Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-89/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, 24.06.2002-ci ildə Sumqayıt şəhərində, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X5 tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 15.12.2021-ci il tarixli 11000/1724 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs X5 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 15.12.2021-ci il tarixli 11000/1724 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi və qərardan şikayət vermiş şəxs X5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən 15 dekabr 2021 -ci il tarixli 11000/1724 saylı inzibati xəta barədə qərara qəbul etmişdir. Hesab edirəm ki, həmin qərar qanunsuz və əsassızdır. Qərar ona görə qanunsuz və əsassızdır ki, inzibati xəta barədə qərar qəbul edən inzibati orqan araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş və düzgün tədqiq etməmişdir. Belə ki, inzibati xəta barədə qərar qəbul edilməmişdən əvvəl Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi X4, yəni mənə hər hansı bir rəsmi məktub göndərilməmişdir. Belə ki, hazırki inzibati xəta barədə iş üzrə Azərbaycan Respublikası Dövlət Gıömrük Kom itəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən protokol tərtib edilməmiş, inzibatı xəta barədə işə baxılmasının vaxtı barədə qərardad- göndərilməmiş, inzibati xəta barədə işə baxılmasına dair müvafiq bildiriş məktub göndərilməmiş, birbaşa olaraq 15.12.2021-ci il tarixdə qanunsuz və əsassız olaraq inzibatı xəta barədə qərar qəbul edilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edirəm. Belə ki, qəbul edilmiş inzibatı xəta, barədə qərar inzibati, xəta baş verdiyi, andan 1 il müddət keçdikdən sonra verilmişdir. Bu səbəbdən də inzibati, xəta iızrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən X6 barəsində İXM-nin 483cü maddəsi ilə inzibatı xəta barədə qərar qəbul edilmişdir. Mübahi sələndiril ən inzibati xəta barədə 11000/1724 saylı, 15 dekabr 2021-ci il qərar 22 dekabr 2021-ci il tarixdə X3 ünvanına rəsmi qaydada daxil olmuşdur. Mübahisələndirilən inzibatı xəta barədə qərarın qəbul edilməsinə əsas - xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmam ası hallarından ibarətdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 11000/1724 saylı inzibati xəta barədə qərarda qərarın və protokolun tərtib edilməsi üçün əsas X6 tərəfindən 01.09.2019-cu il tarixdən 28.09.2019-cu il tarixə qədər rəsmiləşdirilən Gürcüstan, Ukrayna və Türkiyə Respublikalarında qeydiyyat olan müxtəlif firmalara göndərilmiş “təzə soğan”, “təzə sarımsaq”, “təzə nar” və “təzə kartof” yüklərin müqabilində 109881.20 ABŞ dolları məbləğində vəsaitin bank hesabına köçürülməməsi qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Gömrük qaydalarına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Bununla da sübut olunur ki, Azərbaycan Respublikası Dövlət X7 Ərazi Baş Gömrük İdarəsi tərəfindən X6 barəsində inzibati xəta üzrə icraat aparıla bilməzdi. İlqar Cəfərova İXM-nin 483-cü maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi üçün 1 il müddət ötmüşdür. X1 tərəfindən 01.09.2019-cu il tarixdən 28.09.2019-cu il tarixə qədər rəsmiləşdirilən 109881.20 ABŞ dolları üzrə 180 günə qədər xarici valyutanın bank hesabına köçürülməsi təmin edilməli olduğunu nəzərə alaraq, bu müddət 01.04.2020-ci il tarixdə olmalı idi. Son müddət 01.04.2020-ci il olduğundan, inzibati xəta üzrə inzibati tənbeh isə 15.12.2021-ci il tarixdə verildiyindən, İXM-nin 38-ci maddəsində qeyd olunan 1 illik müddət ötürülmüşdür. Belə olan halda, inzibati xəta barədə müddət ötürüldüyündən, İlqar Cəfərov barəsində inzibati tənbeh verilə bilməz. Hesab edirəm ki, barəmdə başlanmış inzibati xəta üzrə icraata xitam verilməlidir. Hazırkı inzibati xəta barədə işə baxılarkən işin halları inzibati orqan tərəfindən kifayət qədər araşdırılmamışdır. Bununla da Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 15.12.2021-ci il tarixli 11000/1724 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edirəm. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tərəfindən X2 şikayəti üzrə inzibati tənbeh vermə haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən iş üzrə bütün hallar araşdırılmamışdır. Protokolda və qərarda ümumi ifadələrdən istifadə edilmiş, işin konkret halları, inzibati xətanın hansı qaydada törədilməsi, bunun hansı sübutlarla təsdiq edilməsi və s. konkret olaraq göstərilməmişdir. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 15.12.2021-ci il tarixli 11000/1724 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 15.12.2021-ci il tarixli 11000/1724 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-89/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-89/2022
25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver