Məhkəmə qərarları › İş №3(060)-88/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-88/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-88/2025 27.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ12358705 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ12358705 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, inzibati cərimənin silinməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 07 yanvar 2020-ci il tarixinədək Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin “baş mütəxəssis-sürücüsü” vəzifəsində işləmiş və həmin tarixdə öz xahişi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini ica edən S.Bədəlovun xx.xx.2020-ci il tarixli, 01 saylı əmri ilə işdən azad edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş mütəxəssis-sürücüsü vəzifəsində işləyərkən ona təhkim edilmiş “Nissan-Maxima” markalı, 50AB136 dövlət qeydiyyat nişanlı minik avtomobili müvafiq təhvil-təslim aktı əsasında 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmişdir. Lakin, bir müddət əvvəl ona məlum olmuşdur ki, adı çəkilən nəqliyyat vasitəsi ilə 2021-2022-ci illər ərzində törədilmiş inizbati xətalar zamanı nəqliyyat vasitəsini idarə edən şəxs qismində onun adı qeyd olunduğundan, həmin xətalara görə cərimələr onun adına yazılmışdır. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən barəsində inzibati cərimənin tətbiqi barədə tərtib edilmiş 03 dekabr 2022-ci il tarixli, EQ12358705 nömrəli qərarını tamamilə əsassız və qanunazidd hesab edir. Belə ki, sözügedən qərar qəbul edilərkən inzibati xətalar haqqında qanunvericiliyin tələbləri aşkar şəkildə pozulmuş, müvafiq qanun normaları səhv şəkildə tətbiq edilərək törətmədiyi əməllərə görə əsassız şəkildə cəzalandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasiyevin sadalanan hallara düzgün hüquqi qiymət verə bilməməsi səbəbindən çıxarılmış qərarı ədalətsiz hesab edərək həmin qərardan şikayət vermək qərarına gəlmişdir və hesab edir ki, həmin qərarın hər hansı hüquqi əsasları olmadığından və inzibati xəta törətməkdə təqsiri sübuta yetirilmədiyindən, sözügedən qərar ləğv olunmalı, hesablanmış cərimə silinməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Baş X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ12358705 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ12358705 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Nissan-Maxima” markalı, 50AB136 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü xx.xx.2021-ci il tarixdə, saat 00:19:22-də ünvan 1 ünvanında qeydiyyatda olan X2 Azərbaycan Respublikasının İXM-in 329.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyindən 50 manat məbləğində inzibati cərimə edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 88 nömrəli Sərəncamına əsasən “Nissan Maxima” markalı (buraxılış ili 2004-cü il, mühərrik №VQ30106925B, ban №JN1CCUA**********) minik avtomobilinin şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin balansına verilməsi qərara alınmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 01 nömrəli əmrinə əsasən Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin “baş mütəxəssis-sürücüsü” X2 07 yanvar 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bundan başqa, iş materiallarından görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 01 nömrəli əmrinə əsasən Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin “baş mütəxəssis-sürücüsü” X2 07 yanvar 2020ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, həmin əmrə müvafiq olaraq “Nissan-Maxima” markalı, 50AB136 dövlət qeydiyyat nişanlı minik avtomobili təhvil verilmişdir. Lakin, mübahisələndirilən qərardan göründüyü kimi inzibati xəta hadisəsi xx.xx.2021-ci il tarixdə, saat 00:19:22-də qeydə alınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ12358705 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X1 əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ12358705 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin Mərkəzi İnformasiya sistemində X1 adına qeyd edilmiş xx.xx.2022-ci il tarixli, EQ12358705 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar