi cəlb etməli idilər. Videodan da görünür ki, vətəndaşların X12 Nazirliyinin əməkdaşlarına təqdim edilən şəxs onların əməkdaş deyil, fiziki bir şəxsdir. Həmin şəxsi məhkəməyə də təqdim edə bilərlər. Videodan həmin şəxsin ağac kəsməsi müşahidə edilmir. İnzibati protokol bizə qarşı qərəzli olan şəxslərin fərziyyələri əsasında tərtib edilmişdir. Vəkil Sumqayıt MMC-nin işçisi kimi göstərilən Zaur adlı şəxsin Sumqayıt MMC də heç bir vəzifədə işləməməsi və hal-hazırda işləməməsi barədə rəsmi məktubu məhkəməyə təqdim etdi. Həmçinin çıxışına əlavə olaraq bildirdi ki, işə məhkəmədə baxılan müddətdə 10 iyul 2025-ci il tarixdə Sumqayıt MMC-yə maneçilik yaratmaq məqsədi ilə 1a/3b binanın bir qrup sakinləri və əsasən 5 saylı mənzilin sakini X21 tərəfindən binadan yaşıllıqlara gələn su xətti kəsilmişdir və Sumqayıt MMC tərəfindən bu barədə 4 saylı regional Ekologiya və X10 rəsmi məlumat verilmişdir. Ona görədə bütün dediklərini nəzərə alaraq Sumqayıt MMC-nin barəsində İXM-nin 253.3.1-ci maddəsi ilə tərtib dilmiş 07 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Sumqayıt MMC-nin hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Aktda "xxxx" MMC tərəfindən yüksəkmərtəbəli yaşayış binasının tikintisi üçün hasara alınmış sahə daxilində köküstə yaş halda 2 ədəd göyrüc ağacının kökboğazlarından qoparılaraq məhv edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 22 iyun 2018-ci il tarixli, ER-15/236 saylı ekoloji ekspertiza rəyindən görünür ki, tikinti işlərinin aparılması Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 14-cü məhəllədə nəzərdə tutulmuşdur. (xx.xx.2014-cü il tarixli 70 nömrəli inşaat pasportu). Tikinti nəzərdə tutulan ərazinin bir hissəsi əvvəllər qeyri-yaşayış məqsədləri üçün istifadə olunmuşdur. Mövcud vəziyyətdə ərazi tikili və yaşıllıqlardan azaddır. Sumqayıt şəhər icra hakimiyyəti başçısının xx.xx.2017-ci ii tarixli 275 nömrəli Sərəncamına əsasən həmin ünvanda 4000 kv.m sahədə çoxmərtəbəli yaşayış binası layihələndirilməsinə və 1950 kv.m sahənin abadlaşdırılmasına icazə verilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin "xxxx" MTKnın xx.xx.2018-ci il tarixli 33 nömrəli müraciətinə, 14 iyun 2018-ci il tarixli № 15/1590 saylı cavab məktubundan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi layihənin Sumqayıt Şəhər İcra hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 258 saylı, xx.xx.2017-ci il tarixli 275 saylı Sərəncamları, FHN-nin X1 Baş İdarəsinin xx.xx.2018ci il tarixli 24776 nömrəli rəyi və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2017-ci il tarixli 09 nömrəli Aktı ilə razılaşdırılmış olmasını nəzərə alaraq, binaların tikintisi üçün nəzərdə tutulmuş sahədə qurumuş sərv ağaclarının ərazidən götürülməsinə etirazı olmadığını bildirmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli “Çıxarış”dan görünür ki, Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 18A ünvaında yerləşən 0.0606 hektar ərazi Nümayəndə1 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli elektron çıxarışından görünür ki, Nümayəndə1 "xxxx" MMC-nin qanuni təmsilçisidir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-14-22/2-597/22025 saylı “Yaşıllıqlarla bağlı müraciətə baxılması haqqında” cavab məktubundan görünür ki, məsələ ilə əlaqədar 4 saylı RETSİ-nin müvafiq əməkdaşları tərəfindən yerində baxış keçirilərək tərtib edilmiş 4 aprel tarixli, 35/Y nömrəli aktda sözügedən ərazidə 224 ədəd müxtəlifcinsli yaşıllıqların olduğu qeyd edilmişdir. Bildirilir ki, yaşıllıqların götürülməsi AR Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”na uyğun olaraq tənzimlənir və həmin qaydanın 2.2-ci bəndində yaşıllıqların götürülməsi üçün əsas hesab dilən hallar qeyd edilmiş, 2.3-cü bəndində isə bu hallar istisna olmaqla yaşıllıqların götürülməsinin qadağan olunduğu bildirilmişdir. Odur ki, hal-hazırda sözügedən yaşıllıqların götürülməsi üçün hər hansı bir səbəb yoxdur. İş materiallarına əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilərkən xx.xx.2025-ci il tarixli aktda qeyd edilən faktın öz təsdiqini tapdığı bir daha müəyyən edilmişdir. Əlavə edilmiş fotoşəkillərə baxış keçirilərkən həqiqətən də iki ədəd göyrüc ağacının kökboğazından kəsildiyi müəyyən edilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı V.Ə.Quliyev tərəfindən NK-1/1648 nömrəli yoxlama material üzrə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş cinayət iinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, B.M.Aslanov ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisindəki 30 sot torpaq sahəsinin hasara alınmış dəmir hasarı hissəsinin 45 metr hissəsinin qonşuluqda yaşayış şəxslər tərəfindən söküldüyünü və 25 metr internet naqilinin qəsdən kəsilməsini, hadisə nəticəsində ona 2000 manat maddi ziyan dəydiyini bildirmişdir. Cinayət işinin başlanması rədd edilmiş, fakt üzrə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin (xırda xuliqanlıq) tərkibi olduğundan, inzibati xəta törətmiş X4 barəsində inzibati tənbeh tətbiq edilməsi, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin (əmları qəsdən məhv etmə və zədələmə) tərkibi olduğundan inzibati xəta törətmiş Əskərzadə Tural İbrahim oğlu, X2, X18, X7, X5, X6, X16, X3, X11 barəsində inzibati tənbeh tətbiq edilməsindən ötrü qərarın surətinin Sumqayıt ŞPİ-nin 4-cü PB göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi A.Məcidov tərəfindən Kamran Piriyevə ünvanlanmış cavab məktubundan görünür ki, o, “Aslan adlı sahibkarın bina tikintisi ilə əlaqədar olaraq ağacların dibinə kislota töküb yandırması, bəzilərini isə budamaq adı ilə kəsməsi” ilə bağlı Nazirliyin “qaynar xətt” Mərkəzinə müraciətinə onun və İdarənin əməkdaşlarının iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı sözügedən ərazidə ağacların diblərinə kimyəvi məhlul (kislota) tökülübtökülmədiyini vizual yolla müəyyən etmək mümkün olmamış, buna görə də həmin ərazidə yerləşən ağacların dib hissələrindən torpaq nümunələri götürmələri və nəticəsi barədə İdarəyə məlumat verilməsi üçün X20 Monitorinq İdarəsinə müraciət olunmuş, ağacların kəsilərək məhv edilməsi və bina tikintisi aparılması hallarına rast gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə görə şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kolların məhv edilməsi, habelə qanunsuz kəsilməsi (götürülməsi) inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2, 8.3-cü maddələri). İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsi). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad edilən maddə üzrə məsuliyyətin yaranmasından ötrü şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılmalı, bu zaman da hər bir ağacın və ya kolların məhv edilməsi, habelə qanunsuz kəsilməsi (götürülməsi) müəyyən edilməlidir. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yüksək mərtəbəli bina tikintisi üçün hasara alınan sahədə kök üstə yaş halda d=(2;5) sm olan 2 (iki) ədəd göyrüc ağacının məhv edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs isə həmin ərazidə hasarlanmanın mövcud olmadığını, açıq sahə olduğunu, mübahisələndirilən ərazi üzrə ekoloji ekspertiza rəyi alınarkən ərazinin tikili və yaşıllıqlardan azad sahə olmasını, onların ağacların köçürülməsi üçün müvafiq orqanlara dəfələrlə müraciət etdikləri halda ağacların onlar tərəfindən kəsilməsinin məntiqi olmadığını mübahisələndirmişdir. Qeyd edilən xüsusatlar nəzərə alınmaqla inzibati xəta üzrə məsuliyyətin mövcudluğunu sübut etmə öhdəliyi daşıyan inzibati orqan mübahisənləndirilən sahədə yerləşən tikinti və abadlaşdırma işləri aparılmalı, bu zaman da yaşıllıq sahələrində ağacın və ya kolların məhv edilməsi, habelə qanunsuz kəsilməsi (götürülməsi) sübut etməlidir. İnzibati xəta materialları üzrə sübutların mötəbərliliyi, mümkünlüyü və mənsubiyyəti üzrə dəyərləndirilmə aparılarkən müəyyən edilmişdir ki, mübahisələndirilən ərazi həmin vaxt açıq sahə olmaqla, ətrafda yaşayan sakinlər üçün giriş-çıxışlı olmaqla, protokol tərtib edən orqan tərəfindən də həmin kəsilməsi iddia edilən ağaclar artıq kəsilmiş formada müəyyən edilmişdir. Belə olan halda isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməkdaşları tərəfindən ağacların kəsilməsinin mötəbər sübutlarla təsdiq edilməsi qənaəti şübhə altına alınmaqla, gəlinən nəticə üzrə ziddiyyətli hal yaradır. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən ağacların köçürülməsi üçün müraciət edildiyi halda, həmin açıq sahədə irili-xırdalı çoxlu sayda ağac olduğu halda yalnız kök üstə yaş halda d=(2;5) sm olan 2 (iki) ədəd göyrüc ağacın onlar tərəfindən kəsilməsi inandırıcı deyildir. Çünki, həmin ərazidə yüzlərlə ağaçın mövcud olduğu, Sumqayıt MMC tərəfindən həmin ağacların qurumasının qarşısının alınması üçün suvarıldığı, ağacların köçürülməsi üçün müvafiq orqanla müraciət olunduğu və ağacların köçürülməsi üçün ərazinin də ayrıldığı bir vaxtdi iki ədəd ağacın hansı məqsədlə kəsilməsi, iki ədəd ağacın kəsilməsinin Sumqayıt MMC-nin hansı maraqlarına uyğun olmasının heç bir məntiqi izahı yoxdur. Belə ki, məhkəmə iclasında iştirak edən Sumqayıt MMC-nin nümayəndəsi və vəkili Vəkil öz çıxışında göstərdi ki, ərazidə yüzlərlə ağacın olduğu bir vaxtda iki ədəd ağaçıc kəsilməsi tikinti şirkətinin heç bir maraqlarına uyğun deyildir. Həmin ağaclar tikintiyə maneçilik yaratmaq məqsədi ilə sakinlər tərəfindən kəsilərək həmin əraziyə atılmışdır. Məhkəmə iclasında iştirak edən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 da məhkəmə iclasında çıxışında ərazidə yüzlərlə ağacın mövcud olduğu halda məhz iki ədəd ağacın kəsilməsinin Sumqayıt MMC-nin hansı maraqlarına xidmət etdiyini əsaslandıra bilmədi. Ədalətli məhkəmə araşdırılması həmin halların arasında ziddiyyətli halların aradan qaldırılmalı olmasını, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəaların olmamasını qaçılmaz edir. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsi). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Göründüyü kimi inzibati protokol tərtib edən şəxs, həminiki ədəd ağacların məhz MTK tərəfindən kəsildiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt MMC-nin barəsində tərtib olunmuş 07 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunan halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən onun barəsində iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nın barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 07 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata, inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar