Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-885/2021 16.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Cəlilabad şəhəri, S.Vurğun küçəsi, ev 52də qeydiyyatda olan, Sumqayıt şəhəri, St.Sumqayıtda fərdi evdə yaşayan Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs Azərbaycan Respublikasının İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş 16 mart 2021-ci il tarixli, MN ******* saylı protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 15.03.2021-ci il tarixdə saat 19:30 radələrində karantin rejimi dövründə qəlyan satışı etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, o, 2015-ci ildən Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Maxito” çay evini icarəyə götürmüş və Bənövşə adlı xanımla birlikdə həmin çay evini çay və qəlyan verməklə işlədirlər. Korona virus infeksiyasının qarşısının alınmasını məqsədilə Operativ Qərargahın tələblərinə uyğun olaraq qəlyan verilməsi qanunla qadağan olunduğunu bildiyi halda xüsusi karantin rejimi qaydalarını bilərəkdən pozaraq qəlyan satışı etmişdir. 15.03.2021-ci il tarixdə saat 19:30 radələrində polis əməkdaşları tərəfindən reyd keçirilərkən onun qəlyan satışı etdiyi aşkar olunmuş və o, 4cü Polis Bölməsinə aparılmışdır. Əməlindən peşmandı və belə hadisənin bir daha təkrarlanmayacağını bildirdi. Barəsində yüngül cəza verilməsini xahiş etdi. İş materiallarında olan 15.03.2021-ci il ttarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15.03.2021-ci il tarixdə saat 22:30 radələrində inzibati qaydada tutulmuş, 16.03.2021-ci il tarixdə saat 14:20 radələrində azad edilmişdir. İş materiallarında olan 27.07.2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, Şəxs həmin cay evini X1 icarəyə götürmüşdür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilir, o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halların olmasını nəzərə alaraq cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər 4000 min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 5000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Şəxs 15.03.2021-ci il tarixdə saat 22:30-dan 16.03.2021-ci il tarixdə saat 14:20-dək tutulması nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.4-1-ci maddəsinə əsasən onun üzərində qəti olaraq 3750 (üç min yeddi yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-885/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-885/2021
16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver