Məhkəmə qərarları › İş №3(060)-889/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-889/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-889/2025 29.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Prokuroru, baş ədliyyə müşaviri Mürvət Həsənov Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək 25-1-2-2-443-2189 nömrəli Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə materialın baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iş materialları tədqiq edilərkən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Prokuroru, baş ədliyyə müşaviri Mürvət Həsənovun xx.xx.2025-ci il tarixində ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizədə toplanmış materialın geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə Sumqayıt Şəhər Prokuroru, baş ədliyyə müşaviri Mürvət Həsənovun ərizəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə materialın Sumqayıt Şəhər Prokurorluğuna geri qaytarılmalıdır. Ərizənin təmin edilməsi qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə toplanmış materialın baxışdan çıxarılmaqla Sumqayıt Şəhər Prokurorluğuna geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar