Məhkəmə qərarları › İş №3(060)-88/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-88/2022

10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-88/2022 10.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük idarəsinin inzibati xəta haqqında iş üzrə 15 dekabr 2021-ci il tarixli 11000/1725 №li qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük idarəsinin 15 dekabr 2021-ci il tarixli 11000/1725 №li inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayətlə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. X3 şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən 15 dekabr 2021-ci il tarixli 11000/1725 saylı inzibati xəta barədə qərar qəbul etmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Qərar ona görə qanunsuz və əsassızdır ki, inzibati xəta barədə qərar qəbul edən inzibati orqan araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş və düzgün tədqiq etməmişdir. Məktub onun ünvanına gec çatdırıldığından fiziki şəxsin inzibati xəta üzrə icraatda iştirak etməyi mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən onun barəsində İXM-nin 483-cü maddəsi ilə inzibati xəta barədə qərar qəbul edilmişdir. Mübahisələndirilən inzibati xəta barədə 11000-1373/21 saylı, 15 dekabr 2021-ci il qərar 22 dekabr 2021-ci il tarixdə X1 ünvanına rəsmi qaydada daxil olmuşdur. Mübahisələndirilən inzibati xəta barədə qərarın qəbul edilməsinə əsas - xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması hallarından ibarətdir. İXM-nin 483-cü maddəsinin dispozisiyası ilə inzibati məsuliyyətin yaranmasının əsası məhz vəsaitin əldə edilməsi ilə şərtləndirilir, vəsaitlər əldə edilmədiyi halda şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. İXM-nin 483-cu maddəsi ilə inzibatı məsuliyyətin yaranmasının əsaslarına dair qeyd edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur - xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; - əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Belə ki, inzibati xətaya əsas olmuş məbləğlər iddiaçıya məxsus bank hesabına mədaxil olunmuşdur. Bununla bağlı bank hesabından, kart hesabından çıxarışlar məhkəmə iclasında məhkəməyə təqdim ediləcəkdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 29.12.2021ci il tarixdə daxil olmuşdur. İXM-nin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında qərardan şikayətə baxılması 10 yanvar 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş şikayət vermiş şəxs X3 və QƏB Gömrük idarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlməmənin səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə şikayət vermiş şəxs X1 və QƏB Gömrük idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materianında olan Qərb Ərazi Baş Gömrük idarəsinin 15 dekabr 2021-ci il tarixli 11000/1725 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X3 barəsində İXM-nin 483-cü maddəsində nzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, təqsirli bilinmiş və 50% miqdarda, yəni 5.698,40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İxrac olunan malın müqabilində qaytarılmalı olan 6.704,00 ABŞ dolları məbləğində vəsaitin X3 tərəfindən qısa müddət ərizndə qaytarılması təmin olunması qeyd edilmişdir. İş materianında olan Qərb Ərazi Baş Gömrük idarəsinin 15 dekabr 2021-ci il tarixli 1600-013/004-26/006082 saylı məktubundan görünür ki, Qərb Ərazi Baş Gömrük idarəsi Əməliyyatı və Təhqiqat İdarəsi Təhqiqat Şöbəsində aparılan 11000-1715/21, 11000- 1716/21 və 11000-1717/21 saylı inzibati xəta haqqında iş üzrə tərtib olunmuş qərarın surəti ünvan 1 ünvanında qeydiyyatda olan X2 göndərilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 №-li Fərmanı ilə təsfiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci bəndinin icrasını təmin edilməsi və eyni zamanda Qanunun 12.2. və 12.3.-cü bəndinin tələblərinə əsaən 180 gün müddətinə xarici valyuta vasitələri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, QƏB Gömrük İdarəsinin inzibati xəta haqqında 15 dekabr 2021-ci il tarixli, 11000/1725 saylı qərarı qanunvericiliyə uyğun qəbul olunmuşdur. Belə ki, ünvan 2 ünvanında qeydiyyatda olan X3 (Vöen **********) tərəfindən 01.03.2021-ci il tarixdən 11.03.2021-ci il tarixdə kimi Gürcüstan Respublikası, Tbilisi şəhəri, İ.Yevdosvlils 13 ünvanında qeydiyyatda olan LTD “İka Fruti” firmasına Ukrayna Respublikası, Kiyev şəhəri, N.Kibalçiç küçəsi 13A ünvanında qeydiyyatda olan "xxxx" MMC firmasına göndərmiş “təzə nar” və “təzə xurma” yüklərinin təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin etməmişdir. Nəticədə, X3 tərəfindən İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. X3 şikayət ərizəsində inzibati xətaya əsas olmuş məbləğlər iddiaçıya məxsus bank hesabına mədaxil olduğunu, bununla bağlı bank hesabından, kart hesabından çıxarışlar məhkəmə iclasında məhkəməyə təqdim edəcəyini bildirsə belə X3 tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük idarəsinin inzibati xəta haqqında iş üzrə 15 dekabr 2021-ci il tarixli 11000/1725 №li inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar