Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-88/2021 02.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 07 dekabr 2020-ci il tarixli, 00700-0200/20 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən ünvan 2 ərazisində qeydiyyatda olan “xxxx” MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən 07 dekabr 2020-ci il tarixli, 00700-0200/20 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, “xxxx” MTK (VÖEN **********) 13 oktyabr 2020-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsində **********4897 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş, Türkiyə Respublikasından 99XL431/99ZC378 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə göndərilmiş “Mebel” yükünü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 12 oktyabr 2020-ci il tarixdə saat 05:50-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən “xxxx” MTK (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən tərtib edilmiş 07 dekabr 2020-ci il tarixli, 00700- 0200/20 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Sumqayıt Baş Gömrük İdarəsinin və “xxxx” MTK (VÖEN ********** )-nin nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilmədiyindən Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, SBGİ-nin Gömrük Prosedurları və Ödənişləri Şöbəsindən daxil olmuş 34/012/002355 nömrəli 13.10.2020-ci il tarixli raporta əsasən “xxxx” MTK (VÖEN **********)-nin ünvanına gələn 99XL431/99ZC378 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçərkən yükə dair qısa idxal bəyannaməsi verilməmişdir. İş materiallarında olan **********4897 sorğu nömrəli 13.10.2020-ci il tarixli Gömrük Bəyənnaməsindən görünür ki, “xxxx” MTK (VÖEN ********** )-nin ünvanına Türkiyə Respublikasından göndərilmiş 99XL431/99ZC378 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində yük daxil olmuşdur. İş materiallarına əlavə edilmiş “Gömrük Xidmətinin X1 sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında 17 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, “xxxx” MTK (VÖEN **********) tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində 13 oktyabr 2020-ci il tarixli **********4164 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər 99XL431/99ZC378 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə 12 oktyabr 2020-ci il tarixdə saat 05:50-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin həmin yükə dair **********4164 sorğu nömrəli qısa idxal bəyannaməsi 12.10.2020-ci il tarixdə saat 09:40-da rəsmiləşdirmək üçün göndərilmişdir. İş materiallarında olan barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında 17 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, “xxxx” MTK (VÖEN **********)-nin səlahiyyətli şəxsi X3 işin mahiyyəti üzrə bildirmişdir ki, “xxxx” MTK (VÖEN **********) ölkə ərazisində Türkiyə Respublikasından “Laminat və Mdf-dən mebellər-1,3-cü mövqelər” yükü idxalı ilə məşğul olur. “xxxx” MTK-nın ünvanına 12.10.2020-ci il tarixdə Türkiyə Respublikasından 99XL431/99ZC378 dövlət nömrə nişanlı yük maşını ilə gələn “Laminat və Mdf-dən mebellər-1,3cü mövqelər” yükü daxil olmuşdur. Həmin tarixdə ünvanlarına gələn yükə aid **********4897 sorğu nömrəli qısa idxal bəyannaməsini 10.10.2020-ci il tarixdə sistemə daxil etmiş və ödəniş üçün göndərmiş, lakin sistem (elektron hökumət portalı) işləmədiyi və ödəniş gec təsdiqləndiyi üçün qeyd olunan bəyannamə 12.10.2020-ci il tarixdə, saat 09:40-da rəsmiləşdirmək üçün göndərilmişdir. Digər bir ödəniş sistemindən, məsələn, MİLLİ ÖN ödəniş sistemindən ödəməyə cəhd etməmişlər. İş materiallarında olan Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi tərəfindən Sumqayıt Baş Gömrük İdarəsinə ünvanlanmış 30.11.2020-ci il tarixli məktubdan görünür ki, Dövlət Gömrük Komitəsinin X1 Sisteminə baxış keçirilmişdir və 10.10.2020-ci il tarixdən 12.10.2020-ci il tarixinədək olan dövr ərzində “Elektron Hökumət” portalında əməliyyatların həyata keçirilməsi ilə bağlı heç bir nasazlıq qeydə alınmamışdır. İş materiallarından görünür ki, “xxxx” MTK qısa idxal bəyannaməsini üzrlü səbəbdən verməməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, “xxxx” MTK (VÖEN **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də “xxxx” MTK (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 13-cü hissəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Həmin hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 960 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görəvəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən “xxxx” MTK şirkətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş “xxxx” MTK (VÖEN **********) barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 2 ünvanında qeydiyyatda olan “xxxx” MTK (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1.500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Bakı şəhəri Nərimanov rayonu İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-88/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-88/2021
02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver