Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-882/2022 08.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunu sədrliyi, X2 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru - X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, İcra sənədi üzrə tələbkar – X3 iştirakı ilə, xx.xx.1978-ci anadan olan, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 3, mənzil 20 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Pərvanə Novruzova tərəfindən 07.04.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Qubadlı rayon Məhkəməsinin 2 (028)-12/2016 saylı, 11.01.2016-cı il tarixli icra vərəqəsi ilə müəyyən edilmiş tələbin icrası ilə bağlı icra məmurunun tələbini üzrlü səbəb olmadan icra etməmiş və 7918 manat borcun ödənişini təmin etməmişdir. Protokoldan görünür ki, Qubadlı rayon Məhkəməsinin Məhkəməsinin 2 (028)- 12/2016 saylı, 11.01.2016-cı il tarixli icra sənədi üzrsüz səbəbdən icra edilmir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramin Əhmədov bildirdi ki, Qubadlı rayon Məhkəməsinin 2 (028)-12/2016 saylı, 11.01.2016-cı il tarixli icra vərəqəsinə əsasən nikahın pozulmasından sonra 17.05.2014-cü il təvəllüdlü X1 anası X4 verilməsi, 17.05.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Şəxs 17 noyabr 2015-ci il tarixdən başlayaraq 118 (yüz on səkkiz) manat sabit pul məbləğində alimentin X4 verilməsi qət edilmişdir . İcra sənədi üzrə ödənilməyən borc məbləği hazırda 7918 manat təşkil edir. İcra işi üzrə bütün zəruri icra tədbirlərinin görülməsinə baxmayaraq borclu şəxs tərəfindən bu günədək icra sənədinin tam icrası mümkün olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, o uzun müddətdir ki, Ukrayna Respublikasında yaşayır. Hətta onun barəsində qeyd olunan məhkəmədə qətnaməsindən xəbəri yoxdur. Ukraynada olmasına baxmayaraq, mütəmadi olaraq X3 hesabına pul köçürmüşdür. Hal-hazırda Rsuiya-Ukrayna müharibəsi ilə əlaqədar yaranmış gərginliklə bağlı ölkəyə geri qayıtmış, və barəsində inzibati xəta haqqında protokol tərtib olunmamışdan bir gün öncə belə bir məhkəmə qətnaməsindən xəbəri olmuşdur. İcra sənədini icra etməməsinin səbəbi qərəzli olaraq boyun qaçırması deyil, qətnamədən xəbəri olmamağı olmuşdur. Hal-hazırda tələbkar şəxslə barışdığından və razılığa gəldiklərindən barəsində inzibati xəta barədə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən tələbkar X6 çıxışında bildrimişdir ki, Qubadlı rayon Məhkəməsinin 2 (028)-12/2016 saylı, 11.01.2016-cı il tarixli icra vərəqəsinə əsasən nikahın pozulmasından sonra 17.05.2014-cü il təvəllüdlü X1 onun himayəsinə verilməsi, 17.05.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Şəxs 17 noyabr 2015-ci il tarixdən başlayaraq 118 (yüz on səkkiz) manat sabit pul məbləğində alimentin ona verilməsi qət edilmişdir. Hal-hazırda o barəsində protokol tərtib edilmiş şəxs Şəxs ilə barışmışdır. Belə olan halda Şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra sənədi üzrə tələbkarın izahatlarını və müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati işin materiallarında olan Qubadlı rayon Məhkəməsinin 2 (028)- 12/2016 saylı, 11.01.2016-cı il tarixli icra vərəqəsinə əsasən nikahın pozulmasından sonra 17.05.2014-cü il təvəllüdlü X1 anası X4 verilməsi, 17.05.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Şəxs 17 noyabr 2015-ci il tarixdən başlayaraq 118 (yüz on səkkiz) manat sabit pul məbləğində alimentin X4 verilməsi qət edilmişdir . İş materiallarına əlavə edilmiş icra sənədi üzrə tələbkar şəxsin 08.04.2022-ci il tarixli ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs ilə qarşılıqlı razılaşmış və o borclu ilə barışmışdır . Odur ki, Şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş icra sənədi üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs 08.04.2022-ci il tarixli ərizəsindən görünür ki, icra sənədi üzrə tələbkar X6 ilə qarşılıqlı razılaşmış və o borclu ilə barışmışdır . Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə Şəxs tərəfindən hazırda ödəniş edilməsi və gələcəkdə də ödənişlər etməkdən imtina etməməsi onun qərəzli olaraq məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmadığını göstərir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 05 saat hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-882/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-882/2022
08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver