Məhkəmə qərarları › İş №3(060)-884/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-884/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-884/2025 24.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin X3 tərəfindən qəbul edilmiş EQ 22772833 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli EQ 22772833 saylı saylı, inzibati tənbeh vermə haqqında şikayətin müddətinin bərpa edilərək qərarların ləğv edilməsini, barəsində tətbiq edilmiş 640 manat cərimənin silinməsi və barəsində olan inzibati xəta haqqında icraatlara xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə iclasında qərardan şikayət verən şəxs Ruslan Hüseynov ərizə ilə müraciət edərək şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin X3 tərəfindən qəbul edilmiş EQ 23429986 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X5 İXM-nin 346.5-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə olunmuşdur. İXM-nin 128.1-ci maddəsinə əsasə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi DİN BDYPİ-nin X3 tərəfindən Rafiq Heydərov barəsində xx.xx.2024-cü il tarixli qərar qəbul olunmuş, lakin həmin qərar qanuni səlahiyyəti olmayan Ruslan Hüseynov tərəfindən mübahisələndirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab qeyd edir ki, Ruslan Hüseynovun şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 110, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 tərəfindən verilmiş EQ 22772833 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə həmin şəxsə geri qaytarılsın. Şikayət vermiş şəxs X2 izah olunur ki, qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra İnzibati Xətalar Məcəlləsinin şikayətin verilməsinə və müddət məsələlərinə dair tələblərinə əməl edilməklə yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar