Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-883/2021 08.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində qərar çıxarılmış şəxs Abdullayev Rafiq Ziyrəddin oğlunun iştirakı ilə, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X1 tərəfindən Abdullayev Rafiq Ziyrəddin oğlu barəsində çıxarılmış qərarın ləğv olunmasına dair verilmiş şikayətin baxılmağa hazırlanması zamanı müəyyən etdi: Abdullayev Rafiq Ziyrəddin oğlu ərizə ilə müraciət edərək, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X1 tərəfindən tərtib edilmiş İXP ******* saylı 05.03.2021-ci tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abdullayev Rafiq Ziyrəddin oğlu ərizəsini onunla əsaslandırmışdır ki, ona istinad olunan inzibati xətaları törətməmiş, İXM tələblərini pozmamışdır. Barəsində çıxarılan protokol əsassızdır. Tərtib edilmiş inzibati xəta haqqında protokoı qüsurludur və qanuni deyil. O, heç bir inzibati xəta törətməmiş, əməlində inzibati xəta tərkibi yoxdur. Buna görə də, protokol ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Abdullayev Rafiq Ziyrəddin oğlu sonradan məhkəməyə ərizə ilə müraciət edərək şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasənbarəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmişşəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işüzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yerüzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.4-cü maddəsinə görə şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olması məsələsi həll edilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyətli olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Ərizə və ona əlavə edilmiş sənəddən görünür ki, şikayət vermiş Abdullayev Rafiq Ziyrəddin oğlu Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X1 tərəfindən tərtib edilmiş İXP ******* saylı 05.03.2021-ci tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmiş, lakin qanunvericilikdə inzibati xəta haqqında protokoldan şikayət nəzərdə tutulmadığından və Abdullayev Rafiq Ziyrəddin oğlu gələcəkdə həmin protokol əsasında çıxarılmış qərardan şikayət verəcəyini bildirərək ərizənin geri qaytarılmasını xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən vəAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6, 132.2-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X1 tərəfindən Abdullayev Rafiq Ziyrəddinoğlu barəsində tərtib edilmiş protokollun ləğv olunmasına dair verilmiş şikayət geri qaytarılsın. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-883/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-883/2021
08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver