Məhkəmə qərarları › İş №3(060)-880/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-880/2022

08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-880/2022 08.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət X1 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsi Dövlət X2 polis baş serjantı Rəhimli Bəhram tərəfindən 30.03.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək barəsində AP ******* №-li protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs 30.03.2022-ci il tarixdə saat 23:25 radələrində Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsində işıq cihazından düzgün istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı sürücülük hüququnun məhrum olunması və narkotik sərxoşluğu olduğu aşkarlanmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 30.03.2022-ci il tarixli, AP ******* №-li inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin Şəxs narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə olmasını təsdiq edən məcburi-narkoloji tibbi yoxlama rəyi iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 tərəfindən tərtib edilmiş 30.03.2022-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqlar və vəzifələrin izah edilməsini təsdiq etmək üçün Şəxs tərəfindən protokola imza çəkilməmiş, eyni zamanda protokolu imzalamaqdan imtina etməsi haqqında heç bir mülahizə qeyd olunmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi Dövlət X3 geri qaytarılmalıdır. Belə ki, Şəxs narkotik vasitədən istifadə olunması nəticəsində məcburi müalicəyə ehtiyacı olubolmaması barədə narkoloji tibbi rəyi iş materiallarına əlavə edilməmiş və Şəxs Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 tərəfindən tərtib edilmiş 30.03.2022-ci il tarixli, AP ******* №li inzibati xəta haqqında protokol ilə tanış edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində məhkəməyə təqdim edilmiş sənədlər natamamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 30.03.2022ci il tarixli, AP ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi Dövlət X3 geri qaytarılsın. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X3 qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar