Məhkəmə qərarları › İş №3(060)-89/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-89/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-89/2021 02.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta həqqında qərar çıxarılan şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə cərimə olunmasına dair Nəsimi RPİ 22-ci Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Nəsimi RPİ 22-ci Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarı ilə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 (yüz) manat cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Qeyd edilən qərardan narazı qalan X1 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə o, 2 nömrəli Bakı Bus sərnişin avtobusund Mərkəzi Bank istiqamətində hərəkət edən zaman PPX əməkdaşları 2 nömrəli sərnişin avtobusunu saxlamışlar. O, qanuna əsasən, onların "avtobusdan düş" əmrinə riayət etmişdir. Avtobusdan düşəndən sonra Post Patrul Xidmətinin əməkdaşı baş leytenant Ramil Aslanov ona yaxınlaşmış və saxlama səbəbini deyərək, sənədlərin istəmişdir. Bakı şəhəri, Nəsimi rayonu 22-ci bölmədən baş leytenant Ramil Aslanov ona bildirmişdir ki, guya o, avtobusda hərəkət edən zaman tibbi maskadan istifadə etməmişdir. O isə öz növbəsində ona etiraz edərək tibbi maskadan istifadə etdiyini bildirmiş və videoçəkiliş də təqdim etmişdir ki, hələ avtobusda olarkən o maskada olduğunu bildirmişdir. Onun inzibati pozuntunu etdiyini tam sübut etmədən baş leytenant Ramil Aslanov ona MN ******* saylı inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X4 bildirdi ki, şikayətini “protokoldan şikayət” kimi yazsa da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə cərimə olunmasına dair Nəsimi RPİ 22-ci Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından narazıdır, şikayətini müdafiə edir, təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Nəsimi RPİ 22-ci Polis Şöbəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə, saat 18:25 radələrində Nəsimi rayonu, S.Rüstəm-Füzuli küçələrinin kəsişməsində 2 saylı sərnişin avtobusunda tibbi maskadan düzgün istifadə etməmişdir. Məhkəmə iclasında şikayətə əlavə olunmuş diskdəki videogörüntülərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, X4 tibbi maskadan istifadə etmiş, yalnız polis əməkdaşları ilə danışanda masksnı burnundan aşğı salmışdır, onun tərəfindən qayda pozuntusuna yol verməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin qüvvədə olan 2(0600-5470/2020 saylı, xx.xx.2020ci il tarixli qərardadı ilə iddiaçı X1 cavabdeh X2 qarşı “cavabdeh DİN Bakı şəhər Nəsimi rayonu 22-ci polis bölməsinin baş-leytenantı Aslanov Ramilin xx xxxxxx 2020-ci il tarixli ona qarşı qanunsuz MN ******* saylı inzibati protokolda qeyd olunan cərimədən azad edilməsi” barədə iddia tələbi üzrə mülki işin icraatına xitam verilmişdir. Həmin işə baxılarkən X3 şahid kimi dindirilmiş və bildirmişdir ki, o, iddiaçı ilə bir yerdə 2 nömrəli marşurut ilə 20 yanvar istiqamətində gedərkən polis əməkdaşları sərnişin avtobusunda tibbi maskalarla bağlı yoxlanış keçirmişlər. Polis əməkdaşı Eldara yaxınlaşdıqda Eldar polislə danışmaq üçün maskanı bir az aşağı salmışdır. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilərək Nəsimi RPİ 22-ci Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, X1 əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X4 barəsində Nəsimi RPİ 22-ci Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə cərimə olunmasına dair Nəsimi RPİ 22-ci Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar