Məhkəmə qərarları › İş №3(060)-882/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-882/2021

29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-882/2021 29.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs: Əliyev Fariz Şakir oğlunun, İnzibati xəta haqqında qərar vermiş şəxs: Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru polis kiçik serjantı X2 iştirakları ilə, Əliyev Fariz Şakir oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 60 manat məbləğində cərimə olunması barədə Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nin TP ******* saylı, xx xxxx 2021-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs Əliyev Fariz Şakir oğlunun verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru polis kiçik serjantı X2 inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2021-ci il tarixli qərar ilə Əliyev Fariz Şakir oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan narazı qalan Əliyev Fariz Şakir oğlu Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nin TP ******* saylı, xx xxxx 2021-ci il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, x xxxx 2021-ci il tarixdə Sumqayıt şəhərində, 13-cü mikrorayonda idarə etdiyi Opel markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edərkən saat 19:10 radələrində YPX onu saxlamış və Sumqayıt şəhər Yol Patrul Xidmətinin inspektoru polis kiçik serjantı X4 tərəfindən barəsində İXP ******* saylı protokol tətib olunmuşdur. Protokolda onun "X5" Azərbaycan Respublikasının Qanununu, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib edilməsinə etiraz etsə də, inspektor razılaşmamış və protokolu tərtib etmişdir. xx.xx.2021-ci il tarixində, avtomobili ilə 13-cü mikrorayondan 6cı mikrorayona doğru hərəkət edərkən YPX əməkdaşı arxası ilə hərəkət edərək nəqliyyat vasitəsini dayandırmağını tələb etmişdir. Daha sonra yaxınlaşaraq qayda pozduğunu demişdir. Sənədlərini alıb, pozduğu qaydanı izah etməyərək, narazı olduğu halda heç bir görüntü təqdim etməyərək ona Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib etmişdir. Polis tərəfindən protokol qanunsuz olaraq tərtib edilmiş və qərar da qanunsuz qəbul edilmişdir. Həmin yol birtərəfli yoldur və orada qərarda iddia olunan əks istiqamətli hərəkət zolağı mövcud deyil. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs Əliyev Fariz Şakir oğlu şikayətdə göstərilənləri təsdiq edərək bildirdi ki, xx.xx.2021-ci il tarixində, avtomobili ilə 13-cü mikrorayondan 6-cı mikrorayona doğru hərəkət edərkən YPX əməkdaşı arxası ilə hərəkət edərək nəqliyyat vasitəsini dayandırmağını tələb etmişdir. Daha sonra yaxınlaşaraq qayda pozduğunu demişdir. Sənədlərini alıb, pozduğu qaydanı izah etməyərək, narazı olduğu halda heç bir görüntü təqdim etməyərək ona Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib etmişdir. Həmin yol birtərəfli yoldur və orada qərarda iddia olunan əks istiqamətli hərəkət zolağı mövcud deyil. Ona görə də, şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti X1 bildirdi ki, protokol düzgün tərtib edilmiş, Əliyev Fariz Şakir oğlu Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan qaydanı pozmuşdur. Qərar qanunidir. Ona görə də şikayətin təmin olunmamasını xahiş edir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nin TP ******* saylı, xx xxxx 2021-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ -nə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən Əliyev Fariz Şakir oğlunun şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru polis kiçik serjantı X4 tərəfindən iş üzrə bütün halları araşdırmamışdır. Təqdim edilən diskdəki görüntülərdən də inzibati xətanın hansı qaydada törədilməsi görünmür. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilən bütün hallar və Azərbaycan Respublikası İXM-nin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nin TP ******* saylı, xx xxxx 2021-ci il tarixli qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs Əliyev Fariz Şakir oğlunun iştirakı ilə yenidən baxılması üçün Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru polis kiçik serjantı X2 inzibati xəta haqqında TP ******* saylı, xx xxxx 2021-ci il tarixli qərarı ləğv edilərək Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134.1.4, 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Əliyev Fariz Şakir oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 60 manat məbləğində cərimə olunması barədə Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru polis kiçik serjantı X2 TP ******* saylı, xx xxxx 2021-ci il tarixli qərarı ləğv edilsin və qərar inzibati xəta haqqında işə yenidən, barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs Əliyev Fariz Şakir oğlunun iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar