Məhkəmə qərarları › İş №3(060)-884/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-884/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-884/2024 23.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1448/2018 saylı, xx.xx.2018-ci il tarixli və 2(060)-3738/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə tələbləri üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmədə protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1448/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 2370 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı X2 xeyrinə tutulması və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3738/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 4300 manat məbləğində pul, 63 manat məbləğində dövlət rüsumu və məhkəməyə ərizə yazılması üçün 30 manat məbləğində pul alınaraq Vəkilova Aygün Səməd qızına ödənilməsi qət edilmişdir. X1 ərizə ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək borclu tərəfindən ona cəmi 500 manat ödəniş edildiyini bildirmişdir. Borclu işlədiyi zaman borc onun əmək haqqına yönəldilmiş, lakin həmin idarədən cəmi 01 ay pul tutulması barədə məlumat daxil olmuşdur. Borclu isə 06 ay onun əmək haqqından tutulmamlar olduğunu bildirmiş, lakin onun işlədiyi müəssisə ilə əlaqə saxlamaq mümkün olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3738/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu tərəfindən heç bir ödəniş olunmamışdır. Ona görə də, borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1448/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ondan 2370 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı X2 xeyrinə tutulması və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3738/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan 4300 manat məbləğində pul, 63 manat məbləğində dövlət rüsumu və məhkəməyə ərizə yazılması üçün 30 manat məbləğində pul alınaraq Vəkilova Aygün Səməd qızına ödənilməsi qət edilmişdir. O, X3 olan borcundan hissə-hissə 430 manat özünə ödəmiş, hər ay 126 manat olmaqla isə 06 ay onun əmək haqqından tutulmuşdur. Əmək haqqıdan tutulma olana kimi X3 1380 manat borcu qaldığını, 700 manata yaxın əmək haqqından tutulma olduğunu v ona 700 manat borcu qaldığını bildirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3738/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə işləmədiyi üçün heç bir ödəniş etməmişdir. Tələbkar Vəkilova Aygün Səməd qızına hər ay 50 manat ödəniş etmək imkanının olduğunu demiş, o isə bu məbləğə razı olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1448/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 2370 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı X2 xeyrinə tutulmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3738/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 4300 manat məbləğində pul, 63 manat məbləğində dövlət rüsumu və məhkəməyə ərizə yazılması üçün 30 manat məbləğində pul alınaraq Vəkilova Aygün Səməd qızına ödənilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Belə ki, iş materiallarından və proses iştirakçılarının izahatlarından görünür ki, İcra məmuru tərəfindən borclu Şəxs icra sənədləri üzrə borclardan hansı məbləğdə ödəniş etməsi və nə qədər borcu qaldığı araşdırılmadığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə əsasən Şəxs barəsində həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2024cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılsın. Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili X8 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar