Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-889/2021 17.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş şəxs: Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin YNH inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Sumqayıt şəhəri, 10-cu mikr., ev 10, mənzil 34-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi inzibati xəta haqqında AP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə “Mersedes E klass” markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərək Sumqayıt şəhəri, Sahil küçəsində hərəkət edən zaman düzgün ara məsafəsi saxlamayaraq qarşıda dayanmış “Toyota Camry” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə “Toyota Camry” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, idarə etdiyi avtomaşın cəbhə bölgəsində xidmət edən qardaşına məxsusdur, həqiqətən göstərilən inzibati xətanı törətmişdir, səhvini dərk etmiş, bir daha belə hərəkətlərə yiol verməyəcəkdir. Ailəlidir, 2013 və 2014-cü il təvəllüdlü iki uşağı var, etdiyi hərəkətdən peşmandır, ona cərimə cəzası verilməsini xahiş edir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin YNH inspektoru X2 protokolda göstərilənləri təsdiq etdi və qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, həqiqətən Şəxs sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə “Mersedes E klass” markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərək Sumqayıt şəhəri, Sahil küçəsində hərəkət edən zaman düzgün ara məsafəsi saxlamayaraq qarşıda dayanmış “Toyota Camry” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə “Toyota Camry” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən Məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə idarə etmiş, başqa avtomaşınla toqquşaraq həmin avtomaşına maddi ziyan vurmuşdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Şəxs məsuliyyətini ağırlaşdıran müəyyən olunmadı, məsuliyətini yüngülləşdirən hallar isə himayəsində azyaşlı uşaqlarının olması və etdiyi əmələ görə peşman olmasıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən, məhkəmə Şəxs şəxsiyyətini, məsuliyətini ağırlaşdıran halın olmamasını, məsuliyətini yüngülləşdirən halları nəzərə alır və hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün ona cərimə növündə tənbeh tətbiq edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinsin və 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №3(060)-889/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-889/2021
17.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver