Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-880/2025 01.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27121900 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27121900 nömrəli qərarı ilə iriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyinə görə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində inzibati xəta haqqında material üzrə cərimə tətbiq edilməsinə xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN-nin Sumqayıt ŞPİnin DYPŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş AR İXM-in 04.04.25-ci il tarixli EQ27121900 nömrəli qərar əsasında Azərbaycan Respublikası İXM-nin 353.2 maddəsi ilə barəsində olan inzibati xəta haqqında material üzrə 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Əsas kimi iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi göstərilmişdir. Lakin, o, Quba rayonunda qanuni qaydada xx.xx.2025-ci il tarixində, saat 21:03 radələrində girişi və çıxışı tərəzi qəbzində qeyd olunaraq o yükünü tərəzidə çəkdirmiş, yəni maşının boş yükü 13180 kq, təmiz yük isə 26770 kq olmuş, ümumi çəki isə 39950 kq olmuş və Bakı istiqamətində yola çıxmışdır. 04.04.25-ci il tarixində saat 21:51də, M-1 129 km., Şabran rayonu, Molla Kamallı kəndi, Bakı istiqamətində X6 1840 LS yük markalı **-NH-*** dövlət qeydiyyat nömrə nişanlı idarə etdiyi avtomobil ilə 600 (altı yüz) məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi əssassızdır. Belə ki, maşının boş yükü 13180 kq, təmiz yük isə 26770 kq olmuş, ümumi çəki isə 39950 kq olmuşdur və o, heç bir qanun pozuntusuna yol verməmişdir. Açıq-aydın görünür ki, ümumi nəzərdə tutulan çəki olan 40000 kq-dan artıq çəkidə X6 1840 LS yük markalı, **-NH-*** dövlət qeydiyyat nömrəli idarə etdiyi yük maşınında yük olmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, avtomaqistral yollarda avtomatik rejimdə işləyən asfalt örtüyünün alt hissəsində xüsusi texniki vasitə qurulmuş həmin texniki vasitə bilavasitə DİN Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya edildiyindən artıq yük olduğu halda avtomatik olaraq qeydə alınaraq elektron qərar qəbul edilir. Pərviz Məmmədovun gətirdiyi dəlillər tamamilə əsassızdır. Əgər o idarə etdiyi yük avtomobilində artıq yük yığaraq idarə etməsə idi o halda xüsusi texniki vasitə ilə qeydə alınmazdı. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək bildirmişdir ki, o hər gün eyni yüklə gedib-gəlir. Ümumi nəzərdə tutulan çəki olan 40000 kqdan artıq çəkidə X6 1840 LS yük markalı, **-NH-*** dövlət qeydiyyat nömrəli idarə etdiyi yük maşında yük olmamışdır. Qərar qanunsuzdur və buna görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə qərar qəbul etmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasıbıb Daxili İşlər Nazirliyini BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27121900 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X1 Benz Axor 1840 LS yük markalı, ** NH *** dövlət qeydiyyat nömrə nişanlı yük maşınını idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan xətanın törədilməsinə yol vermişdir. **-NH-*** dövlət qeydiyyat nişanlı, X6 1840 LS yük markalı avtomobilinin boş çəkisinin ağırlığını təsdiq edən tərəzi çekinə əsasən maşının boş çəkisi 13180 kiloqramdır. GUBA STONE MMC-nin 37419 nömrəli qaimədə xx.xx.2025-ci il tarixdə saat 21:03də **-NH-*** dövlət qeydiyyat nişanlı Yük maşını vasitəsilə 26770 kq yük olan “otsep” yüklənməsi, avtomobilin çəkisinin 13180 kq, ümumi çəkinin 39950 kq olması qeyd edilmişdir. DİN Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ27121900 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş foto görüntüdən görünür ki, M-1 129 km., Şabran rayonu Molla Kamallı kəndi, Bakı istiqamətində hərəkətdə olan **-NH-*** dövlət qeydiyyat nişanlı X6 1840 LS yük markalı nəqliyyat vasitəsinin çəkisi 42600 kq (limit 40000 kq) olmuşdur. Qeyd edilən fotoda nəqliyyat vasitəsinin çəkisi 42600 kq olması göstərilsə də, şikayətə əlavə edilmiş nəqliyyat vasitəsinin boş çəkisinə dair tərəzi qəbzindən görünür ki, avtomobilin yüklə birlikdə çəkisi birlikdə 39950 kq olmuşdur(13180 kq+26770 kq=39950kq). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 61.1.1-61.1.8-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüquqları vardır. 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009-cu il tarixlii qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarın 4.3-cü bəndinə əsasən xüsusi ölçü alətlərinin, cihazlarının və tərəzilərin standartlara uyğun olmaları barədə sertifikatları olmalıdır. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri, şikayət verən şəxsin izahatını araşdıraraq hesab edir ki, X2 barəsində DİN-in BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli EQ 27121900 nömrəli qərar əsassız olduğundan ləğv edilməli və yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, DİN-in BDYPİ qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və iş üçün əhəmiyyət kəsb edən sənədləri, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü dəlil və faktları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bundan başqa şikayətçinin məhkəməyə təqdim etdiyi xx.xx.2025-cü il tarixli GUBA STONE MMC-dən verilmiş yük-nəqliyyat qaiməsindən aydın olur ki, sürücünün idarə etdiyi **-NH-*** dövlət qeydiyyat nişanlı X6 1840 LS yük markalı avtomobilin xx.xx.2025-ci il tarixdə, saat 21:03-də yüklə dolu çəkisi 39950 kiloqram olmuşdur. Göründüyü kimi DİN Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ27121900 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş foto görüntüdə **-NH-*** dövlət qeydiyyat nişanlı X6 1840 LS yük markalı avtomobilin xx.xx.2025-ci il tarixdə saat 21:51-də çəkisi 42600 kiloqram qeyd edilsə də, xx.xx.2025-ci il tarixli qaimədə yük avtomobilinin çəkisinin 39950 kiloqram olduğu qeyd edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, X2 iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə bağlı Azərbaycan Respublikası İXMnin tələblərinə uyğun şəkildə icraat aparılmamış, X2 iştirakı təmin edilməmiş, sübutlar toplanmamışdır. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilən bütün hallar və Azərbaycan Respublikası İXM-nin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, X2 İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27121900 nömrəli qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxsin iştirakı ilə yenidən baxılması üçün Azərbaycan Respublikası Baş X8 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X2 İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27121900 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikası Baş X7 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-880/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-880/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver