Məhkəmə qərarları › İş №3(060)-887/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-887/2021

17.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-887/2021 17.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 16 mart 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 16.03.2021-ci il tarixdə Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 17 mart 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 3cü polis bölməsinin sahə rəisi X3 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, ailəsini dolandırmaq üçün küçə alveri ilə məşğuldur. 2 öz uşağına, 2 isə qardaşının uşağına baxır. 16.03.2021-ci il tarixdə gündüz vaxtı o, Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən “Ordubad” marketin yanında idarə etdiyi “Qaz 31 minik” markalı avtomobili saxlamışdır. Avtomobilin arxasını açıb orada alma satmaq istəyərkən polis əməkdaşları ona yaxınlaşıb bölməyə dəvə etdilər. Sumqayıt şəhəri 3-cü PB-də onun barəsində İXM-nin 454-cü maddəsi ilə ******* saylı protokol tərtib edilmişdir. Protokolun bir surəti ona verilərək xəbərdar edilmişdir ki, küçə ticarətinə son qoyulsun. Daha sonra o, sərbəst buraxmışdır. O, polis bölməsini tərk edərək yenidən Sumqayıt şəhəri, 40-cı məhəllə “Ordubad” marketin yanına gəlmişdir. Bir nəfər polis nəfəri ona rəis müavini ilə görüşdürəcəyini bildirərək onu deyilən vaxt polis rəisinin yanına apararaq onun problemini həll edəcəyini bildirmişdir. Rəis müavininə bildirmişdir ki, malını satıb kirayə haqqı ödəməli və xəstə uşağı üçün dərman almalıdır. Həmin zaman rəis müavini polis əməkdaşlarına göstəriş verərək onu bölməyə aparmalarını tapşırmışdır. Bölmədə öz haqını tələb etdiyinə görə onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə prptokol tərtib edilərək məhkəməyə müraciət edilmişdir. Qeyd olunanlara əsasən ailə vəziyyətinin çox çətin olduğunu nəzərə alaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş üzrə şahid X4 izahatında bildirdi ki, inzibati xəta törətmiş şəxs 16.03.2021-ci il tarixdə 91/75 çağrışlı avtopatrulda postaçı yoldaşı polis kiçik serjantı Rəsulzadə ilə birlikdə xidmət aparan zaman təxminən 15:30 radələrində Sumqayıt şəhəri, 40-cı məhəllə “Ordubad” Marketin qarşısında bir nəfər şəxsin küçə ticarəti ilə məşğul olduğunu görmüşdür. 3306 İctimai Təhlükəsizlik şöbəsinin rəisi polis polkovnik leytenantı Nizami Paşayev ora yaxınlaşan zaman, həmin vətəndaş yüksək səslə qışqıraraq “özümü yandıracam və ya küçə alveri etməyə davam edəcəm” deyərək qışqırıb ətrafdakı camaatı başına toplamışdır. Onlar həmin vətəndaşı polisin qanuni tələbinə tabe olmağa dəvət etsələr də, həmin şəxs tabe olmayaraq öz əməlini davam etdirmişdir. Həmin şəxs aidiyyəti üzrə 3-cü polis bölməsinə dəvət etmək üçün avtopatrula mindirən zaman cibindən dərman çıxararaq qəbul etmişdir. Həmin şəxs dəfələrlə 3-cü polis bölməsinə küçə satışı ilə bağlı dəvət olunmuşdur. 3306-nın göstərişi ilə həmin vətəndaş avtopatrula əyləşdirilib aidiyyəti üzrə 3-cü polis bölməsinə təhvil verilmişdir. Bölmədə məlum olmuşdur ki, həmin şəxs ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü Şəxsdur. Sonradan bu barədə inzibati protokol tərtib edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər polis idarəsinin PPXT-nun İİ bölüyünün polis nəfəri polis serjantı X5 oğlu Sumqayıt şəhər polis idarəsinin 3-cü PB-nin rəisi polis polkovnik leytenantı Xalid Quliyevə 16.03.2021-ci il tarixli raportla müraciət edərək, göstərmişdir ki, 16.03.2021-ci il tarixdə 91/75 çağrışlı avtopatrulda postaçı yoldaşı polis kiçik serjantı Rəsulzadə ilə birlikdə xidmət aparan zaman təxminən 15:30 radələrində Sumqayıt şəhəri, 40-cı məhəllə “Ordubad” Marketin qarşısında bir nəfər şəxsin küçə ticarəti ilə məşğul olduğunu görmüşdür. 3306 İctimai Təhlükəsizlik şöbəsinin rəisi polis polkovnik leytenantı Nizami Paşayev ora yaxınlaşan zaman, həmin vətəndaş yüksək səslə qışqıraraq “özümü yandıracam və ya küçə alveri etməyə davam edəcəm” deyərək qışqırıb ətrafdakı camaatı başına toplamışdır. Onlar həmin vətəndaşı polisin qanuni tələbinə tabe olmağa dəvət etsələr də, həmin şəxs tabe olmayaraq öz əməlini davam etdirmişdir. Həmin şəxs aidiyyəti üzrə 3-cü polis bölməsinə dəvət etmək üçün avtopatrula mindirən zaman cibindən dərman çıxararaq qəbul etmişdir. Həmin şəxs dəfələrlə 3-cü polis bölməsinə küçə satışı ilə bağlı dəvət olunmuşdur. 3306-nın göstərişi ilə həmin vətəndaş avtopatrula əyləşdirilib aidiyyəti üzrə 3-cü polis bölməsinə təhvil verilmişdir. Bölmədə məlum olmuşdur ki, həmin şəxs ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü Şəxsdur. Bu səbəbdən də Şəxs barəsində qanuni tədbir görülməsi xahiş olunmuşdur. İş materiallarında olan 16 mart 2021-ci il tarixli AZA № 014336 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 mart 2021-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi, həmçinin şahidi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs ailənin yeganə gəlir gətirən şəxsidir, himayəsində iki az yaşlı uşağı var. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs hal hazırda inzibati həbs növündə inzibati tenbəh təyin edilməsi işin hallarına və inzibati xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun gəlmir. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs yalnız müstəsna hallarda tətbiq edilir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, işin hallarını, onun faktiki olaraq bir gün müddətində inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq üçün o, 200 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati qaydada tutularaq saxlanıldığı 01 (bir) gün nəzərə alınmaqla üzərində 100,00 (bir yüz) manat məbləğində cərimə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200,00 (iki yüz) manat cərimə edilsin. Şəxs 16 mart 2021-ci il tarixdən 17 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün nəzərə alınaraq üzərində 100,00 (bir yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar