Məhkəmə qərarları › İş №3(060)-892/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-892/2021

17.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-892/2021 17.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi X1, zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-nin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərarlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 17.03.2021-ci il tarixli MN seriyalı ******* №li, 17.01.2021-ci il tarixli MN seriyalı ******* №li, 17.03.2021-ci il tarixli MN seriyalı ******* №li və 17.03.2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs müvafiq olaraq Sumqayıt şəhəri, 3-cü mikrorayon, 25/54 saylı binada qurlaşdırılan 20,00 manat dəyərində mis planka oğurlanmışdır; 15.02.2021-ci il tarixdə “Şimal” RET və Satış İdarəsinə məxsu dəyəri 20,00 manat olan mis plankaları oğurlamışdır; 18.02.2021-ci il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində “Şimal” RET və Satış İdarəsinə məxsu dəyəri 20,00 manat olan mis plankaları oğurlamışdır; 30.01.2021-ci il tarixdə gecə saatlarında yaşadığı mənzilə məxsus su matoruna aid olan blokda qurlaşdırılmış təxminən 50 metr elektrik naqili dəyəri 50,00 manat olan oğurlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 17 mart 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 17.03.2021-ci il tarixli MN seriyalı ******* №li, 17.01.2021-ci il tarixli MN seriyalı ******* №li, 17.03.2021-ci il tarixli MN seriyalı ******* №li və 17.03.2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-890/2021, 3(060)- 891/2021, 3(060)-892/2021 və 3(060)-893/2021 №li işlər bir icraatda 3(060)-890/2021 nömrə ilə birləşdirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-890/2021, 3(060)-891/2021, 3(060)-892/2021 və 3(060)- 893/2021 №li işlər bir icraatda 3(060)-890/2021 nömrə ilə birləşdirilsin. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar