Məhkəmə qərarları › İş №3(060)-885/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-885/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-885/2025 14.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Azərbaycan Respublikası DİN-in Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019cu il tarixli EQ ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayət verən X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-in Baş X5 İdarəsinin xx.xx.2019-cu il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Republikası Baş X5 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2019-cu il tarixli EQ ******* saylı qərarla Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Bildirirəm ki, həmin inzibati xəta onun tərəfindən deyil başqa şəxs tərəfindən törədilmişdir. Belə ki, "Mercedes Benz C 220 CDİ minik" markalı, ** GF *** dövlət qeydiyyat nişanlı avtomobil 01 dekabr 2018-ci il tarixli, 6103 reyestr nömrəli etibarnamə ilə, onun istifadəsinə verilmiş, o isə bir gün sonra Azərbaycan Republikası Baş X5 İdarəsində həmin avtomobili lizinq şirkətinin adına keçirmişəm. Daha sonra lizinq şirkəti avtomobilə ** PC *** dövlət qeydiyyat nişanı alıb başqa şəxsin istifadəsinə vermişdir. Həmin şəxs də yuxarıda göstərilən inzibati xətaları törətmiş, lakin cərimələr sistemdə onun adına yazılmışdır. Həmin qərarları yalnız xx.xx.2025-ci il tarixdə əldə etmişdir. Əlavə olaraq bildirmək istəyir ki, 01 dekabr 2018-ci il tarixli, 6103 reyestr nömrəli etibarnamənin müddəti xx.xx.2019-cu il tarixə kimi etibarlı olmuşdur. Əgər avtomobili lizinq şirkətinin adına keçirməsə belə inzibati cərimələr onun adınaa yazıla bilməz. Çünki inzibati cərimələr etibarnamənin vaxtı bitdikdən sonra törədilib. İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası DİN-in Baş X5 İdarəsinin xx.xx.2019-cu il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərardan şikayət verən şəxs X3 məhkəməyə ərizə ilə müraciət edərək şikayitinə onun iştirakı olmadan baxılmasını, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası DİN Baş X5i İdarəsinin nümayəndəsi və qərardan şikayət verən şəxs X3 məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin nümayəndəsinin və qərardan şikayət verən şəxs X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2019-cu il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin xx.xx.2019-cu il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, «Mercedes Benz C220 SDİ minik” markalı 90PC566 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 Azərbaycan Respublikası İXMin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X2 həmin avtomobilə dair sərəncam hüququ ilə verilmiş etibarnamə xx.xx.2019-cu il tarixdən qüvvədən düşmüşdür. Beləliklə, işin təsvir edilmiş hallarından mübahisəsiz qaydada görünür ki, şikayət verən X3 Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 manat cərimə edilsə də, onun inzibati xətanın törədildiyi vaxt «Mercedes Benz C220 SDİ minik” markalı 90PC566 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin məcəllənin 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin xx.xx.2019-cu il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Səlahiyyətli orqan işə yenidən baxarkən inzibati xətanın törədildiyi vaxtda «Mercedes Benz C220 CDİ minik” markalı 90PC566 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsi düzgün müəyyən etməli, nəticəsindən asılı olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin xx.xx.2019-cu il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN-in Baş X5 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar